Ermənilər Qərbi seçdi
14.05.2022 [11:45]
Revanşistlərin “küçə hərəkatı planları” işə yaramır
SADİQ
Ermənistanda “Müqavimət Hərəkatı” adlanan revanşitslərin apardıqları “küçə mübarizəsi” fiaskoya uğramaqdadır. Keçmiş hakimiyyətlərin təmsilçiləri – Köçəryan, Sarkisyan, Ohanyan və digərlərinin xalqı Paşinyana qarşı qaldırmaq istəyi reallaşmır. Bunun isə bir sıra mühüm səbəbləri mövcuddur. Hələ də “itaətsizlik aksiyaları”nın nəticəsi ilə bağlı illüziyalar yaratmağa çalışan bu qüvvələr son dövrlərdə daha da aktuallaşan sülh müqaviləsinə qarşı kütlə yığmağa çalışırlar. Bir neçə şəhər və regionlarda bu cür aksiyalar təşkil etməyə çalışanlara sadə ermənilərin göstərdikləri münasibət isə çox şeydən xəbər verir. Revanşist müxalifət nəinki kütləvi etirazçı kontingenti yaratmağa nail olur, əksinə getdikləri bütün ərazilərdən qovulurlar. Sosial şəbəkələrin erməni seqmentində paylaşılan videolar buna misaldır. Başqa sözlə, aksiyalara, yürüşlərə baxanda məlum olur ki, müxalifət praktiki olaraq bütün resurslarını tükəndirib və yaxın gələcəkdə etiraz hərəkatı nəhayət ki, sönəcək. Onların məğlubiyyətinin səbəbi isə kim olmaları, hansı ünvanlara işləmələri ilə bağlı həqiqətlərin sadə ermənilər tərəfindən bilinməsidir. Məsələn, 2022-ci ilin əvvəlindən başlayaraq Aİ-nin aktiv vasitəçiliyi ilə tənzimləmə prosesində əldə olunan nailiyyətlər sadə erməniləri ümidləndirib. Aclıqdan, səfalətdən, illərlə hakimiyyətin apardığı işğal siyasəti ucbatından kasıblıqdan cana doymuş ermənilər yenidən rusiyapərəst qüvvələrin yanında yer almaq istəmirlər. Bu faktı erməni siyasətçilərinin fikirləri də təsdiqləyir. Məsələn, son dövrlərdə internet resurslarında erməni xalqının keçmişə və ya qeyri-müəyyən gələcəyə qayıtmaq istəməməsi haqqında saysız yazılar dərc edilməkdədir. Ermənilər Azərəbaycan ilə yeni bir müharibəni ölkələrinin sonu kimi dəyərləndirirlər. Bu mənada, revanşistlərin xarici güclərə “arxalanaraq” səsləndirdiyi qeyri-real fikirlər açıq şəkildə rədd edilir. Bunun əksinə, siyasi qüvvələrə Azərbaycanın regionda yaratdığı yeni iqtisadi re?llıqlardan bəhrələnməyi məsləhət görürlər.
Mayın 12-də “Müqavimət Hərəkatı”nın bir qrup nümayəndəsinin Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin ofisi qarşısında keçirdiyi etiraz aksiyasının dağıdılmasından sonra rusiyapərəst müxalifətin bütün kartları tam açılıb. Qəribə də olsa baş verənlərdə Aİ hədəfə alınır. Revanşist müxalifətçilərin təmsilçilərindən olan Lilit Beqlaryan aksiya ilə bağlı bütün etirazlarını Aİ-yə ünvanlayır. Bu isə bir daha “Müqavimət Hərəkatı” adlanan təşkilatın Köçəryan və Sarkisyanın rəhbərlik etdiyi rusiyapərəst qüvvələr tərəfindən təşkil edildiyini təsdiqləyir. Məqsəd isə Avropanın, daha geniş götürsək, Qərbin tənzimləmə prosesindəki rolunu azaltmaq, başqa sözlə, buna mane olmaqdır. Əslində, aksiyanın məhz Aİ-nin yerli ofisinin qarşısında keçirilməsi özü hər şeyi açıq şəkildə ortaya qoyur. Fərqli güclərin alətinə çevrilmiş müxalifətin tənzimləmə prosesində moderatorluq edən bir quruma “etiraz” səsləndirməsi bəzi məqamların üzərinə işıq salır - demək ki, tənzimləmə Köçəryan və ya Sarkisyana arxa çıxan qüvvələrə sərf etmir. Avropa isə qısa zamanda problemin köklü həllinə nail olaraq regionda təhlükəsizlik mühiti yaratmaq istəyir. İndiki məqamda demarkasiya və delimitasiya ilə bağlı işçi qruplarının yaradılması, təmaslar aktuallıq qazanıb. Revanşistlərin himayədarları isə prosesdən kənarda qalmalarını həzm edə bilmirlər. Bir sıra yollarla prosesi gözdən salmağa, ona qarşı qara piar aparmağa çalışırlar. Amma bütün bu cəhdlər hamısı boşa gedir. Ermənilər revanşistlərin küçə yürüşlərini nəinki dəstək verməməklə, hətta onlara açıq şəkildə etiraz etməklə hansı tərəfdə yer aldıqlarını ortaya qoyurlar. Ermənilər Qərbi seçir...
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22

