Regionlarda çəltikçiliyin və çayçılığın inkişafı istiqamətində davamlı tədbirlər görülür
19.05.2020 [12:10]
Bu sahələrin inkişafı həm daxili tələbatın ödənilməsi, həm də ölkəmizin ixrac potensialının artması baxımından mühüm əhəmiyyət kəsb edir
Məlum olduğu kimi, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və son 16 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycanda bütün sahələr inkişaf edib, nəinki paytaxt Bakıda, eyni zamanda, ölkəmizin regionlarında da tərəqqi qeydə alınıb. Heç şübhəsiz ki, müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması da regionlarda müxtəlif sahələrdə nailiyyətlərin əldə edilməsini şərtləndirib. Daha dəqiq desək, 2004-cü ildən icrasına başlanılan, bu vaxta kimi artıq üçünün icrası başa çatan, dördüncüsünün icrası isə davam edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsinin nəticəsidir ki, hazırda bütün şəhər və rayonlarımızda müasir standartlara cavab verən güclü infrastruktur formalaşdırılıb. Eyni zamanda bəhs edilən dövrdə əhalinin sosial müdafiəsinin təşkili istiqamətində effektiv tədbirlər görülüb, yüzminlərlə yeni iş yerləri yaradılıb, vətəndaşların gəlirləri əsaslı şəkildə artıb, o cümlədən kənd təsərrüfatı daha sürətlə inkişaf edib.
Əksər ekspertlərin də vurğuladıqları kimi ölkəmizin regionlarında aqrar sahənin inkişafından bəhs edərkən kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin və çayçılığın inkişafını, bu sahəyə dövlətin göstərdiyi diqqət və qayğını xüsusi qeyd etmək yerinə düşər. Məhz bu diqqət və qayğının nəticəsində həm ötən ildə, həm də bu ilin arxada qalan aylarında sözügedən sahələrdə mühüm uğurlar əldə olunub. Bu gün adıçəkilən sahələrin inkişafı eyni zamanda ölkəmizin ixrac potensialının artmasında, xarici bazarlarda yer tutmasında öncül məqamlardan birini təşkil edir.
Göstərilən dövlət qayğısı çəltikçiliyin inkişafına təkan verib
Beləliklə, vurğulandığı kimi ötən müddət ərzində göstərilən hərtərəfli dövlət qayğısı, həyata keçirilən işlər həm ümumilikdə kənd təsərrüfatının, həm də aqrar sektorun əsas sahələrindən sayılan çəltikçiliyin inkişafında da əsaslı rol oynayıb. Məhz bu diqqət və qayğının nəticəsidir ki, son illərdə çəltikçilik ölkəmizdə geniş yayılıb.
Bu məqamda xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin Sədrliyi ilə 1997-ci il sentyabrın 3-də Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi, bu müşavirədə dövlət başçısının qarşıya qoyduğu tapşırıqların yerinə yetirilməsi sözügedən sahələrin inkişafına təkan verib. Sözügedən müşavirədəki çıxışında Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın 12 rayonunda çəltikçilik inkişaf edir. Dövlət başçısı vurğulayıb ki, çəltikçilik son illər ərzində sürətlə inkişaf edib. Dövlət dəstəyi kifayət qədər yüksək olub. Bu sahəyə fermerlər tərəfindən də böyük maraq var: “Çünki bu, çox gəlirli bir sahədir. Sadəcə olaraq, dövlət əlavə dəstəyin verilməsi ilə bu sahəni fermerlər üçün daha da cəlbedici edə bilər. Ümumiyyətlə, biz bütün təbii imkanlarımızdan istifadə etməliyik”.
Azərbaycan Prezidenti sözügedən müşavirədəki çıxışında onu da vurğulayıb ki, fermerlər tərəfindən bu sahəyə çox böyük maraq var və onlara güzəştli şərtlərlə kreditlər verilməlidir: “Əgər əvvəlki dövrlərdə çəltikçilik çox əziyyətli bir sahə idisə, insanları çox incidirdisə, əziyyət verirdisə, bu gün artıq bu sahə tam avtomatlaşdırılıb. Dünən mənə çəltikçilik təsərrüfatında nümayiş etdirilən yeni texnoloji proses onu göstərir ki, çəltikçiliyin inkişafı əziyyətsiz də mümkündür - həm səpin, həm də yığım vaxtı. Ona görə, indi texnika gətirilib. Biz çəltikçiliyin artım dinamikasına uyğun xüsusi texnikanın alınması məsələsinə də mütləq baxmalıyıq. Əkin sahələrinin su təminatı əlbəttə ki, çox vacibdir... Çəltikçiliyin inkişafı üçün də güzəştli şərtlərlə kreditlər verilməlidir və yeni, müasir düyü emalı müəssisələri yaradılmalıdır”.
Əhalinin düyüyə olan tələbatının ödənilməsi və çəltik istehsalının artırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər görülüb
Beləliklə, son illərdə ölkəmizdə kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişafı, əhalinin düyüyə olan tələbatının ödənilməsi və çəltik istehsalının artırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər görülüb və müsbət nəticələr əldə olunub. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” təsdiq edilib. Sərəncama əsasən, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədilə Maliyyə və İqtisadiyyat nazirliklərinə hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görmək tapşırılıb.
Dövlət Proqramının məqsədi ölkə əhalisinin düyüyə olan tələbatının daha dolğun ödənilməsi, idxalın əvəzlənməsi, çəltik emalı sənayesinin inkişaf etdirilməsi və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə çəltikçilik sahəsinin inkişafını stimullaşdırmaqdan ibarət olub. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə orta məhsuldarlıq 40,0 s/ha olmaqla, çəltik əkini sahələrinin 10 min hektara, istehsalın həcminin isə 40 min tona çatdırılacağı gözlənilir.
