Azərbaycan dünyanın enerji xəritəsini yenidən tərtib etdi
17.11.2022 [16:30]
Gülər Kərimova
YAP Şabran rayon təşkilatının məsləhətçisi
Azərbaycan tarixi Zəfərinin ikinci ildönümünü arxada qoydu. Noyabrın 8-də Zəfər Günü ilə əlaqədar Şuşada təşkil olunan tədbirdə iştirak edən dövlət başçısı İlham Əliyev hərbçilər qarşısında çıxışında bir daha keçilən yola nəzər salaraq Qələbəni şərtləndirən amilləri diqqətə çatdırdı. Ordumuzun güclənməsi üçün iqtisadi inkişafın vacibliyindən, Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması istiqamətində Azərbaycanın atdığı addımlardan, gənclərdə vətənpərvərlik hissinin aşılanmasından geniş bəhs edən Prezident İlham Əliyev qeyd etdi ki, əlbəttə, müharibədə uğur qazanmaq üçün biz çox önəmli layihələri icra etməli idik və etdik: “Bu gün dünyanın və bizim bölgəmizin enerji-nəqliyyat xəritələrinə baxmaq kifayətdir ki, hər kəs görsün bizim təşəbbüsümüzlə icra edilən layihələr həm ölkəmizə, həm də bizim tərəfdaşlarımıza nə qədər böyük fayda gətirib. Bizim təşəbbüsümüzlə nəqliyyat və enerji layihələrində iştirak edən ölkələrin sayı onlarla ölçülür. Hələ indiki mərhələdə daha geniş vüsət alacaq və bütün bu ölkələr bizim təbii dostlarımızdır, müttəfiqlərimizdır.”
Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Bu layihələr dövlətlər, xalqlar arasında körpü rolunu oynayaraq həm iştirakçı, həm də dünya dövlətlərinin uzunmüddətli iqtisadi inkişafını təmin etdi. Azərbaycanın maliyyə imkanları artdı. Ölkəmiz ilk növbədə, bu maliyyə imkanlarını hərbi potensialın gücləndirilməsinə yönəltdi. “Mənim prezidentlik dövrümdə əgər dövlət büdcəsinin xərclərinə nəzər salsaq, görərik ki, birinci yerdə hərbi xərclərdir, birinci yerdə. Halbuki ölkənin başqa ehtiyacları var. Bir milyona yaxın məcburi köçkünün də problemlərini biz həll edirdik, onları da biz yeni evlərlə təmin edirdik. Sosial problem, maaşlar, pensiyalar, bunları da biz artırmalı idik və artırırdıq. Daha çox artırmaq istəyirdik və istəyirik” söyləyən Müzəffər Ali Baş Komandan bildirdi ki, ilk növbədə, orduya, Qələbəyə aparan yola daha böyük maliyyə dəstəyi verildi.
Azərbaycan yenə də hərbi xərclərini artırır. Gələn ilin dövlət büdcəsində hərbi xərclərə ayrılan vəsait rekord həddə çatıb. Dövlət başçısı İlham Əliyev özlüyündə yaranan bu sualı cavablandırdı: Nə üçün? Müharibə arxada qaldı, iki il keçib. Cavab çox sadədir. Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələr, dairələr baş qaldırır. Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb.
Son iki ildə Silahlı Qüvvələrimiz daha da güclənib. “Dəmir yumruğ”un davamı olaraq “Qisas” və “Qətiyyətli cavab” əməliyyatları bunun təsdiqidir. Dövlət başçısı İlham Əliyev Şuşadan bir daha bu bəyanatı səsləndirdi ki, biz sülh istəyirik, biz müharibə istəmirik: “Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər.”
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18

