Ölkəmizdə pambıqçılığın inkişafına xüsusi diqqət yetirilir
26.01.2021 [08:57]
Respublikamızda 2020-ci ildə 2019-cu illə müqayisədə 41 min ton çox pambıq istehsal edilərək 336 min tona çatdırılıb
Məlum olduğu kimi, Azərbaycanda 2004-cü ildən həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları, həmçinin reallaşdırılan çoxsaylı layihələr digər sahələr kimi aqrar sektorun da inkişafını sürətləndirib. Bu, eyni zamanda regionlarda əmək ehtiyatlarından, təbii-iqtisadi resurslardan daha effektiv istifadə olunmasına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin məşğulluğunun artmasına zəmin yaradıb. Bu kontekstdə vurğulamaq olar ki, iqtisadiyyatın neftdən asılılığını azaltmaq məqsədilə ölkəmizdə ixracyönümlü məhsul istehsalının təşviqi istiqamətində həyata keçirilmiş tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafında da mühüm nəticələrin əldə olunmasına təkan verib.
Ümumiyyətlə qeyd edək ki, regionlarda fermerlər üçün yaradılan şərait, o cümlədən böyük təsərrüfatların fəaliyyəti aqrar sahəyə olan marağın daha da artmasında əsaslı rol oynayır. Vurğulanmalıdır ki, bu gün Azərbaycan dövləti kənd təsərrüfatının inkişafı, ən əsası isə fermerlərin əsas gəlirli sahələr üzrə spesifikləşməsi üçün bütün addımları atır. Bunun sırasında gübrələrin güzəştli şərtlərlə satılması, fermerlərin toxum və ya çiyid ilə təmin edilməsi, o cümlədən lazımi texniki vasitlərin əldə olunması, sahələrə gətirilməsi, əkin və ya biçin prosesində iştirakının təmini, yanacaq pulunun verilməsi və digər lazımi məsələlərin həlli yer alır. Belə olan təqdirdə isə fermerlərin ildən-ilə bu sahəyə marağının artması təmin olunur, əkin sahələri artırılır, məhsuldarlıq isə gündən-günə çoxalır.
Azərbaycan pambıqçılıq ənənəsi olan ölkələrdən biridir
Onu da qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında sahibkarların pambıqçılıq sahəsinə xüsusi əhəmiyyət verməsinin vacibliyindən danışaraq deyib ki, pambıqçılıq birbaşa emal sənayesini şərtləndirir: “Ancaq biz pambığın 50 faizini ölkəmizdə emal edə bilirik. Ona görə nə lazımdır, yeni iplik fabrikləri, ondan sonra tekstil fabrikləri, daha sonra hazır məhsul fabrikləri”.
Nəzərə alınmalıdır ki, Azərbaycan uzun illərdir pambıqçılıq ənənəsi olan dövlətlərdən sayılır. Münbit coğrafi şərait “ağ qızıl”ın ölkəmizdə yüksək səviyyədə yetişdirilməsinə imkan yaradır. Hələ keçmiş Sovet İttifaqı dövründə öz “ağ qızıl”ı ilə məşhur olan Azərbaycan bu gün dünya bazarında yenidən pambığı ilə tanınması üçün bütün lazımi addımları atır. Qeyd edildiyi kimi, atılan davamlı addımlar öz növbəsində bu sahədə məhsuldarlığın artımına və fermerlərin illik gəlirlərinin çoxalmasına şərait yaradır. Bir sözlə bu sahənin inkişafı istiqamətdə görülən işlər davamlı xarakter daşıyır.
Bu məqamda qeyd edək ki, bir neçə gün öncə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafı ilə bağlı 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr” mövzusunda onlayn müşavirə keçirilib. Nazirlikdən bildiriblər ki, onlayn müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev, Nazirliyin Aparatı və tabeli qurumlarının əməkdaşları, bu sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri və fermerlər iştirak ediblər.
Pambıqçılıqda məhsuldarlığın yüksəldilməsi mühüm vəzifə kimi qarşıya qoyulub
Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Bildirilib ki, aqrar sektorun bütün sahələri kimi pambıqçılıq da yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illərdə dövlətimizin başçısının verdiyi tapşırıqlar, “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər öz bəhrəsini verib. Həyata keçirilən tədbirlər nəticəsində 2020-ci ildə 2019-cu illə müqayisədə 41 min ton çox pambıq istehsal edilərək 336 min tona çatdırılıb. Məhsuldarlıq isə 2019-cu ilə nisbətən 14 faiz artaraq 33,6 s/ha təşkil edib.
Sözügedən müşavirədə ölkəmizdə cari ildə pambıq istehsalına hazırlıq, qarşıda duran vəzifələr, pambıqçılığın inkişafı və hədəflər müzakirə edilib. Vurğulanıb ki, cari ildə pambıq əkininin vaxtında həyata keçirilməsi, texniki təminatla bağlı məsələlərin icra edilməsi və bütün istehsal prosesini əhatə edən dövr üzrə kompleks tədbirlər planı hazırlanıb.
Diqqətə çatdırılıb ki, pambıqçılıqda məhsuldarlığın artırılması mühüm vəzifə kimi qarşıya qoyulub. Bu gün qarşıda duran əsas hədəf pambığın becərilməsində intensiv texnologiyalardan istifadə etməklə məhsuldarlığı artırmaqdır. Eyni zamanda, yüksək məhsuldarlıq üçün torpaq və su resurslarından səmərəli istifadə edilməli, növbəli əkin tətbiq edilməlidir. Bundan başqa, aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsinin, torpaq sahələrinin aqrokimyəvi analizinin aparılmasının, mineral gübrələrdən düzgün istifadə olunmasının, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında görülməsinin vacib olduğu vurğulanıb.
