Ərdoğan Vaşinqtondan tələb edir
08.12.2023 [11:15]
İsveçin NATO üzvlüyü qarşılığında “F-16”lar...
ABŞ Türkiyə Prezidentinin çağırışına necə reaksiya verəcək?
Nardar BAYRAMLI
İsveçin NATO-ya üzv olması məsələsi hazırda gündəmdədir. Məlumdur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də İsveçin NATO-ya üzvlük protokolunu imzalayıb. İsveçin NATO-ya daxil olması protokolu ilə bağlı qanun layihəsi hazırda Türkiyə Böyük Millət Məclisinin müvafiq komissiyasında nəzərdən keçirilir. Xatırladaq ki, İsveç və Finlandiya ötən ilin mayında NATO-ya qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin Türkiyənin təsdiq etməməsi səbəbindən İsveçin müraciəti hələ müsbət nəticələnməyib.
Hələ bu ilin iyul ayında NATO-nun Vilnüs sammitində əsas müzakirə mövzularından biri İsveçin alyansa üzvlüyü məsələsi idi. Bu ölkənin alyansa üzvlüyü üçün Türkiyə müəyyən şərtlər irəli sürmüşdü. İsveç təşkilata üzv olmaq üçün Türkiyə qarşısında götürdüyü öhdəliyə əməl etməli, bəzi terrorçuları bu ölkəyə təhvil verməli idi. Eləcə də bu ölkənin PKK/YPG terror təşkilatına maliyyə dəstəyi dayandırılmalıdır. Ötən müddət ərzində bir sıra addımlar atılıb. Hətta NATO-nun baş katibi Yens Stoltenberq sammit ərəfəsində İsveçin bütün öhdəlikləri yerinə yetirdiyini bəyan etmişdi. Amma Türkiyə bununla razı deyildi. Üstəlik, İsveçdə İslamın müqəddəs kitabı olan “Quran”ın dəfələrlə yandırılması, Türkiyənin dövlət rəmzlərinin təhqir olunması vəziyyəti gərginləşdirməyə xidmət edirdi. Bununla belə, İsveç milli qanunvericiliyə terrorla mübarizə ilə bağlı dəyişikliklər etdi və digər addımlar atdı. Bu da Türkiyənin məsələyə “yaşıl işıq” yandırması inamını artırdı.
Yeri gəlmişkən, rəsmi Ankara Türkiyə parlamentinin İsveçin NATO-ya müraciətini ratifikasiya etməsinə cavab olaraq Vaşinqtonun “F-16” qırıcı təyyarələrinin tədarükü ilə bağlı ABŞ-ın qarşılıqlı münasibətinə ümid edir. Bu barədə “Anadolu” agentliyi prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatına istinadən məlumat yayıb. “Qoy ABŞ-dakı həmkarlarımız İsveçin NATO-ya üzvlüyünün Türkiyə parlamentində nəzərdən keçirilməsi ilə eyni vaxtda Türkiyəyə “F-16” tədarükü məsələsini Konqresdən uğurla keçirsinlər. Gəlin, bu addımları eyni vaxtda edək”, - deyə Ərdoğan vurğulayıb.
Uzun müddətdir ki, bu məsələ tərəflər arasında ciddi müzakirə predmetidir. Vaşinqtonun Ankaraya “F-16”ları satmamasının səbəbi nədir? Bu problem uzun illər davam etsə də, ABŞ Konqresinin Nümayəndələr Palatasının 2022-ci ilin iyulunda müdafiə büdcəsinə düzəlişi problemi daha da dərinləşdirib. Dəyişikliyə əsasən, Türkiyə Yunanıstanın “hava məkanını pozduğu” müddətcə ABŞ administrasiyası yeni “F-16” qırıcıları və onların modernləşdirilməsi üçün komponentləri Türkiyəyə satmayacaq.
