Ulu öndər Heydər Əliyev Azərbaycanı böhrandan inkişaf yoluna çıxardı
25.08.2009 [03:09]
1969-82-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq ölkəmizə rəhbərlik etmiş Ulu öndər Heydər Əliyev bu dövrlər ərzində Azərbaycanda bütün sahələrin böyük sıçrayışla inkişafını təmin etmiş, qəbul etdiyi qərarlar və atdığı addımlarla ölkəmizi keçmiş SSRİ-nin ən qabaqcıl inkişaf edən respublikalarından birinə çevirmişdir...
“Yeni Azərbaycan” qəzeti 1969-2003-cü illər ərzində Ulu öndərimizin xalqımız, dövlətimiz üçün gördüyü işləri, Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərini geniş auditoriyaya daha ətraflı çatdırmaq, dahi şəxsiyyətin zəngin irsini təbliğ etmək məqsədilə ümummilli liderimizlə birgə çalışmış, Onun dövlət quruculuğu işlərinin canlı şahidi olmuş ölkəmizin görkəmli ictimai-siyasi xadimləri ilə müsahibələri, söhbətləri dərc etdirir. Rubrikamızın növbəti qonağı isə Səbail rayon Veteranlar Şurasının sədri, Prezident təqaüdçüsü, Sosialist Əməyi Qəhrəmanı ömər Ağayevdir:
...1969-cu ilədək Azərbaycan keçmiş SSRİ-də ən geridə qalmış respublika kimi qəbul edilirdi. Bu isə həm ölkənin iqtisadiyyatında, həm də insanlarımızın yaşayış tərzində özünü büruzə verirdi. Bununla yanaşı, Azərbaycanda həmin illərdə bir növ ideoloji boşluq da var idi. Lakin 1969-cu ilin iyununda hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin 1982-ci ilədək Azərbaycanda rəhbərlikdə olduğu dövrdə, bütün problemlər aradan qaldırıldı, məqsədyönlü kadr islahatları aparıldı, Azərbaycan dili dövlət dili oldu və bir qarış belə torpağımız ermənilərə verilmədi. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, aqrar-sənaye bölməsinin və onun aparıcı sahəsi olan kənd təsərrüfatının inkişafında möhtəşəm nailiyyətlər əldə edildi. Azərbaycan bütün növ kənd təsərrüfatı məhsulları istehsalına görə rekord nəticələr əldə etdi. Respublikamız üzüm istehsalına görə 2 milyon ton həddi keçərək keçmiş SSRİ məkanında birinci yeri tutdu, pambıq istehsalı isə 1 milyon ton həddi keçdi. Həmin dövrdə təsərrüfatların maddi-texniki bazası yeni texnika və texnologiya ilə möhkəmləndirildi, əkinçilik mədəniyyəti əsaslı surətdə yüksəldi, bitkiçilik və heyvandarlığın intensiv inkişafı təmin edildi, heyvandarlıq məhsullarının sənaye üsulu ilə istehsalının təşkili üçün çoxsaylı komplekslər və quşçuluq fabrikləri fəaliyyətə başladı. Bitkilərin sortunun və heyvanların cinsinin yaxşılaşdırılması, toxumçuluq və damazlıq işinin elmi əsaslarla təşkili üçün məqsədyönlü işlər həyata keçirildi. Bütün bunlar kənd təsərrüfatı məhsullarının istehsalının dinamik və davamlı inkişafını təmin etdi, respublika bu göstəricilərə görə özünə layiq ön sıraya çıxdı. Kənd təsərrüfatı məhsulları istehsalının artımı ilə yanaşı, emal sənayesinin inkişafına da xüsusi diqqət yetirildi. üzümçülüklə məşğul olan təsərrüfatların əksəriyyətində üzüm emalı müəssisələri tikilib istifadəyə verildi, mövcud pambıq emalı zavodları modernləşdirildi və yeni zavodlar tikildi, çay, tütün, fındıq, meyvə, tərəvəz və digər məhsulların ilkin emalı həyata keçirilməklə müxtəlif çeşidli konserv, şirə və digər bitkiçilik məhsullarının istehsalı genişləndirildi. Kənd təsərrüfatı və emal sənayesinin inkişafı ölkəmizdə yüngül və yeyinti sənayesinin də sürətli inkişafına təkan verdi, bir çox şəhərlərdə yeni yüngül və yeyinti sənaye müəssisələri istifadəyə verildi.
Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi iqtisadi siyasət, göstərdiyi əzmkarlıq, tələbkarlıq və yüksək idarəetmə qabiliyyəti nəticəsində respublikada aqrar maşınqayırma sənayesi, mineral gübrə və kənd təsərrüfatı üçün lazım olan digər maddi-texniki vasitələrin istehsalı da təşkil olundu.
Bütün bunların nəticəsində Azərbaycanda nəinki möhtəşəm aqrar-sənaye kompleksi yarandı, həmçinin, iqtisadiyyatın digər sahələrinin inkişafını da stimullaşdırdı, qaz, işıq, su, rabitə, yol və digər infrastrukturun genişlənməsi təmin edildi və kəndlərimizin sosial siması kökündən dəyişdi. Bu dövrdə kənd təsərrüfatı ölkə iqtisadiyyatının aparıcı sahəsinə çevrildi və respublikada ümumi daxili məhsulun 30-35 faizi bu bölmənin payına düşürdü...
Mən o zamanlar “Azərelektromaş”da çalışırdım. Ulu öndər Heydər Əliyev bizim zavoda üç dəfə gələrək göstəriş və tövsiyyələrini vermişdi. Mən, eyni zamanda, partiya plenumlarında iştirak edirdim. Məhz, həmin vaxtlarda ümummilli liderimizin idarəçilik qabiliyyətini, təcrübəsini görürdüm.
...Ana dili hər bir xalqın taleyində müstəsna rol oynayır. Ulu öndərinin dediyi kimi, Azərbaycan xalqının çox zəngin, dərin tarixi köklərə malik dili var. Lakin azərbaycanlılar uzun illər öz ana dilinin zənginliyindən yetərincə istifadə edə bilmirdilər. Bu vəziyyət 70-ci illərə kimi davam etdi. 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Heydər Əliyevin ciddi cəhdi ilə “Azərbaycan dili Azərbaycan Sovet Sosialist Respublikasının rəsmi dövlət dilidir” maddəsi daxil edildi. O zaman respublikanın ali və orta-ixtisas təhsili məktəbləri üçün görkəmli dilçi alimlərimizin dərin elmi axtarışlarının məhsulu olan “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri çapdan çıxdı.
ümummilli lider Heydər Əliyevin birinci hakimiyyəti dövründə təhsillə bağlı geniş, həm də mükəmməl proqramların qəbul edilməsi milli xarakterə uyğun gəlirdi. Təhsillə bağlı yüksək vəzifələrə yerli kadrlar cəlb edilirdi. Heydər Əliyev yeni məktəblərin tikilməsinə xüsusi diqqət yetirirdi.
Belə ki, 1969-cu il sentyabrın 1-də respublikada 120 orta məktəbin açılması ötən illərlə müqayisədə çox yüksək bir rəqəm idi. İki il sonra isə respublikada 1905 natamam, 1303 orta və yuzlərlə ibtidai məktəb var idi. 1973-cü ildə Azərbaycan KP Mərkəzi Komitəsinin Bürosu Azərbaycan ərazisində yeni tipli məktəb binalarının tikilməsi barədə qərar qəbul etmişdi. Bu məktəblər 4 il ərzində tikilməli, 276 min şagirdi əhatə etməli idi...
Bir sözlə, Ulu öndər Heydər Əliyev gördüyü işlərlə Azərbaycanın tarixin daha sərt sınaqlarından cəsarətlə çıxması üçün şərait yaratdı...
...1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan tezliklə, səriştəsiz siyasətçilər tərəfindən sözün əsil mənasında dağıdıldı... Torpaqlarımız işğal olunurdu...