Məlumat üçün onu da bildirək ki, dövlət başçısının 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramında ölkədə çəltikçiliyin inkişafı ilə bağlı qarşıya mühüm vəzifələr də qoyulub. Bu vəzifələrdən biri də keyfiyyətli toxumlardan istifadə edilməsi, bu məqsədlə çəltiyin yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı, yerli və rayonlaşdırılmış sortlarının toxumçuluq təsərrüfatlarının yaradılmasıdır.
Eyni zamanda həm sözügedən Dövlət Proqramı, həm də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə müvafiq Dövlət proqramları çərçivəsində ölkə ərazisinin müxtəlif regionlarında dənli və dənli-paxlalı bitkilərin, o cümlədən çəltikçiliyin inkişaf etdirilməsi üçün müvafiq işlər həyata keçirilib. Bütün bunlar isə çəltikçiliklə bağlı ötən illərdə, o cümlədən 2019-cu ildə uğurların əldə edlməsinə təkan verib. Çəltikçiliyin inkişafı istiqamətində bu ilin arxada qalan aylarında, o cümlədən karantin rejimi dövründə də addımlar atılmaqdadır. Ümumiyyətlə, hazırda aqrar sektorda fəaliyyət xüsusi karantin rejiminin tələblərinə uyğun davam etdirilir. Yaz-tarla işlərinin gedişatı ilə bağlı mövcud vəziyyəti dəyərləndirmək və cari tapşırıqların icrası məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti şöbələri tərəfindən mütəmadi videokonfranslar keçirilir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata əsasən ötən ay nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyevin rəhbərliyi ilə “Respublikada çəltik əkinlərinin vəziyyəti və qarşıda duran tədbirlər” mövzusunda videokonfrans keçirilib. Astara, Lənkəran, Masallı, Biləsuvar, Salyan, İmişli, Yevlax, Ağdaş, Ucar, Zərdab, Ağsu, Göyçay, Samux rayonlarının Dövlət Aqrar İnkişaf mərkəzlərinin rəhbərləri, Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssislərinin iştirakı ilə keçirilən tədbirdə çəltik əkinləri ilə bağlı müzakirələr aparılıb, mövsümi aqrotexniki tədbirlərin görülməsilə əlaqədar müvafiq məsləhətlər verilib.
Videokonfransda “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda bu il üçün nəzərdə tutulan tədbirlərin icrası müzakirə edilib. Məlumatda bildirilir ki, videokonfransda çəltik əkinlərinin genişləndirilməsi məqsədilə əkin sahələrinin düzgün seçilməsi, aqrotexniki qulluq işlərinin vaxtında yerinə yetirilməsi, toxum, texnika, mineral gübrə və pestisidlərlə təchizat səviyyəsi təhlil edilib, istehsal vasitələrinə olan tələbatın ödənilməsi istiqamətində təkliflər dinlənilib.
Videokonfrans zamanı kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişaf etdirilməsi üçün yerli imkanlardan səmərəli istifadə edilməsi, yeni çəltik sortlarının genefondunun yaradılması, yerli şəraitə uyğun formalarının seçilməsi və onların toxumçuluq sisteminin yaradılması istiqamətində tədqiqat işlərinin başlanmasının vacibliyi qeyd edilib. Müzakirələr zamanı çəltik istehsalçılarına mikrokreditlərin ayrılmasında üstünlüklərin verilməsi, aran bölgəsində çəltik emalı müəssisələrinin yaradılması, mini çəltikyığan texnikaların lizinq yolu ilə gətirilməsi və satılmasına dair təkliflər səsləndirilib.
Ayrı-ayrı rayonlara gəlincə Mərkəzi Aran bölgəsində yerləşən Zərdab rayonunda çəltik əkininə ciddi hazırlıq işləri aparılıb. Rayon İcra Hakimiyyətindən verilən məlumata əsasən, ötən il 211 hektar sahədən 1000 tondan çox çəltik istehsal olunan Zərdabda cari ildə əkin sahələrinin 300 hektara çatdırılacağı gözlənilir. Öz keyfiyyəti ilə seçilən yerli istehsala tələbat artdıqca torpaq mülkiyyətçiləri əkin sahələrini ildən-ilə genişləndirirlər. Hazırda çəltik rayonun səkkiz icra nümayəndəliyində, xüsusilə daha çox Yuxarı Seyidlər, Körpükənd, Məlikli, Əlibəyli ərazilərində əkilir. Artıq şum çıxarılıb, kifayət qədər toxum tədarük olunub. May ayının ikinci ongünlüyündən isə əkinə start veriləcək.
Aqrar sahədə çalışan məhsul istehsalçılarına ayrılan subsidiyalar cənub bölgəsində çəltikçiliyin inkişafına müsbət təsir göstərib
Ölkəmizdə aqrar sahədə çalışan məhsul istehsalçılarına verilən dövlət dəstəyi, ayrılan subsidiyalar cənub bölgəsində, o cümlədən Masallı rayonunda çəltikçiliyin inkişafına da öz müsbət təsirini göstərib və bu istiqamətdə uğurlar əldə edilməkdədir. Bu barədə verilən məlumatda deyilir ki, 2020-ci ildə rayonda 223 hektar sahədə çəltik əkilməsi planlaşdırılıb.
(davamı növbəti sayımızda)
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