Tədbirdə 2021-ci ilin pambıq əkinləri üçün bağlanmış müqavilələr, aparılmış şumun vəziyyəti, texnika, gübrə, toxum, dərman və su təminatı, subsidiyaların verilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.
Onu da qeyd edək ki, aqrar sektora dövlət tərəfindən göstərilən qayğı nəticəsində fermerlərin bu sahəyə marağı günbəgün artır. Artıq əkinçilikdə innovativ üsullara üstünlük verən fermerlər əziyyətlərinin bəhrəsini də görürlər. Belə fermerlərdən biri də sabirabadlı Əfras Əsgərovdur. O, pambıq əkini zamanı həyata keçirdiyi yenilik hesabına gözlədiyindən də çox - 680 ton “ağ qızıl” tədarük edib. Fermer Əfras Əsgərov çiyid səpinini Çin texnologiyasına uyğun qoşa cərgə üsulu ilə aparıb. Əfras Əsgərovun sözlərinə görə, hələ əkin aparmamışdan qabaq Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Ucarda fermerlərə bu üsulun üstünlüklərini nümayiş etdirib və o da öz sahəsində Çin texnologiyasının tətbiqinə qərar verib. Bu üsulla aparılan əkində hektar payına düşən pambıq kolunun sayı iki dəfə çox olur. Görülən iş sayəsində isə məhsuldarlıq artır. Bu məqsədlə səpin aqreqatında dəyişiklik etməyi qərara alan fermer bir neçə əlavə etməklə Çin texnologiyası ilə səpin aparacaq aqreqat ərsəyə gətirib. Bu aqreqat digərlərindən fərqli olaraq səpini qoşa cərgə ilə aparır. Ərsəyə gətirilən aqreqatla lifli və lifsiz toxumlar əkmək mümkün olduğu üçün fermerin işi daha da asanlaşıb.
Əfras Əsgərov onu da bildirib ki, ölkəmizdə təsərrüfat sahiblərinə əkin-biçin işləri üçün edilən güzəştlər, həmçinin məhsula görə verilən subsidiyalar digər sahələrdə olduğu kimi, pambıqçılıqda da dönüş yaradıb. Artıq beş ildir ki, pambıq əkini ilə məşğul olan sabirabadlı fermer hər ötən il pambıq tarlalarının sahəsini genişləndirir. Məlumat üçün bildirək ki, Əfras Əsgərov əldə etdiyi yüksək nailiyyətlərə görə I dərəcəli “Əmək ordeni” ilə təltif olunub.
Müasir üsullardan istifadə edən fermerlər daha çox gəlir götürürlər
Keçən il 150 hektar sahədə pambıq becərən Əfras Əsgərov əməyinin qiymətləndirilməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib: “Bu kimi təltiflər biz fermerləri kənd təsərrüfatına daha yaxın olmağa sövq edir. Əlbəttə ki, bu, Prezidentimizin kənd təsərrüfatına göstərdiyi qayğının təzahürüdür. Biz fermerlər də çalışırıq ki, üzərimizə düşən vəzifəni daha layiqli yerinə yetirək. Bu məqsədlə ötən il pambıqçılıqda yenilik edərək, 108 hektar sahədə qoşa cərgə üsulu ilə əkin apardım. Bu üsulla ilk dəfə pambıq əksəm də, nəticə gözəl oldu. Bəzi yerlərdə 62, bəzi yerlərdə 45-50 sentner olmaqla, ümumilikdə, 150 hektar sahədən 680 ton məhsul götürdüm. Orta hesabla hektara 45 sentner məhsuldarlıq düşdü. İlk dəfə tətbiq etməyimə baxmayaraq, bu üsul hesabına hər hektara düşən məhsuldarlıq 15 sentner artdı. Təbii ki, gördüyümüz işlərdə dövlət də hər zaman bizi dəstəkləyir. Tədarük etdiyimiz məhsulun ödənişini vaxtında alırıq, əlavə olaraq subsidiya ödənişi, gübrələrin güzəştli şərtlərlə verilməsi, eyni zamanda, müasir texnikalardan istifadə bu sahənin inkişafına güclü təkan verir”.
Sabirabadlı fermer həmkarlarını da qoşa cərgə üsulunu tətbiq etməyə səsləyərək, bununla məhsuldarlığın daha da artacağını söyləyib. “Hazırda şum işlərini yekunlaşdırmaq üzrəyik. Kəndimizdən olan digər fermerlər də yeni üsula üstünlük verirlər. Bu məqsədlə aqreqatların sayını artırmağı planlaşdırırıq”, - deyə Əfras Əsgərov qeyd edib.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Miradil Əhmədli isə bildirib ki, rayon üzrə hər il pambıq tarlalarının sahəsində, həmçinin məhsul artımında ciddi artım müşahidə edilir. Belə ki, 2019-cu ildə rayon üzrə 8630 hektar pambıq sahəsindən 25 min ton məhsul yığılmışdısa, 2020-ci ildə 10 min hektar pambıq tarlasından 31 min ton 600 kiloqram məhsul tədarük edilib. Bu da hər hektara 2,6 sentner artıq olmaqla, 31,6 sentner məhsul deməkdir. Ümumilikdə isə bir il ərzində rayon üzrə 6 min ton artıq məhsul yığılmasına bərabərdir. Cari ildə də pambıq sahələrinin 10 min hektarın üzərində olması planlaşdırılır. Hazırda rayon üzrə qış şumu yekunlaşmaq üzrədir və 7 min fermer təsərrüfatı ilə müqavilələr bağlanılıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21