Bu məqamda ümummilli lider Heydər Əliyevin müstəqilliyini elan etmiş Azərbaycanın rəhbərliyinə gəlişi tarixi bir zərurət idi və bu xalqın tələbi ilə həyata keçirilirdi. çünki Azərbaycanda xarici təcavüz və daxili irtica baş qaldırmışdı, ölkənin müstəqilliyi və dövlətçiliyi böyük təhlükə altında idi. Belə ağır bir zamanda, dövlətin müqəddəratı təhlükə altında qalanda, ölkənin parçalanmaq təhlükəsi real olanda, xalq öz liderinə, dünyaşöhrətli siyasətçi Ulu öndər Heydər Əliyevə müraciət etdi, Onu hakimiyyətə dəvət etdi. Azərbaycanın böhrandan, xaosdan çıxarılması, müstəqil dövlətin qurulması, inkişaf etdirilməsi, demokratik bir respublika kimi yaşaması və fəaliyyət göstərməsi, dövlətə xas olan bütün atributlarının formalaşması, bunun üçün siyasi və iqtisadi islahatların həyata keçirilməsi kimi mürəkkəb, taleyüklü məsələlərin həllinə yalnız Heydər Əliyev dühasi qadir ola bilərdi...
1993-cü ildə xalq ümummilli lider Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət edəndə artıq AXC-Müsavat cütlüyü hakimiyyətə nəzarəti tamamilə itirmişdi. ölkədə faktiki olaraq vətəndaş müharibəsi gedirdi. Ulu öndərin qayıdışı ilə sanki möcüzə baş verdi - xarici təcavüz dayandırıldı, daxili irtica tərksilah olundu. Azərbaycanın parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi aradan qaldırıldı, ölkədə ilk dövrlərdə kövrək olsa da, sabitlik yarandı. İqtisadi tənəzzülü dayandırmaq və dövlət quruculuğu ilə məşğul olmaq üçün imkan yarandı.
1993-cü ilin əvvəlində biz də Heydər Əliyevə dəstək vermək üçün Naxçıvana getmişdik. Ulu öndər o zaman bizi qəbul etdi və uzun müddət söhbət elədik. Biz o zaman Onun Azərbaycana nə qədər lazımlı, vacib olduğunu anlayırdıq. Xalq da bunu bildiyi üçün ümummilli liderimizin hakimiyyətə gəlməsini təkid edirdi...
Ulu öndər Heydər Əliyev əsrinin dahisi kimi özünün qeyri-adi fəhmi, siyasi uzaqgörənliyi, zəngin idarəçilik təcrübəsi sayəsində yeganə düzgün yolu seçməyə həmişə qadir olmuşdur. Müstəqil Azərbaycanın neft strategiyasının əsası olan “Əsrin müqaviləsi”nin bağlanması Heydər Əliyev şəxsiyyətinin siyasi uzaqgörənliyinin nəticəsi idi. Bu müqavilə Azərbaycanın iqtisadi inkişafında, dünyaya inteqrasiyasında bir tramplin rolunu oynadı. “Əsrin müqaviləsi”dən sonra 20-dən çox neft sazişi imzalandı və Milli Məclisdə ratifikasiya olunaraq Qanun statusu aldı. Bu sazişlərin Azərbaycana gətirdiyi 10 milyardlarla dollar sərmayə isə iqtisadi tərəqqinin əsasını qoydu.
Bu gün isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev irsinə sadiq qalaraq başlanılmış işləri davam etdirir.
Hazırda, Azərbaycanın yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasıdır. XX əsrin görkəmli şəxsiyyətlərindən olan Heydər Əliyevin siyasi varisi kimi Prezident İlham Əliyev Dağlıq Qarabağ problemini diplomatik yolla həll etmək istiqamətində məqsədyönlü siyasət aparır. Azərbaycan Prezidentinin beynəlxalq təşkilatların kürsülərindən cəsarətli və ədalətli çıxışları Azərbaycanın haqq səsini bütün dünyaya çatdırır. Doğrudur, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi problemin həllini uzadır. Amma Prezident İlham Əliyevin prinsipial mövqeyi, xalqımızın vətənpərvərlik əhval-ruhiyyəsi, günbəgün artan hərbi potensialımız, silahlı qüvvələrimizin inkişafı deməyə imkan verir ki, biz torpaqlarımızı tezliklə azad edəcəyik və məcburi köçkünlər öz yurd-yuvalarına qayıdacaqlar.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