Ötən ay Türkiyənin xarici işlər naziri Hakan Fidan da bəyan etmişdi ki, Ankara ABŞ-dan heç bir şərt və məhdudiyyət olmadan “F-16”ların alınmasına dair müraciətə baxılmasının tezliklə başa çatdırılmasını gözləyir. O qeyd edib ki, Ankara qarşılıqlı maraq doğuran bir çox regional və qlobal məsələlərdə ABŞ ilə əməkdaşlığı davam etdirir: “Biz dəfələrlə bəyan etmişik ki, Birləşmiş Ştatlar milli təhlükəsizliyimizə birbaşa təsir edən məsələlərlə bağlı öz yanlış mövqelərini düzəltmək üçün konkret addımlar atmalıdır. Bununla əlaqədar olaraq, biz bütün səviyyələrdə heç bir şərt və məhdudiyyət olmadan “F-16”ların alınması və modernləşdirilməsi ilə bağlı müraciətimizə baxılmasının tezliklə başa çatdırılacağına ümid edirik”.
Bu ilin iyul ayında hər iki dövlətin başçılarının telefon danışığında da “F-16” məsələsi diqqət mərkəzinə olmuşdu. Türkiyə ilə ABŞ arasında “F-16” qırıcı təyyarələrinə dair müzakirələr müsbət nəticə verməkdədir. Belə ki, həmin telefon danışığı ilə bağlı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın jurnalistlərə verdiyi məlumata görə, Prezident Co Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Türkiyəyə “F-16” qırıcılarının tədarükünün Birləşmiş Ştatların maraqlarına uyğun olduğunu bildirib. Ankaraya döyüş təyyarələrinin tədarükü ilə bağlı vəziyyəti şərh edən Ceyk Sallivan qeyd etmişdi: “Bayden açıq və ardıcıl şəkildə “F-16”nın satışının müttəfiqlik və ikitərəfli ABŞ-Türkiyə münasibətləri üçün məqsədəuyğun olduğunu bildirib. Bu, bizim marağımızdadır”.
Yeri gəlmişkən, ABŞ administrasiyası hələ ötən il bu məsələ ilə bağlı Konqresə göndərdiyi məktubda da mövqeyini ifadə etmişdi. Amma məktubda “F-16” qırıcılarının mümkün satışına dair heç bir zəmanət və ya tarix göstərilməmişdi. Nəzərə almaq lazımdır ki, Türkiyə dünyanın, o cümlədən regionun aparıcı dövlətlərindən biridir. Son 10-15 il ərzində regionda baş verən mürəkkəb proseslər və təhdidlər fonunda Türkiyə regionda daha da fəallaşmağa başlayıb. Belə bir şəraitdə Türkiyə hərbi gücünü artırmaq və hava məkanını daha etibarlı qorumaq üçün NATO müttəfiqi olan ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemləri, eləcə də “F-16” və “F-35” hərbi təyyarələri almaq üçün müraciət etmişdi. 2012-ci ilin noyabrında Türkiyə Suriya ilə sərhədinin yaxınlığındakı ərazisində “Patriot” hava hücumundan müdafiə sisteminin yerləşdirilməsi ilə bağlı NATO-ya ərizə ilə müraciət etmişdi. Alyans rəhbərliyi kimyəvi hücum təhlükəsinə görə həmin ilin dekabr ayında raketlərin göndərilməsi ilə bağlı qərar qəbul etdi. “Patriot” kompleksləri Ankaraya alyans üzrə müttəfiq ABŞ, Almaniya və Niderland tərəfindən ayrılmışdı. “Patriot” zenit-raket kompleksləri Türkiyəyə 2013-cü ilin yanvarında gətirilmişdi. Bu sistemlərin Türkiyə ərazisində yerləşdirilməsində məqsəd Suriya tərəfindən mümkün hücumların qarşısını almaq idi. Müttəfiqlər bu müdafiə sistemini Türkiyəyə icarəyə vermişdi. Həmin razılaşmanın müddəti 2015-ci ilin yanvarın sonunda başa çatdı. Lakin müttəfiqlər müxtəlif bəhanələrlə müqavilə müddətini uzatmadılar. Amsterdamın ardınca ABŞ və Almaniya “Patriot”ları Türkiyə ərazisindən çıxardı. Buna alternativ olaraq heç bir təklif irəli sürülmədi.
