NATO-Rusiya müharibəsi yenidən aktuallışır
13.06.2023 [11:17]
“Böyük Avropa müharibəsi” - hava hücumuna nüvə raketləri cavab verəcək?
Müttəfiqlər Rusiya səmasını “tədqiq etməyə” başladı
Gələn ay Vülnüsdə baş tutacaq NATO-nun Zirvə görüşü Rusiya-Ukrayna müharibəsi kontekstində mühüm qərarlarla yadda qala bilər. Hətta bəzi siyasi ekspertlər, bu sammitdə Rusiyaya qarşı yeni konsepsiyanın - yol xəritəsinin hazırlanacağını da istisna etmir. Artıq Ukraynaya dəstəyini və rəsmi Kiyevi silahlandırmağı daha da intensivləşdirən Qərb blokunun bu problemi “uzatmaq” fikrində olmadığı açıq-aşkar ortadadır.
Təbii ki, Rusiya da prosesi görür və dəyərləndirir. Bu mənada, Kremlin gözlənilən təhlükənin qarşısının alınması üçün müdafiə tədbirlərinə əl atması anlaşılandır. Amma, deyəsən, Moskvanın bu dəfəki “önləyici tədbir”i daha sərt xarakter daşıyır, mühüm təhdid formalaşdırır. Belə ki, Rusiya prezidenti Vladimir Putin Soçidə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşdə Belarusa nüvə silahlarının yerləşdirilməsi üçün hazırlıqların tamamlandığını bildirib. O qeyd edib ki, 7-8 iyulda Belarusda taktiki nüvə silahı yerləşdirəcəyik: “Hər şey plan üzrədir, hər şey stabildir”.
Xatırladaq ki, bundan əvvəl də həm Rusiya Prezidenti Putin, həm də onun belaruslu həmkarı Aleksandr Lukaşenko taktiki nüvə silahlarının Belarusda yerləşdiriləcəyini və bunun üçün xüsusi obyekt tikildiyini bildirmişdi. Lukaşenko nüvə silahı ilə bağlı tənqidlərə cavab olaraq, nüvə silahlarının yerləşdirilməsi planlarının şantaj olmadığını, Qərbin Belarusu məhv etmək istədiyini və işğala hazırlaşdığını iddia edərək, xalqını Qərbə qarşı “qoruduğunu” qeyd etmişdi.
Rusiya niyə və hara tələsir? - Avropaya tuşlanmış “nüvə başlığı”...
Qərb mediası isə Rusiyanın bu cür “tələskənliyini” bir sıra məqamlarla izah edir. Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi tarixinin “önə çəkilməsi” ilk növbədə Vilnüs Sammitində NATO-nun “şimala doğru genişlənmə” planının yekunlaşması ilə əlaqələndirilir. Belə ki, İsveçin Türkiyənin irəli sürdüyü öhdəlikləri yerinə yetirəcəyi təqdirdə rəsmi Stokholmun Alyansa üzv olma perspektivini yaradıb. Belə olan halda, NATO-nun “şimal sərhədi” tam olaraq formalaşır - bu isə, Rusiya üçün mühüm təhlükə deməkdir. Nəzərə alsaq ki, Rusiyanın əsas “nüvə gücü”məhz şimal dənizlərində “qorunur”, İsveç və Finlandiya üzərindən NATO-nun həmlələləri Kremli çətinliklərlə üzləşdirə bilər. Bu baxımdan, Moskva “qəflətən yaxalanmamaq” üçün Belarus variantını daha tez həyata keçirmək niyyətindədr.
Ağ Evin isə Moskvanın Belarusda taktiki nüvə silahları yerləşdirmək planına ehtiyatla yanaşdığı ortadadır - reaksiyanın “nəticələrə nəzarətini davam etdiririk” şəklində ifadə edilməsi “Böyük Avropa müharibəsi” təhdidindən yayınma yollarının axtarıldığını deməyə əsas verir.
NATO bütün gücünü Almaniya səmasına “daşıyır”...
Bununla belə, NATOda silahlı toqquşma ehtimalından vaz keçmir - Alyans yeni mərhələ üçün silahlı gücünün “taktiki - strateji” anlamda hansı gücə malik olduğunu həm dəyərləndirmək, həm də nümayiş etdirmək niyyətindədir. İyunun 12-dən başlayaraq Almaniya Hərbi Hava Qüvvələrinin komandanlığı altında başlanan “Air Defender 2023” təlimləri bunu deməyə əsas verir. NATO tarixinin ən genişmiqyaslı hava təlimi kimi dəyərləndirilən tədbirə 250-dən çox helikopter və təyyarə cəlb olunub. Manevrlərdə 25 ölkədən 10 mindən çox hərbçinin iştirakı planlaşdırılıb. “Air Defender 2023” hərbi təliminin bəyan olunan məqsədi isə “havada təhlükəli qüvvə olduğuna dair aydın və güclü siqnal” verməkdir. Bir sıra siyasi-hərbi mütəxəssislərin fikrincə, bu kimi “rəngarəng, ciddi və tam real mənzərəni əks etdirəcək” təlimlər, təlimə cəlb olunan “hava maşınları”nın ən müasir sistemlərə malik olması NATO-nun məqsədlərindən xəbər verir:
- Alyans Avropada tammiqyaslı silahlı münaqişə proqnozlaşdırır;
- Bu kimi taktiki hazırlıq hava hücumundan müdafiə ilə yanaşı, həm də hava hucumu strategiyasının üsullarının işlənib hazırlanmasına xidmət edir;
- Fors-major situasiyalarda hazırlıqsız yaxalanmalardan yayınmaq məqsədlidir;
- Əlindəki ən müasir hava sistemlərini-qırıcıları, bombardmançıları və hava laynerlərini nümayiş etdirir.
