Təxribatın məqsədi nədir?
06.12.2023 [10:20]
Ermənistan Qərbdən daha çox silah almaq niyyətindədir
Azərbaycanının Cənubi Qafqaz regionunda sülh və əməkdaşlığın təmin edilməsinə dair təşəbbüslərinə Ermənistan adekvat cavab vermir. Əksinə, rəsmi İrəvan bölgədə gərginliyin davam etməsində maraqlıdır. Bu gərginlik mühitini saxlamaqla, Ermənistan beynəlxalq ictimai rəylə manipulyasiya edir və Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirmək məqsədi güdür. Dekabrın 4-də günorta saatlarında şərti sərhəddə guya Azərbaycan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində bir erməni hərbçisinin ölməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı yalan məlumat bu məqsədə xidmət edir. Məlumatda iddia olunur ki, guya ordumuzun “Bardzruni” ərazisində yerləşən erməni mövqelərini atəşə tutması nəticəsində Gerasim Avetiki Arakelyan ölüb.
MN: Erməni tərəfinin təxribat xarakterli məlumatı təkzib olunub
Azərbaycanın Müdafiə Nazirliyi isə bu məlumatı təkzib edib. “Azərbaycan Ordusunun bölmələri tərəfindən dekabrın 4-ü saat 14:35 radələrində Ermənistan silahlı qüvvələrinin Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun ölməsi barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır. Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik”,-deyə məlumatda qeyd edilib.
Lakin buna baxmayaraq, Ermənistanın Xarici İşlər Nazirliyi də bəyanat yayaraq əsassız olaraq Azərbaycan tərəfini yeni eskalasiyaya təhrik etməkdə, sülh prosesini ləngitməkdə ittiham edib. Azərbaycanın Xarici İşlər Nazirliyi isə Ermənistan XİN-in guya ordumuzun açdığı atəş nəticəsində erməni hərbçisinin həlak olması ilə bağlı iddianın əks olunduğu açıqlamasını qətiyyətlə rədd edib.
İrəvan süni gərginlik yaratmağa çalışır
Bildirilib ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qeyd edilən dezinformasiya xarakterli, iftira dolu iddianı təkzib edib və Ermənistan tərəfinin yaydığı məlumatın həqiqətə uyğun olmadığını bəyan edib. “Ermənistan tərəfinin bu yalan açıqlaması silahlı qüvvələrində baş verən özbaşınalığı və hərc-mərcliyi ört-basdır etmək niyyəti daşıyır. Sülh sazişi üzrə təklifləri 70 gündən artıq müddətdə yubadan Ermənistan tərəfi indi də bu cür pozucu açıqlamaları ilə normallaşma prosesinin perspektivlərinə xələl gətirir. Ermənistan tərəfi bu kimi açıqlamalarla, həmçinin sərhəd bölgələrində süni gərginlik yaratmaq və üçüncü dövlətlərin diqqətini cəlb etmək məqsədi güdür. Azərbaycan öz tərəfindən postmünaqişə mərhələsində sülh və quruculuq səylərini davam etdirəcək və bu prosesə qarşı yönələn hər hansı addımların qarşısını qətiyyətlə alacaq”, - deyə Azərbaycan XİN-in şərhində vurğulanıb.
Ermənistanın bu manipulyasiya, təxribat və siyasi avantüralarının son məqsədi sülh prosesini ləngitmək və ya iflasa uğratmaqdır. Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri E.Marukyanın da beynəlxalq birliyi “Azərbaycanı ittiham etməyə” çağırması da rəsmi İrəvanın gerçək niyyətini aşkara çıxarır. Maraqlıdır ki, erməni əsgərin vurulması xəbəri ilk yayılanda İrəvanın rəsmi açıqlaması “dəqiqləşdirmə” yönündə idi, daha sonra ordumuz “ittiham” edildi. Halbuki sərhəd toqquşmalarında belə “dəqiqləşdirmə” təcrübəsi olmayıb. Bəllidir ki, Ermənistan bu və ya digər səbəbdən ölən hərbçisinin cəsədindən siyasi məqsədlər üçün istifadə etmək niyyətindədir. Azərbaycana qarşı “erməni əsgərin öldürülməsi” ittihamının ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın Bakıya səfərindən öncə gündəmə gətirilməsi də təsadüfi deyil.
