Yaxın Orta Şərqdə “buzlar əriyir”...
17.07.2024 [10:35]
Türkiyə ilə Suriya arasında danışıqlar başlaya bilər
Dünyanın əksər regionlarında olduğu kimi Yaxın Şərqdə də sülhün və təhlükəsizliyin təmini üçün uzun illərdir fərqli formatlarda iş aparılır. Son dövrlərdə regionun təhlükəsizlik seqmentinin daha da irəliləməsinə, terrorizmə qarşı qəti mübarizənin mühüm yeniliklərə yol açacağına böyük ümidlər yaranıb. Nəzərə alınmalıdır ki, yeni dövrün çağırışları region ölkələri ilə yanaşı, həm də regiona yaxın ölkələrin də maraq dairəsindədir, Türkiyənin timsalında Yaxın Orta Şərqin sülh və təhlükəsizlik şəraitində inkişafını dəstəkləyən ölkələrin varlığı mühüm ümidlər formalaşdırır. Türkiyə yeni təhlükəsizlik arxitekturasının möhkəm və davamlı olması üçün səy göstərir, terrorizmə qarşı mübarizəyə əhəmiyyətli töhfələr verir. Bu istiqamətdə inkişaf edən siyasi və hərbi formatlı danışıqlar isə regional problemlərin həllinin hər zaman diqqət mərkəzində saxlandığını göstərir. Eyni zamanda, Türkiyənin bu problemlərin həllində oynadığı rol artdıqca bu daha aydın şəkildə üzə çıxır.
Münasibətlərdə yeni mərhələ...
Bu mənada, Türkiyə-Suriya münasibətlərində yeni mərhələnin başlanması ehtimalı gündəmə gəlib. Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüş ilə bağlı anonsların səsləndirilməsi bunu deməyə əsas verir. Belə ki, Suriya prezidenti Bəşər Əsəd iyunun 26-da Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevi qəbul edərkən deyib ki, Dəməşq Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş bütün təşəbbüslərə açıqdır. İyunun 28-də isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dəməşqlə 2012-ci ildə kəsilmiş diplomatik münasibətləri bərpa etməyə hazır olduğunu bəyan edib. Vurğulandığı kimi, Suriya Prezidenti Bəşər Əsəd də münasibətləri normallaşdırmaqda maraqlı görünür - o, Dəməşqdəki seçki məntəqələrindən birində seçicilərlə söhbəti zamanı deyib ki, Suriya Türkiyə ilə münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün təşəbbüslərə müsbət yanaşır və beynəlxalq hüququn prinsiplərinə əməl olunmaqla belə bir addım atmağa razıdır. “Təbii ki, heç kim qonşuları ilə problem istəmir. Suriya müəyyən qaydalara uyğun olaraq Türkiyə ilə görüşməyə və onunla əlaqələri yaxşılaşdırmağa hazırdır. Biz Suriya-Türkiyə münasibətlərinin normallaşdırılması üçün davamlı səylərin uğur qazanmasını istəyirik”, - deyə Əsəd bildirib.
Təfərrüatlar açıqlanmır...
Təbii ki, zaman-zaman bu tipli çağırışlar olsa da, indiyə qədər heç biri reallaşmayıb. Türkiyə mediası danışıqların sentyabrda Rusiya paytaxtında reallaşması ehtimalını irəli sürür. Görüşlə bağlı təfərrüfatlar açıqlanmasa da, hərbi, siyasi, iqtisadi məsələlər, terrorla mübarizə və qaçqın problemi ilə bağlı ikitərəfli komissiyaların yaradılması ehtimalı irəli sürülür. Danışıqların əsas mövzusunun Suriyanın suverenliyi, qaçqınların vətənlərinə qayıtması olacağı düşünülür.
Ümumiyyətlə, Yaxın Orta Şərq məsələsi artıq 30 ildir siyasi güclərin əsas “müzakirə predmeti” kimi çıxış etməkdədir. Məhz böyük güclərin maraqları ötən 30 ildən artıq müddətdə bu regionda terrorizmə qarşı effektiv mübarizənin aparılmasına mane olub. Son dövrlərdə isə Türkiyənin qlobal siyasi oyunçuya çevrilməsi Yaxın Orta Şərq regionunda da bu məsələnin həllinə ümid yaradır. Başqa sözlə, artıq şərtlər dəyişir və regional və müstəqil inkişaf üçün əsas şərt sayılan sabitlik və iqtisadi əlaqələrin inkişafı amili önə çıxarılır. Bunun təmin edilməsi isə bütövlükdə Yaxın Orta Şərq üçün mühüm perspektiv vəd edir. Türkiyənin regionun təhlükəsizliyi ilə bağlı konsepsiyasında isə siyasi müstəqillik seqmentinin ən prioritet məsələ kimi önə çıxması, siyasi sabitliyin əldə olunması, hərbi qarşıdurmaların dayandırılması və dialoqun formalaşdırılması, iqtisadi münasibətlərin sırf dövlət maraqları səviyyəsində inkişaf etdirilməsi kimi mühüm amillər yer alır. Beləliklə, yeni siyasi gündəm yeni siyasi münasibətlər sisteminin formalaşmasını zəruri edir.
Yeni siyasi zəmin...
İndiki halda isə Türkiyənin regionun stabilliyi istiqamətində atdığı addımlar öz bəhrəsini verir. Məsələn, 2022-ci ilin dekabrından etibarən aparılan Rusiya, İran, Suriya və Türkiyə arasındakı təmaslar regionda yeni şəkilləndirmənin başlayacağına əsas yaradır. Bu təmaslarda əsas rol alan Türkiyənin səyi nəticəsində terrorla mübarizə sahəsindəki əməkdaşlıq, suriyalı qaçqınların geri qayıtması ilə bağlı mexanizmin hazırlanması, siyasi prosesin davam etdirilməsi və Suriyanın ərazi bütövlüyünün qorunması kimi məsələlər müzakirə predmetinə çevrilir.
Türkiyənin hazırda stabilləşdirici faktor kimi önə çıxması isə yeni siyasi situasiya formalaşdırır. Nəzərə alsaq ki, Türkiyə coğrafi regionun əsas güc mərkəzlərindən biridir, bu amil, dövlətlər arasında münasibələrin normallaşması və Yaxın Orta Şərqdə dialoq mühitinin inkişafına zəmin yaradır. Qarşılıqlı şəkildə diplomatik münasibətlərin bərpası isə çoxşaxəli əlaqələrin inkişafına yeni impuls gətirməklə yanaşı, köçkünlərin geri qayıdışı üçün mühit formalaşdırır. Başqa sözlə, münasibətlərin istiləşməsi sözügedən regionda yeni siyasi mənzərənin əsasını qoyur, terrorizmə qarşı mübarizənin effektiv mərhələyə keçidini rəsmiləşdirir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22

