Yeni qanun layihəsinə dəyişiklik ediləcək?
19.02.2025 [08:20]
Gürcüstan Parlamenti ABŞ-ın FARA qanununa bənzər layihəni müzakirə edəcək
Yaxın zamanda Gürcüstan parlamentində xarici agentlər haqqında qanunda yeni dəyişikliklər ilə bağlı qanun layihəsi müzakirəyə qoyulacaq. Hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze yerli mətbuata açıqlamasında bildirib ki, yeni qanun layihəsi ABŞ-də qüvvədə olan FARA (“Foreign Agents Registration Act”) qanuna oxşar olacaq.
Xatırladaq ki, Gürcüstanda xarici agentlər haqqında qanun 2024-cü ilin mayında qəbul edilib. Sözügedən qanun layihəsi əsasən gəlirlərinin 20 faizdən çoxu xaricdən daxil olan qeyri-hökumət təşkilatları və müstəqil media qurumlarına aiddir. Bu qanuna görə, ölkədə fəaliyyət göstərən qeyri-kommersiya hüquqi şəxslər və media qurumları hər il yanvar ayında Ədliyyə Nazirliyinə öz xərcləri barədə hesabat təqdim etməlidirlər. Bu öhdəliyi yerinə yetirməkdən boyun qaçıran təşkilatlar və qurumlar qanuna müvafiq qaydada cərimə olunacaqlar.
ABŞ-dakı qanun nə ilə fərqlənir?
ABŞ-də xarici agentlər haqqında qanun layihəsi -FARA xarici maraqları təmsil edən fiziki və ya hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşmasına yönəlib - bu qanuna görə, müxtəlif ölkələrə, təşkilatlara və ya siyasi xadimlərə lobbiçilik edən və ya onların maraqlarının təminatı üçün vəkillik fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər Ədliyyə departamentində qeydiyyatdan keçməli və dövlət qurumuna maliyyə imkanları, o cümlədən lobbiçilik etdiyi ölkələr və təşkilatlar ilə əlaqələri barədə hesabat təqdim etməlidir. Bu qanunda həbs cəzası ilə yanaşı, cərimələr ilə bağlı müddəalar da əks olunub.
Aİ-d hansı reaksiya gözlənilir?
Bildiyimiz kimi, Gürcüstanda xarici agentlər haqqında qanun layihəsi Aİ tərəfindən birmənalı qarşılanmayıb - 2024-ci ilin yazında Gürcüstan parlamentində bu qanun müzakirə olunan zaman Brüssel hakim partiyaya bu qanunun Avropanın norma və dəyərlərinə zidd olması ilə bağlı xəbərdarlıq edirdi. Aİ-nin Gürcüstandakı səfiri Pavel Qreçinski “Reuters”-ə açıqlamasında qeyd edirdi ki, bu qanun Gürcüstanda qeyri-hökumət təşkilatlarının fəaliyyətini, söz və mətbuat azadlığını məhdudlaşdıracaq. Aİ-nin bir çox rəsmiləri də bu fikirləri səsləndirirdilər.
Ancaq Gürcüstan hakimiyyəti dəfələrlə bildirib ki, bu qanun layihəsi demokratik dəyərlərlə ziddiyyət təşkil etmir və onların əsas məqsədi daxili sabitlik və təhlükəsizliyin təminatı istiqamətində ölkədə xarici təsir imkanlarını məhdudlaşdırmaqdır. Parlamentdə müzakirələr zamanı spiker Şalva Papuaşvili bəyan edib ki, xarici donorlar Gürcüstanda radikal qrupların və partiyaların məxfi maliyyələşməsini artırıb. 2024-ci ilin aprelin 3-də “Gürcü Arzusu” fraksiyasının rəhbəri Mamuka Mdinaradze brifinqdə QHT-lərin xaricdən qəbul etdiyi vəsaitin 90% faizinin açıqlanmadığını, bunun dövlət təhlükəsizliyinə təhdid törətdiyini bildirib.
Gürcüstan hakimiyyətinin əsaslı bəyanatlarına baxmayaraq, başqa ölkələrin daxili işlərinə müdaxilə etməyə öyrəşən Aİ Gürcüstanın yüksək vəzifəli şəxsləri ilə görüşləri dayandırdı, gürcü diplomatlarına viza prosedurları tətbiq etdi, son anda isə Gürcüstanın ittifaqa üzvlüyü donduruldu.
Yəqin ki, Aİ rəsmiləri yeni qanun layihəsinin də demokratik prinsiplərə “zidd” olduğunu bəhanə gətirərək, Gürcüstana qarşı yeni məkrli planlar qurmağa çalışacaqlar - qarşılıqlı etibarı sarsıdacaq qərarlar qəbul edəcəklər, hətta təhdidə əl ata bilərlər.
Tramp ümidverici ola bilər
Bayden administrasiyası da Gürcüstana ciddi təzyiqlər göstərirdi - ölkədə sabitliyi pozmaq üçün Aİ ilə birləşərək Tiflisdə və ölkənin digər şəhərlərində ardıcıl etiraz aksiyalarının təşkilinə dəstək verirdi. Amma böyük ehtimalla, eyni münasibət Tramp administrasiyasından gözlənilməyəcək - Gürcüstanın Prezidenti Mixail Kavelaşvili deyib ki, ABŞ-dakı prezident seçkilərində Donald Trampın qələbəsindən sonra dünyadakı psevdoliberal nizamda dəyişikliklər başlayıb.
“Dəyərlərimizin və dünyagörüşlərimizin üst-üstə düşməsi məndə dərin bir inam yaradır ki, yeni administrasiya dövründə biz ABŞ-la münasibətləri bərpa edə və normallaşdıra biləcəyik” - deyə bildirən Kavelaşvili ölkəsinin ənənəvi dəyərlərin qorunmasına hər zaman önəm verəcəyini vurğulayıb.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52