Almaniya Silahlı Qüvvələrinin mətbuat xidmətinin təlimlərlə bağlı yaydığı bəyanatda da bildirilir ki, “iyunun 12-dən Almaniya səması izdihamlı və səs-küylü ola bilər: iki həftə ərzində 25 dövlət 250 təyyarə və helikopterlə müxtəlif hava əməliyyatlarına hazırlığı yoxlayacaq”.
Hərbi təlimlərə cəlb edilən texnikalardan 100-ü ABŞ-a məxsusdur. Təlimin əsas mərhələsi Almaniya səmasında keçiriləcək, Rumıniya və Baltikyanı ölkələrdə isə manevrlərin iştirakçıları gediş-gəliş əsasında missiyaları yerinə yetirəcəklər. “Bundesver”in açıqlamasında təlimin həm də “ən qısa müddətdə böyük hava birləşmələrinin köçürülməsi” xarakteri daşıdığı da bildirilib. Almaniya Hərbi Hava Qüvvələrinin komandanlığından general-leytenant Gunther Katz bildirib ki, “Air Defender 2023”də hava əməliyyatlarının demək olar ki, bütün formaları işlənəcək. Məlumata görə, təlim ssenarisi Alyansın Nizamnaməsinin 5-ci maddəsinə əsasən “Alyansın ərazisinin kollektiv müdafiəsini” simulyasiya edir.
Ukraynaya çatdırılması planlaşdırılan F-16 qırıcıları...
Rusiyalı təhlilçilər isə bu təlimlərin açıq şəkildə Kremlə qarşı yönəldiyini bildirirlər. Onlar Alyansın Rusiyaya qarşı “Avropada genişmiqyaslı silahlı münaqişənin aparılması üsullarını işləyib hazırlamaq” niyyətində olduğunu qeyd edirlər. “Xüsusən, müttəfiq aviasiyasının iki strateji istiqamətdə - Rumıniyanın hava məkanına daxil olmaqla cənubda və Baltikyanı ölkələrdə hərəkətlərinin işlənməsi planlaşdırılır. Əslində, bu faktın özü təlimlərin Rusiyaya qarşı yönəldiyini göstərir. Çünki Baltik və Qara dəniz bölgələri Rusiya Federasiyası ilə həmsərhəddir”, -deyə rusiyalı ekspert Sergey Yermakov Rusiya Televiziyasına şərhində bildirib.
Sergey Yermakovun sözlərinə görə, “Air Defender 2023” təlimlərinə Ukraynaya çatdırılması planlaşdırılan F-16 qırıcılarının da cəlb olunması təsadüfi deyil. “Bütün səbəbləri bir araya topladıqda aydın olar ki, NATO faktiki olaraq geniş anti-Rusiya strategiyası həyata keçirir və təlimlər onun mühüm elemen?lərindən biridir”, - deyə ekspert bildirib.
Qərb “məşq edir” - Ukrayna məğlub olarsa...
Digər ekspertlər isə təlimlərin əsas səbəbi kimi Qərbin Ukrayna ilə bağlı arzularının məhvini göstərir - NATO tədricən Ukraynanın məğlub olduğu” reallığı ilə barışmağa hazırlaşır.
Almaniyanın “Bild” qəzeti də bu təlimləri Rusiyaya və Prezident Putinə “siqnal” adlandırıb. Qeyd olunur ki, bu təlimlə bağlı ilkin razılaşma hələ 2018-ci ildə əldə olunub. Qəzet hesab edir ki, bu təlimlərin əsas məqsədi alyansın ən pis ssenariyə necə cavab verə biləcəyini nümayiş etdirməkdir. Almaniya kansleri Olaf Şolts isə bildirib ki, bu manevrlər Baltik dənizi regionunda Rusiya ilə NATO arasında münasibətlərin kəskinləşməsinə səbəb olmayacaq. O bildirib ki, belə bir narahatlıq yoxdur. Çünki Almaniya Hərbi Hava Qüvvələri öz işinə çox məsuliyyətlə yanaşır.
SADİQ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

