Azərbaycan tərəfi susur və məsələyə təmkinlə yanaşır
18.09.2009 [10:52]
Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması istiqamətində aparılan danışıqların detalları cəmiyyətə bəlli olduqca bu məsələyə etirazlar dalğası getdikcə artır...
Xatırladaq ki, ötən ilin sentyabr ayında qardaş Türkiyənin prezidenti Abdullah Gülün Ermənistana səfər etməsi, sonradan Ermənistanla Türkiyə arasında sərhədlərin açılması istiqamətində aparılan gizli danışıqların ictimaiyyətə bəlli olması həm Türkiyədə, həm də Azərbaycanda ciddi narazılıqlara səbəb olmuşdu. Lakin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan sərhədlərin açılmayacağını bəyan etdi...
Hələlik Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmayıb. Buna baxmayaraq artıq Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasını özündə ehtiva edən sənədlər Türkiyə Böyük Millət Məclisinə təqdim olunmağa hazırlanır, bu istiqamətdə ayrı-ayrı görüşlər keçirilir...
Təbii olaraq, bu proseslər Azərbaycan ictimaiyyətini çox narahat edir. Elə Türkiyə ictimaiyyətini də...
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulmasını ehtiva edən müvafiq sənədlərin imzalanması məsələsi qardaş ölkədə ciddi etiraz doğurub. Türkiyənin müxalifət partiyaları (Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası), ziyalılar, ayrı-ayrı tanınmış cəmiyyət üzvləri AKP hakimiyyətinin bu addımına etiraz edir. Etirazçılar ermənilərlə danışıqların dayandırılmasını tələb edirlər...
Bununla belə, rəsmi Ankara Türkiyə ilə Ermənistan arasında paraflanmış sənədlərə dair 6 həftəlik siyasi məsləhətləşmələri həyata keçirir. Əksər siyasi partiyaların liderləri xarici işlər naziri Ə.Davudoğlu ilə görüşlər zamanı Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulmasına etiraz ediblər. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistanla paraflanmış protokollarda nəzərdə tutulan 6 həftəlik daxili siyasi məsləhətləşmələr çərçivəsində növbəti görüşü isə Böyük Birlik Partiyasının (BBP) lideri Yalçın Topçu ilə olub.
Həmin görüşdən sonra Y.Topçu Azərbaycan bayrağının önündə jurnalistlərə açıqlama verib. O, Ə.Davudoğlundan erməni məsələsi haqqında məlumat aldıqlarını və BBP-nin mövqeyini də nazirə çatdırdıqlarını deyib. Partiya lideri bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkiləcəyini və Qars müqaviləsini tanıdığını açıq bəyan etməlidir. Ermənilərin törətdiyi Xocalı soyqırımını xatırladan Y.Topçu nəzakətsizlik kimi qəbul oluna bilər deyə, bu soyqırımı əks etdirən dəhşətli fotoları nazirə göstərmədiklərini söyləyib. Bu zaman BBP üzvlərindən biri Xocalıda vəhşicəsinə qətlə yetirilmiş uşaqların fotosunu gətirərək jurnalistlərə nümayiş etdirib. Xocalıda törədilən cinayətin də protokollarda əksini tapmasının vacibliyini vurğulayan Y.Topçu, Ermənistanla danışıqların saxta “soyqırım”ı tanıyan və bunu inkar edənləri cəzalandıran İsveçrənin vasitəçiliyi ilə aparılmasına da etiraz edib. Onun sözlərinə görə, proses barədə Azərbaycana mütləq məlumat verilməlidir. Y.Topçu ümid etdiyini bildirib ki, millət vəkilləri protokolları təsdiqləməyəcək...
Türkiyə KİV-ləri də ardıcıl şəkildə Türkiyə-Ermənistan münasibətləri ilə bağlı məsələləri müzakirə edir, əksər KİV-lər Ərdoğan hakimiyyətinin mövqeyinə tənqidi münasibət bildirirlər.
Bir daha xatırladaq ki, Azərbaycan tərəfi susur və məsələyə təmkinlə yanaşır. çünki Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi həll edilməyənədək Türkiyənin Ermənistanla sərhədlərini açmayacağını bəyan etmişdi. Eyni zamanda, avqustun 28-də Azərbaycan Prezidenti İlham Əliyevə telefon danışığı zamanı R.T.Ərdoğan Azərbaycanda verdiyi bəyanatların qüvvədə qaldığını, aparılan müzakirələrin və paraflanmış sənədlərin ciddi əhəmiyyət kəsb etmədiyini, onların parlamentdən keçmək ehtimalının olmadığını bildirmişdi. Bundan başqa, Baş nazirin təlimatı əsasında Türkiyə Xarici İşlər Nazirliyi aparatının rəhbəri Firudin Sinirlioğlu və onun müavini ünal çeviköz avqustun 29-da Bakıya səfərləri və Azərbaycan Prezidenti ilə görüşləri zamanı Türkiyənin məsələ ilə bağlı mövqeyində heç bir dəyişiklik olmadığını bəyan ediblər. Bütün bunları nəzərə alan Azərbaycan tərəfi ümid edir ki, Türkiyənin ən yüksək vəzifəli şəxsləri verdiyi vədlərinə əməl edəcəklər.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20

