Cənubi Koreya tarixində ilk dəfə...
16.01.2025 [09:56]
Yun Sok Yol CIO tərəfindən ikinci cəhddə uzun əməliyyat nəticəsində tutulub
Fəaliyyətdə olan prezident həbs edildi
Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan prezident həbs edilib. Ölkənin “Yonhap” agentliyinin yaydığı məlumata görə, fəaliyyətdə olan, lakin vəzifəsindən kənarlaşdırılmış Yun Sok Yol qiyam ittihamı ilə tutulub. Dövlət başçısı Koreyanın Yüksək Vəzifəli Şəxslərin Korrupsiyasının Araşdırılması İdarəsinə (CIO) gətirilib. İkin məlumatda bildirilib ki, idarə Yun Sok Yolu qiyama rəhbərlik etməkdə ittiham edir.
Xatırladaq ki, Koreya prezidentinin həbsinə artıq bir neçə gün idi ki, hazırlıq gedirdi. Ölkənin polis orqanları və CIO, eləcə də Prezidentin Təhlükəsizlik Xidmətinin nümayəndələri dövlət başçısının həbsinə dair orderi müzakirə etmək üçün bir araya gəlmişdilər. Verilən məlumata görə, həbsə minə qədər müstəntiq cəlb edilib.
Prezident mühafizəçilərinin müqaviməti...
Qeyd edək ki, Koreyada baş verən hadisələr əsasən ötən ilin son ayından vüsət almağa başladı. Prezdient Yun Sok Yol müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan etdi. Dekabrın 3-dən 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarıldı və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olundu. Nəticədə dövlət başçısı təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qaldı. Dekabrın 14-də isə Koreya Respublikasının parlamenti Prezident Yun Sok Yola impiçment elan etdi. sonrakı günlərdə isə ordunun və təhlükəsizlik qüvvələrinin bir sıra yüksəkrütbəli zabitləri hərbi vəziyyətlə bağlı cinayət işi çərçivəsində saxlanılıb. Məhkəmə Yun Sok Yol haqqında da həbs qərarı çıxarsa da, həbsi reallaşdırmaq mümkün olmayıb - yanvarın 3-də sabiq dövlət başçısının saxlanılması üçün order alan müstəntiqlər prezident mühafizəçilərinin müqaviməti səbəbindən həbsi həyata keçirə bilməmişdilər.
Dindirməni CIO aparır
Yanvarın 15-də isə prezidentin şəxsi mühafizəçilərinin müqavimətinə baxmayaraq, devrilmiş prezident Yun Sok Yol öz iqamətgahında həbs edilib. Prezident həbs olunduqdan sonra “qanunun aliliyinin tamamilə çökdüyünü” deyib. Polisin məlumatına görə, Yun Sok Yolun həbsi ilə bağlı son bir neçə həftədə oturduğu qərargaha 3000-dən çox polis məmuru göndərilib. Cənubi Koreya prezidentinin vəkilləri bildiriblər ki, Yun Sok Yol CIO müstəntiqləri tərəfindən dindirilir. Prezident qarşıdurmanın yaşanmaması üçün dindirmədə iştirak etməyə razılaşıb. Eyni zamanda, prezident ona qarşı aparılan istintaqı qanunsuz adlandırıb. “Yonhap” xəbər verir ki, ölkənin ən böyük müxalifət qüvvəsi olan Toburo Demokratik Partiyası prezidentin həbsini demokratiyanın və qanunun aliliyinin bərpasına doğru ilk addım adlandırıb.
Prezident səlahiyyətləri ikinci dəfə təhvil verildi...
Qeyd edək ki, Prezidentin vəzifəsindən uzaqlaşdırılmasından sonra onun səlahiyyətləri ilk olaraq Baş nazir Han Deok Su tərəfindən icra olunub. Lakin dekabrın 27-də Cənubi Koreya parlamenti onun da hakimiyyətdən uzaqlaşdırılmasına səs verib. Prezident səlahiyyətlərinin icrası baş nazirin birinci müavini, iqtisadiyyat və maliyyə naziri Çoi Sanq Moka həvalə edilib. Yeni icraçı isə bildirib ki, onun siyasətinin əsas prioriteti sabitliyin bərpası olacaq.
Həbs 20 günə qədər uzadıla bilər...
Koreya qanunlarına görə, CIO-nun məhkəmə qərarı tələb etmək üçün 48 saatı var - bu tələb qiyama cəhd ittihamı ilə həbsi həyata keçirmək üçün lazımdır. CIO-dan bildirilib ki, həbsin icrası uzun müddət tələb edib. Dövlət başçısı müstəntiqlər prezident kompleksinə gəldikdən təxminən beş saat sonra və onlar iqamətgaha daxil ola bildikdən üç saat sonra saxlanılıb. Dindirildikdən sonra onun Seul yaxınlığındakı Uivanqdakı təcridxanaya köçürüləcəyi gözlənilir.
Proses onu göstərir ki, Yun Sok Yol hələ bir müddət həbsdə qalacaq. Belə ki, o, rəsmən həbs olunarsa, müstəntiqlər ittiham irəli sürmək üçün işi prokurorlara təhvil verməzdən əvvəl onun həbs müddətini 20 günə qədər uzada biləcəklər.
INTERFAX-ın yaydığı məlumatda isə bildirilib ki, CIO əməkdaşları həbsdə olan prezidenti ilkin mərhələdə 2 saat yarım dindiriblər. Lakin o, ifadə verməkdən imtina edib, Agentliyin məlumatına görə, Yun Sok Yolun etirazına əsasən sorğu-sual zamanı video çəkiliş aparılmayıb.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54

