Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Brüsseldə, yaxud Sankt-Peterburqda...

Brüsseldə, yaxud Sankt-Peterburqda...

16.12.2022 [10:18]

Azərbaycan milli maraqlarının təmin olunmasını tələb edir

Ermənistan ilə Azərbaycan arasında bir ildən artıqdır ki, davam edən sülh danışıqlarının yeni raundu gözlənilir. Xatırladaq ki, dövlət rəhbərləri arasında son təmas bu ilin oktyabrın 31-də Soçidə Rusiya prezidentinin vasitəçiliyi ilə baş tutmuşdu. Nəzərə alsaq ki, bu görüşlər Brüssel və Soçi formatında bir-birini əvəz etməklə keçirilir, növbəti görüşün də Brüssel sülh gündəliyi çərçivəsində baş tutacağını ehtimal etmək olardı. Amma Avropa İttifaqının moderatorluğu ilə dekabrın 7-nə planlaşdırılan danışıqlar raundu Ermənistanın gözlənilmədən görüşə Fransa prezidentinin də qatılmasına israr etməsi ilə baş tutmadı. Bu mənada, indki halda Rusiyanın növbəti görüşə “ev sahibliyi” etməyə hazırlaşdığını demək mümkündür. Məsələn, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün əlaqələndirilməsi üzərində iş gedir, onlar ən azı MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində danışa biləcəklər. “Bilirsiniz ki, MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşü planlaşdırılır, burada üç lider ən azı kənarda danışmaq imkanı əldə edəcək. Bunun razılaşdırılması ilə bağlı hələlik iş gedir”, - Peskov bildirib. Eyni zamanda, tamhüquqlu üçtərəfli görüşün mümkünlüyündən danışan Kreml sözçüsü qeyd edib ki, “bu məsələ ilə bağlı hələlik konkret razılaşmalar yoxdur”.

Qərb güzəştə getmək istəmir

Amma bu, Avropa İttifaqının, ümumiyyətlə Qərbin prosesdən çəkilməsi anlamına gəlmir. Özünün regional maraqlarının təmin edilməsi uğrunda mübarizə aparan Qərb tərəflər arasında vasitəçi olmaqda israrlı görünür. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində keçirilən dinləmələr zamanı deyib ki, Azərbaycan və Ermənistan 30 ildən çox davam edən münaqişədən sonra sülhün və təhlükəsizliyin təminatı üçün tarixi imkan əldə edib. Onun sözlərinə görə, sentyabrda intensivləşən hərbi toqquşmanın ardınca Azərbaycan və Ermənistan yenidən sülh prosesinə fokuslandı, xüsusilə də tarixi addım olaraq bu layihə üzərində birbaşa işləməyə başladılar. ABŞ-ın da bu prosesdə iştirakı vacib rol oynayır. Karen Donfrid bildirib ki, ABŞ Azərbaycanı və Ermənistanı danışıqların davam etməsi üçün bu imkanın qoruyub saxlanılması üçün təşviq edir. “Biz bunu ikitərəfli, üçtərəfli, eləcə də Aİ və digər tərəfdaşlarla yaxın koordinasiya şəraitində edirik”, - deyə o vurğulayıb.

Bu bir daha onu deməyə əsas verir ki, Qərb danışıqlar masasını Rusiyaya asan güzəştə getməyəcək.

“Rusiya təşəbbüsləri əlində saxlamağa çalışır”

Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov bildirib ki, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin nizamlanması istiqamətində son görüş oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə keçirilib. Düzdür, bu görüşün ardınca dekabrın 7-də Brüssel formatında Aİ Şurası Prezidentinin moderatorluğu ilə növbəti görüş nəzərdə tutulsa da, bu baş vermədi. Fransa və Ermənistan tandeminin pozucu fəaliyyəti bu görüşün keçirilməsinə mane oldu: “Ermənistan tərəfinin bu görüşdə yanında Fransanı da görmək niyyətini ifadə etməsi görüşün ləğvini şərtləndirdi. Təbii olaraq da, Rusiya dərhal hərəkətə keçdi və özünün eksklüzivliyini qorumaq üçün çoxsaylı təşəbbüslər nümayiş etdirdi. Məsələn, Azərbaycana gələn rusiyalı qonaqların sayı artdı. Dağıstanın, Tatarıstanın, Həştərxanın rəhbərləri Azərbaycana gəldilər. Moskvada XİN rəhbərləri çərçivəsində görüş keçirildi. Prezident Putinlə Prezident İlham Əliyev arasında telefon danışığı baş tutdu”.

İndiki halda isə ilin sonunda Sankt-Peterburqda ənənəvi olaraq hər il keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi görüşü baş tutacaq. Politoloq vurğulayıb ki, Rusiyanın növbəti üçtərəfli görüşü məhz bu sammit çərçivəsində həyata keçirmək üçün çox yaxşı şansı var. “Hazırda əldə olunan məlumata görə, üçtərəfli formatda görüşün keçirilməsi nəzərdə tutulmayıb. Lakin şübhəsiz ki, ikitərəfli görüşlərdə bölgədəki problemlər, təhlükəsizlik aspektləri müzakirə olunacaq. Rusiya tərəfi təşəbbüsləri əlində saxlamağa çalışır və ABŞ-ı, Aİ-ni maksimum dərəcədə regiona daxil olmağa qoymaq istəmir. Eyni zamanda, Ermənistanın Rusiyanın təkliflərinə, problemlərin həlli variantları ilə bağlı müqaviləyə “hə” deməsi rəsmi İrəvanla Qərb arasında münasibətləri pozur. Bu mənada Ermənistanın Aİ çərçivəsində keçirilən danışıqlarda öz istəyinə nail olmadığını gördüyü anda dərhal Rusiyanın təklifinə razılaşması Avropanı da çətin vəziyyətdə qoyur. Ona görə də məhz ABŞ nümayəndələri ilə Paşinyan arasında baş tutan telefon danışıqları erməni baş nazirin tənqidi kontekstində ifadə olunur. Azərbaycanın tələbi isə milli maraqlarının, regional müstəvidə təhlükəsizliklə bağlı baxışlarının təmin olunmasıdır. Bu gün regionda gedən proseslər də məhz Azərbaycanın milli maraqlarını tələb etməsinin təcəssümüdür”, - deyə İ.Hüseynov bildirib.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 501 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31