/ / XİN: BMT Əhali Fondunun azərbaycanlıların legitim etirazlarına dair bəyanat verməsi qəbuledilməzdir
XİN: BMT Əhali Fondunun azərbaycanlıların legitim etirazlarına dair bəyanat verməsi qəbuledilməzdir
25.01.2023 [16:00]
"24 yanvar tarixində BMT-nin Əhali Fondunun Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı qərəzli, həqiqəti əks etdirməyən və təşkilatın mandatına aid olmayan məsələlərlə bağlı bəyanatı təəccüb və təəssüf doğurur".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin BMT-nin Əhali Fondunun Laçın yolu ətrafında yaranmış vəziyyətlə əlaqədar bəyanatına dair şərhində bildirilib.
Qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 30 il ərzində öz evlərindən didərgin düşmüş, illərlə çadır şəhərciklərində, atılmış qatar vaqonlarında, düşərgələrdə heç bir sağlamlıq şəraiti olmayan mühitdə yaşamış, təhsil, səhiyyə və bütün digər hüquqlardan məhrum olmuş yüz minlərlə azərbaycanlı ailənin acınaqcaqlı vəziyyətinə münasibət bildirməyən BMT-nin Əhali Fondunun azərbaycanlıların legitim etirazlarına dair bəyanat verməsi qəbuledilməzdir.
"Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının, bu sərvətlərin Azərbaycandan Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə Azərbaycanın suveren ərazisi olan Laçın yolunda dinc etirazlar Azərbaycan xalqının legitim hüququdur.
Erməni sakinlərin kompakt yaşadığı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər Azərbaycanın milli təhlükəsizliyinə hədədir və belə qanunsuz fəaliyyətlərə son qoyulması zəruridir. Bu xüsusda, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli bəyanata uyğun olaraq, Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. Təhlükəsizlik zəmanəti həmçinin Laçın yolundan sui-istifadənin qarşısının alınmasını ehtiva edir.
Xarici İşlər Nazirliyinin son bir ay ərzində verdiyi bəyanatlarda qeyd edildiyi kimi, Laçın yolunda nəqliyyat vasitələrinin və sakinlərin hərəkətinə etirazçılar tərəfindən heç bir maneə tətbiq edilmir və guya etirazların bölgədə “humanitar fəlakət” yaratdığı barədə iddialar əsassızdır. Etirazlar başlayan gündən yoldan istifadə etməklə sayı 1000-dən artıq olan nəqliyyat vasitələri sakinlərin istifadəsi üçün gündəlik tədarük malları, tibbi ləvazimatlar və zəruri tibbi xidmətlərlə təmin olunublar. Azərbaycan hökuməti həmçinin erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Bütün bunlara baxmayaraq, özlərini erməni sakinlərin “liderləri” kimi təqdim edən şəxslər öz qanunsuz fəaliyyətlərini davam etdirmək məqsədilə yerli əhalidən sipər kimi istifadə etməkdə davam edir və onların hərəkət azadlığına mane olurlar.
Qeyd edilənlərlə əlaqədar, BMT-nin Əhali Fondunu qərəzsiz olmağa və təşkilatın nüfuzuna xələl gətirəcək hərəkətlərdən və açıqlamalardan çəkinməyə çağırırıq", - XİN-dən vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48

