Soçi görüşündə Ermənistanın bütün cəhdlərinin qarşısı alındı
04.11.2022 [11:43]
Azərbaycan xarici siyasətində hər zaman öz qonşuları ilə olan münasibətlərə xüsusi əhəmiyyət verir. Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsi də bunun bariz nümunələrindən biridir. Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi, müdrikliyi və uzaqgörənliyi sayəsində daim ölkələrimiz arasında qarşılıqlı hörmət və etimadın yüksək səviyyəsinə nail olunmuş və ikitərəfli qarşılıqlı əməkdaşlıqda əldə olunan uğurları, əsasən bu faktlar müəyyənləşdirmişdir. Azərbaycanla Rusiya Federasiyası arasında dialoqun müasir mərhələsi bölgə xalqlarının sıx əməkdaşlığına şərait yaradır. Hər iki ölkənin rəsmi nümayəndələri və dövlət başçıları səviyyəsində gedən danışıqlar çoxtərəfli münasibətlərin inkişafı, mövcud problemlərin həlli prosesini davam etdirmək üçün olduqca zəruri amildir. Cənab Prezidentimiz İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında intensiv görüşlər ikitərəfli münasibətləri ətraflı müzakirə etmək və müsbət dinamikanı artırmaq imkanı yaradır. Belə görüşlərdən biri də oktyabrın 31-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə baş tutan işgüzar səfərdir. Səfər çərçivəsində cənab Prezidentimizlə Vladimir Putin arasında regional məsələlərə həsr olunmuş ikitərəfli görüş, daha sonra isə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın da iştirak etdiyi üçtərəfli görüş baş tutub. Görüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın təşəbbüsü ilə Soçidə təşkil edilib. Üçtərəfli görüşün məqsədi isə 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların həyata keçirilməsinin gedişatını təmin etmək olmuşdur. Bu görüş bütövlükdə vəziyyətin nizamlanması istiqamətində atılan addımlar üçün əlverişli şərait yaradır. Görüş zamanı humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşma əldə olunub. Soçi görüşü zamanı Ermənistanın bütün cəhdlərinin qarşısı alındı və ölkəmiz növbəti diplomatik qələbə qazandı.
Biz münasibətlərin normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara sadiqik. Ölkəmiz uzun illərdir ki, regionla bağlı xarici siyasətində ikitərəfli münasibətlərə daha çox önəm verir. 2020-ci ildə imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. İndi isə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində hərəkət etməyin vaxtı yetişib. Biz Ermənistan ilə münasibətlərin normallaşmasının əsası olan 5 əsas prinsipi irəli sürmüşük. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması çox ciddi addımlar tələb edən formatdır. Şübhəsiz ki, bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə edilməklə həll olunmalıdır. Davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri daha da fəallaşdırılmalı və mövcud təkliflər əsasında məqbul həll yollarının axtarışı davam olunmalıdır. Rusiyanın köməyi ilə Azərbaycan və Ermənistan ictimaiyyətinin və ekspert birliklərinin nümayəndələrinin və eləcə də dini liderlərin arasında dialoqu davam etdirmək, iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin başlanması üçün müsbət ab-havanın formalaşdırılması vacibdir.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov
Xəbər lenti
Hamısına baxGündəm
10 May 09:13
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42

