Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Nəsimi rayonu 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul səyyar qəbul keçirilib

Nəsimi rayonu 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul səyyar qəbul keçirilib

18.11.2022 [10:54]

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda iştirak edən M.Qaşqay, F.Qasımzadə, Ə.Topçubaşov, Kaveroçkin, Bakıxanov, M.Rəfili küçələrinin əhatəsində, həmçinin rayonun digər ərazilərində yaşayan sakinlərin müraciətlərinə baxıldı.

Sakinlərdən Bayramov Elnur, Məmmədova Sədaqət, Qasımova Könül, Bayramova Yasəmən, Qurbanova Aytən, Musayeva Aleksandra, Abutalıbov Müqbil, Əzizov Polad və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, küçənin işıqlandırılması, həyətin və binanın abadlaşdırılması, quru ağacın götürülməsi, yaşadıqları evlərin istismar müddətinin keçməsini nəzərə alaraq yeni layihə çərçivəsində məhəllənin yenidənqurulması barədə müraciətlər etmişlər.

Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə, xüsusilə 35 saylı məktəbin yenidən inşa edilərək istifadəyə verilməsinə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Qəbulun gedişində ölkə başçısı tərəfindən əhalinin rifahının daha da yüksəldilməsi naminə atılan addımlar, Nəsimi rayonu ərazisində görülən abadlıq-quruculuq işləri, həmçinin sakinləri maraqlandıran digər məsələlər barədə söhbət aparılmışdır.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Paylaş:
Baxılıb: 531 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31