Türk dünyasının birliyi Azərbaycanın əsas çağırışlarındandır
21.11.2022 [16:32]
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Türk dünyasının birliyinin möhkəmləndirilməsi dövlətimizin xarici siyasətində prioritetdir. Dövlətimizin başçısı İlham Əliyevin təkcə cari ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrə, eyni zamanda, həmin ölkələrin prezidentlərinin Azərbaycana səfərlərinin say tərkibinə, səfərlərin məqsəd və məramına, keçirilən görüşlərdə müzakirə olunan məsələlərə diqqət yetirmək kifayətdir. Noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə son 7 ayda üçüncü dəfə qardaş Özbəkistana səfər etdiyini xatırladan dövlət başçısı İlham Əliyev bildirdi ki, aprel ayında Özbəkistanda dövlət səfərində olub, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşündə iştirak edib. Bu gün isə yenidən Səmərqənd şəhərində olmaqdan çox məmnundur. Bu səfərlər zamanı Özbəkistanda gedən genişmiqyaslı quruculuq işləri ilə yaxından tanış olmaq imkanı olub: “Əldə edilmiş nailiyyətlər münasibətilə qardaşım, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və qardaş özbək xalqını təbrik edirəm. Səfərlər zamanı Prezident Şavkat Mirziyoyev ilə apardığım müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır.”
Azərbaycan və Özbəkistan xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Hazırda iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Hər bir səfər münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş Sammitində Fəxri qonaq qismində iştirak etmişdi. Bu dəvət qarşılıqlı əlaqələrimizin yüksələn xətlə inkişafına aydınlıq gətirməklə yanaşı, prezidentlərin şəxsi münasibətlərinə, bir-birinə etimadlarına işıq saldı. Hər səfər zamanı keçirilən görüşlər, müzakirə edilən aktual məsələlər münasibətlərdə yeni mərhələnin əsasını təşkil edir. Cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdü. Hər iki görüşdə Azərbaycanın tarixi Zəfərinin ikinci ildönümünün qeyd edilməsi böyük qürur hissi ilə qeyd edilərək Prezident İlham Əliyevə təbriklər çatdırıldı.
Reallıq budur ki, tarixi Zəfərimiz türk dünyasının birliyində əhəmiyyətli rol oynayır. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. Azərbaycanın döyünən ürəyi Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, Şamaxı şəhərinin 2023-cü il üçün “Türk dünyası turizm paytaxtı”, eyni zamanda, Türkiyənin Bursa şəhərinin 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi də bu birliyin sıx tellərlə bağlılığını təsdiqləyən addımlar sırasındandır. Keçirilən görüşlərdə bu reallıq önə çəkilir ki, Azərbaycan Türk dünyası üçün başlanan möhtəşəm gələcəyin əsas müəlliflərindəndir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

