Rusiya Fərman Salmanovla fəxr edir
29.07.2009 [10:46]
çünki onun möhtəşəm kəşflərinin bəhrələrindən bu gün dünyanın bir sıra ölkələrində istifadə edilir
Geologiya sahəsində çox böyük mütəxəssis, dünyada ən məşhur geoloq alimlərdən və praktiklərdən biri, 30 ildən çox Qərbi Sibirdə işləmiş həmyerlimiz Fərman Salmanovun anadan olmasından 78 il keçir. Fərman Salmanov keçən əsrin 70-80-ci illərində Qərbi Sibirdə genişmiqyaslı geoloji axtarışların təməlini qoyanlardan biri olub. Onun rəhbərliyi altında 150 neft və qaz yatağı, o cümlədən, Urenqoy və Yamburq kimi nadir yataqlar kəşf edilib. Fərman Salmanov Sosialist Əməyi Qəhrəmanı, Rusiyanın əməkdar geoloqu, fəxri neft və qaz sənayesi işçisi, Xantı-Mansi və Yamal-Nen Muxtar mahallarının, Surqut şəhərinin, Texas ştatının və çinin Tszinçjou şəhərinin fəxri vətəndaşı, Lenin mükafatı və İ.M.Qubkin adına mükafat laureatı adlarına, Lenin, Oktyabr İnqilabı və Qırmızı Əmək Bayrağı ordenlərinə layiq görülüb. Akademik Fərman Salmanov dünya geologiya elmində fundamental konsepsiyaların və elmi əsərlərin müəllifi kimi tanınıb.
Bu böyük geoloqun xatirəsini əbədiləşdirmək üçün Yamaldakı yataqlardan birinə “Salmanovskoye”, Yamal teploxodlarından birinə “Fərman Salmanov” adı verilib. Salmanov bu neft-qaz regionunun, necə deyərlər, cikinə-bikinə bələd idi. Regionun paytaxtında Fərman Salmanovun abidəsi ucaldılıb. Layihənin və abidənin müəllifi RF-nin əməkdar rəssamı, heykəltəraş Nikolay Raspopovdur. Tunc heykəl “Tyumenskaya kamneobrabatıvayuşşaya kompaniya” MMC-nin mütəxəssisləri tərəfindən, abidənin qranit postamenti isə “YamalJilStroy” MMC-nin nümayəndələri tərəfindən hazırlanıb.
Salexard şəhərində Fərman Salmanovun abidəsinin açılış mərasimində Yamal-Nen muxtar mahalının Qanunverici Məclisinin sədri Sergey Xaryuçi tədbir iştirakçılarına müraciətlə deyib ki, Fərman Salmanov həqiqətən əfsanəvi şəxsiyyət idi. O, Rusiya iqtisadiyyatının möhkəmlənməsi, ölkənin bu günü və gələcəyi naminə müstəsna xidmətlər göstərib.
Sergey Xaryuçi deyib: “Qərbi Sibirdə 30 ildən çox işləmiş Fərman Qurban oğlu burada neft-qaz yataqlarının kəşfinə və mənimsənilməsinə çox böyük töhfə verib. İstər Rusiya tarixində, istərsə də dünya tarixində zəngin və nəhəng neft və qaz yataqlarının kəşfində bu qədər səmərəli iştirak etmiş başqa bir geoloq olmayıb. Sevindirici haldır ki, fədakar əməyi, geoloq alimlər və praktiklər arasında müstəsna nüfuzu ilə yamallıların böyüməkdə olan nəsli üçün nümunə olacaq, həmvətənlərimizin qürur obyekti sayılacaq bu böyük insanın abidəsi Yamal diyarının paytaxtında ucaldılıb”.
Yamal-Nen muxtar mahalının qubernatoru Yuri Neyolov qeyd edib ki, bu abidənin açılışı - dünyaşöhrətli geoloq-alimin, Qərbi Sibirin sərvətlərinin mənimsənilməsinin təşəbbüskarı olub, Şimalın neft-qaz perspektivinə hədsiz inam hissi ilə yaşayan əsl vətənpərvər, son dərəcə nikbin, nəcib bir insanın Yamalın və bütün ölkənin iqtisadi inkişafına verdiyi çox böyük töhfəyə cavabdır. Qubernator deyib: “Fərman Qurban oğlu bütün həyatı boyu sübut edib ki, insan öz namuslu əməyi, sevdiyi işinə sədaqəti sayəsində çox şeyə nail ola bilər. O, adı böyük hərflərlə yazılmağa layiq olan, qətiyyətli, inadkar, seçdiyi yoldan dönməyən GEOLOQ idi. Biz onun kimi insanları daim xatırlayacaq və onların xatirəsini burada, Yamalda əbədiləşdirəcəyik”.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi məşhur neftçi-geoloq, Sibir neftini birinci olaraq kəşf etmiş Fərman Salmanovun xatirəsinə ehtiram əlaməti olaraq Surqutda (Xantı-Mansi muxtar mahalı) Fərman Salmanovun ev-muzeyi qarşısında onun büstünün açılışı münasibətilə təntənəli tədbir keçirib.
Fərman Salmanovun büstünü Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin təşəbbüsü ilə peterburqlu məşhur heykəltəraş Yan Neyman hazırlayıb. Büstün açılışından əvvəl Surqut şəhərinin sakinləri və Azərbaycan dövlətinin nümayəndələri əfsanəvi həmyerlimiz Fərman Salmanovun Azərbaycan və Rusiya xalqlarının taleyində müstəsna rolu barədə fikir mübadiləsi aparıblar.
Açılış mərasimində çıxış edən Surqut şəhərinin meri Aleksandr Sidorov deyib: “İndi bizim olduğumuz yer tarixi yerdir. Bura müqəddəs yerdir, çünki Surqutun müasir tarixi məhz buradan başlanır. Bu gün biz burada yaşamış və həmişə burada yaşayacaq Fərman Salmanova hədsiz təşəkkürümüzü bildiririk. O, daim bizimlə olacaq, qəlbimizdə yaşayacaq”.
Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbərinin köməkçisi Nemət Nağdəliyev nümayəndəliyin başçısı Leyla Əliyevanın mərasim iştirakçılarına məktubunu oxuyub. Leyla Əliyevanın məktubunda deyilir: “Biz Sibir neftinin kəşf edilməsinə görə Fərman Salmanova minnətdar olmalıyıq, çünki onun möhtəşəm kəşflərinin bəhrələrindən bu gün dünyanın bir sıra ölkələrində istifadə edilir. Heydər Əliyev Fondu Fərman Salmanovun büstünü Surqut şəhərinə hədiyyə edir. Qoy bu büst şücaət və xalqlarımız arasında dostluq rəmzinə çevrilsin. Qoy buraya gələn insanlar bizim ortaq tariximizin şanlı səhifələrini yadda saxlasınlar və ona hörmət etsinlər”.
Mərasimdə Surqut Rayon İcra Hakimiyyətinin başçısı Dmitri Makuşenko, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov, Fərman Salmanovun ailə üzvləri - onun ömür-gün yoldaşı, oğlu və nəvəsi iştirak ediblər.
Abidə Surqut yataqlarını kəşf etmiş geoloqların memorial kompleksində ucaldılıb. Təntənəli mərasimə Azərbaycan Respublikasının baş konsulluğunun nümayəndələri, Fərman Salmanovun məsləkdaşları, qohumları və yaxınları qatılıblar.
AzərTAc
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22

