Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rusiyadan Ermənistana “nelzya” cavabı

Rusiyadan Ermənistana “nelzya” cavabı

11.02.2023 [10:20]

MÜBARİZ

Postmüharibə mərhələsində Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsinin mühüm şərtlərini özündə ehtiva edən üçtərəfli Bəyanat imzalanıb. Əslində, üçrərəfli Bəyanatın bütün şərtlərinin tam şəkiuldə yerinə yetirilməsi sülhyaratma prosesinin irəliləməsi, qarşılıqlı etimadın formalaşması üçün yaxşı zəmin ola bilərdi. Qalib Azərbaycan imzasına hörmətlə yanaşarq üçtərəfli Bəyanata sadiqlik nümayiş etdirir və regionda davamlı sülhün, təhlükəsizliyini təmin olunmasını hədəfləyən təşəbbüslər irəli sürür. Ancaq eyni sözləri Ermənistan barəsində söyləmək mümkün deyil. Məğlub ölkə üçtərəfli Bəyanatın şərtlərini pozaraq qeyri-müəyyən mövqe sərgiləyir və absurd iddialar səsləndirir.

Ermənistan liderinin missiya xəyalı

Müxtəlif bəhanələrlə sülhyaratma prosesini əngəlləyən Ermənistan rəsmilərinin son vaxtlarda dövriyyəyə buraxdıqları cəfəng iddialardan biri də Azərbaycanın ermənilər yaşayan ərazilərinə (Laçın yolu boyunca və bir sıra digər ətraf yaşayış məntəqələrinə - red.) BMT sülhməramlılarının cəlb edilməsi ilə bağıdır. Üçtərəfli Bəyanata əsasən Azərbaycanın bəhs olunan ərazilərində müvəqqəti qaydada Rusiyaya məxsus sülhməramlı kontingent yerləşdirilib. Üçtərəfli Bəyanatın 4-cü bəndində oxuyuruq: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır”.

Sənədin beşinci bəndində isə bildirilir ki, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Artıq bu mərkəz də yaradılıb və fəaliyyət göstərir.

Göründüyü kimi, üçtərəfli Bəyanatda söhbət münaqişə tərəflərindən gedir. Ermənistan rəsmiləri isə o iddiadadırlar ki, Rusiyaya məxsus sülhməramlı kontingent yalnız bölgədə yaşayan ermənilərin mənafelərini qorumalı və birtərəfli qaydada onların istəklərini həyata keçirməlidirlər. Başqa sözlə desək, ermənilər Laçın dəhlizi ilə silahlı dəstələr, minalar, digər silah-sursat keçirirsə, qeyri-qanuni yüklər daşıyırsa, sülhməramlı kontingent və Azərbaycan tərəfi buna mane olmamalıdır. Bu kimi iddialarda bulunan Ermənistan lideri Nikol Paşinyan bölgəyə Birləşmiş Millətlər Təşkilatının (BMT) missiyasının göndərilməsində israr edir. N.Paşinyan və Ermənistanın digər rəsmiləri o iddiadadırlar ki, Rusiya sülhməramlıları azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolunda keçirdikləri aksiyaya adekvat yanaşma sərgiləməyiblər. Ermənistan rəsmilərinin bu qəbildən olan digər bəhanələri də var.  Baş nazir N.Paşinyan keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmirsə, BMT Təhlükəsizlik Şurasına (TŞ) müraciət etməlidir: “Rusiya üzərinə götürdüyü öhdəlikləri obyektiv və ya subyektiv səbəblərdən yerinə yetirə bilmədiyi halda, bu ölkənin Qarabağdakı sülhməramlı qüvvələrinə beynəlxalq mandat verilməsi üçün və imzalanmış üçtərəfli Bəyanatla müəyyən edilmiş təhlükəsizlik qaydalarını təmin edəcək yeni çoxmillətli sülhməramlı missiyanı Qarabağa göndərmək barədə BMT TŞ-yə müraciət etməlidir”.

Bu, əsl erməni riyakarlığıdır. Dünya tarixində müharibələrin məğlub tərəfi olan ölkələrin şərt dilli ilə danışmaları presedentlərinə rast gəlinmir. Əksinə, işğalçılıq müharibələrinə başlayan və sonda məğlubiyyətlə üzləşən dövlətlər beynəlxalq sanksiyalar altına düşürlər. Onların üzərinə öhdəliklər qoyulur və beynəlxalq nəzarət altında bu öhdəliklərin həyata keçirilməsi mütləq qaydada təmin olunur. Müharibədə məğlubiyyət acısı yaşayan, diz çökən Ermənistan isə indi bu ölkəni ayaqda saxlayan Rusiyaya dil göstərməyə özündə “cəsarət” tapıb. Əlbəttə, məlum geosiyasi reallıqlar fonunda Ermənistanın oriyentasiyasını dəyişməsinin motivləri bəllidir. Bu ölkə erməni xislətinə uyğun olaraq Rusiya üçün yaranmış indiki vəziyyəti özü üçün fürsət kimi dəyərləndirərək Avropada, İranda yeni havadarlar axtarışına çıxıb.

Rusiyanın sərt xəbərdarlığı

Gözlənildiyi kimi, Ermənistanın lideri N.Paşinyanın iddiaları Rusiyada birmənalı şəkildə rədd edilib. BMT missiyası xəyalına düşən N.Paşinyana və onun tərəfdarlarına Rusiyanın etiraz mesajlarını ilk öncə Kemlin mətbuat katibi Dmitri Peskov çatdırıb. Peskov bildirib ki, Qarabağa BMT-nin sülhməramlı missiyası hər iki tərəfin razılığı ilə göndərilə bilər: “Müxtəlif səviyyələrdə daimi işgüzar təmaslar var. Ancaq aydındır ki, istənilən missiya yalnız iki tərəfin razılığı ilə göndərilə bilər”. Kremlin danışan dili olan Peskovun bu sözləri Moskvanın Ermənistana “nelzya” cavabı kimi qəbul olunmalıdır.

Bəlli mövzuda, həmçinin Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru P.İliçev danışıb. “RİA Novosti” agentliyinə verdiyi müsahibədə Rusiya XİN-in yüksəksəviyyəli rəsmisi bildirib ki, Dağlıq Qarabağa BMT-nin sülməramlı missiyasının göndərilməsi real deyil. Onun sözlərinə görə hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunmasını Rusiya sülhməramlı kontingenti həyata keçiririr. P.İliçev qeyd edib ki, indiyədək Dağlıq Qarabağda beynəlxalq qurumlardan yalnız Qırmızı Xaç Komitəsi fəaliyyət göstərib. Ancaq BMT-nin humanitar qurumları belə regiona gəlməyiblər. Fikirlərinə davam edən P.İliçev onu da vurğulayıb ki, BMT TŞ-dən mandat alan sülhməramlı missiyalar heç də həmişə onları qəbul edən ölkələrin etimadını qazana bilməyiblər. “Belə etimadsızlıq “mavi dəbilqəlilər”in fəaliyyətinin az səmərəli olmasına görə yaranır. Buna görə də məsələ sülhməramlı missiyanı kimin göndərməsindən asılı deyil. Burada münaqişə tərəflərinin xoş məramı əsasdır”, - deyə Rusiya XİN-in rəsmisi vurğulayıb.

Bəhs olunan cavabları Rusiyanın Ermənistana “öz yerini bil” mesajı kimi dəyərləndirmək mümkündür. N.Paşinyanın atdığı növbəti ox da daşa dəyib.

Paylaş:
Baxılıb: 444 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31