ABŞ “F-35” və “F-16”ların, eləcə də “Patriot” HHMS-ni Türkiyəyə satışını müxtəlif bəhanələrlə uzatdığı üçün Ankara 2017-ci ilin dekabrında Rusiyadan S-400 zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzaladı. Bu saziş rəsmi Ankara və Vaşinqton arasında münasibətlərdə müəyyən gərginlik yaratdı. Birləşmiş Ştatlar Türkiyədən bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket kompleksləri almağı tələb etdi. Əks-təqdirdə ABŞ Türkiyəyə “F-35” qırıcı təyyarələrinin satışının dayandırılacağını bildirdi. Lakin Ankaranın Rusiya ilə müqaviləni pozmadığı üçün Türkiyənin proqramdakı iştirakı dayandırıldı. Halbuki, Türkiyə “F-35” layihəsinin 9 həmmüəllifindən biridir və proqrama milyardlarla dollar sərmayə qoyub.
Beləliklə, Qərbdən və NATO-dan olan müttəfiqlərinin laqeydliyi Türkiyənin Rusiya ilə hava hücumunda müdafiə sistemi üzrə əməkdaşlığına səbəb oldu. Nəzərə almaq lazımdır ki, Türkiyə münasibətlərin qurulmasında üstünlüyü, ilk növbədə, Qərb siyasi blokundan olan müttəfiqlərinə verib. Rusiya ilə münasibətlər daha çox regional əməkdaşlığa əsaslanır. Bütün bunlarla yanaşı, Türkiyə artıq hava hücumundan müdafiə sisteminin istehsalına başlayıb.
Onu da qeyd edək ki, hələ ötən il xarici KİV-lərdə məlumat yayılmışdı ki, Türkiyə ABŞ-dan 40 ədəd “F-16” təyyarəsinin “Blok 70” konfiqurasiyasını sifariş verib. Bundan başqa, Ankara daha 80 ədəd “F-16”nın modernləşdirilməsini istəyib.
“F-16”lar hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) əsas zərbə qüvvəsindən biridir.
S-400 zenit-raket komplekslərinin Rusiyadan alınmasından sonra Türkiyənin ABŞ tərəfindən “F-35” proqramından çıxarılması ölkənin HHQ-sində yeni axtarışlara səbəb oldu. Ankaranın öz imkanları ilə inkişaf etdirdiyi Milli Döyüş Təyyarəsinin (MMU) kütləvi istehsalının 2030-cu ilədək çəkəcəyi ehtimal edilir. Hər il orta hesabla 24 təyyarə istehsal ediləcəyi üçün milli döyüş təyyarələrinin Türkiyə Hərbi Hava Qüvvələrinin mövcud parkını əvəz edə biləcək saya çatması 2040-cı illərə təsadüf edə bilər. İndiyədək Türkiyə tərəfindən yeni təyyarələr almaq əvəzinə, mövcud olanları modernləşdirmək üçün də səylər göstərilib. “Blok 30” konfiqurasiyasından olan “F-16”- lar Türkiyənin TUSAŞ şirkəti tərəfindən modernləşdirilir. Bu modernləşmə ilə onların uçuş müddəti 8000 saatdan 12000 saata qədər artırılır. ABŞ-dan yeni “F-16”ların alınması isə Türkiyənin müdafiə qabiliyyətini və hərbi gücünü əhəmiyyətli dərəcədə artıracaq. Ona görə də, Ankara İsveçin NATO-ya üzvlüyü qarşılığında Vaşinqtonun anoloji addım atmasını gözləyir.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