ABŞ nümayəndəsinin ölkəmizə səfəri ərəfəsində...
Paşinyan hakimiyyəti regionda formalaşan yeni arxitekturanı, pozitiv əməkdaşlıq imkanlarını, inkişafı və təhlükəsizliyi təhdid edir və açılan yeni perspektivlərə zərbə vurmağa çalışır. Digər tərəfdən, Ermənistan hazırda işğaldan azad olunmuş ərazilərdə görülən işlərin miqyasını aydın görür. Sülh prosesinin pozulmasında məqsədlərdən biri də bu prosesə zərbə vurmaqdır.
Eyni zamanda, əvvəlki dövrdə rəsmi İrəvan KTMT-ya arxalanırdısa, son hadisələr artıq bu ölkənin oryentirlərini dəyişdiyini və açıq şəkildə Qərbdə dəstək axtardığını göstərdi. Belə ki, Ermənistan artıq Qərbi bölgəyə gətirməyi və öz revanşist məqsədlərini Qərbin əli ilə reallaşdırmağı düşünür. Bəzi Qərb ölkələrinin rəsmi nümayəndələrinin açıqlamaları, görünür, Paşinyan hakimiyyətini “ruhlandırır”. Eləcə də, bu cür təxribatlarla rəsmi İrəvan Fransadan daha çox silah tədarük etmək məqsədi güdür. Bugünlərdə Fransanın hücum silahlarının da Ermənistana verilməsinin gündəmə gətirilməsi də buradan qaynaqlanır.
Ona görə də, dünya dövlətləri və beynəlxalq təşkilatlar Ermənistanın hazırda yürütdüyü siyasətin mahiyyətini aydın görməli, onun əsl niyyətlərini düzgün qiymətləndirməlidir. Əgər Ermənistan sülhə məcbur edilməsə, regionda qeyri-sabitlik davam edəcək. Çox maraqlıdır ki, hazırda bir sıra ölkələrdə siyasətçilər, deputatlar Ermənistana dəstək məqsədilə ərazi bütövlüyünün pozulmasının yolverilməzliyi barədə danışırlar. Amma Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayarkən onlar nə üçün susurdular? Nə üçün haqqın, ədalətin yanında deyildilər? Bu faktlar dünyada ikili standartların göstəricisidir. Azərbaycan öz mövqeyində beynəlxalq hüquq normalarına arxalanır. İşğalçı, təcavüzkar dövlət Ermənistandır. Əgər beynəlxalq birlik sülh və sabitliyin təmin olunmasını istəyirsə, Ermənistana təzyiqlər göstərməlidirlər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
05 Dekabr 11:10
İqtisadiyyat
05 Dekabr 11:07
Gündəm
05 Dekabr 11:05
Siyasət
05 Dekabr 11:00
Gündəm
05 Dekabr 10:58
Gündəm
05 Dekabr 10:14
Siyasət
05 Dekabr 09:53
Hadisə
05 Dekabr 09:53
Gündəm
05 Dekabr 09:52
Gündəm
05 Dekabr 09:49
Gündəm
05 Dekabr 09:47
Siyasət
05 Dekabr 09:38
Siyasət
05 Dekabr 09:37
Siyasət
05 Dekabr 09:28
Siyasət
05 Dekabr 09:25
Siyasət
05 Dekabr 09:21
İqtisadiyyat
05 Dekabr 09:12
İqtisadiyyat
05 Dekabr 09:10
Siyasət
05 Dekabr 09:08
MEDİA
05 Dekabr 09:05
Analitik
05 Dekabr 09:03
Siyasət
05 Dekabr 09:01
Analitik
05 Dekabr 08:58
Dünya
05 Dekabr 08:56
Analitik
05 Dekabr 08:54
Dünya
05 Dekabr 08:51
Maraqlı
05 Dekabr 08:49
Sosial
05 Dekabr 08:45
İdman
04 Dekabr 23:51
Dünya
04 Dekabr 23:35
Elm
04 Dekabr 23:16
Siyasət
04 Dekabr 22:49
Dünya
04 Dekabr 22:31
Sosial
04 Dekabr 22:16
Mədəniyyət
04 Dekabr 21:52
Elm
04 Dekabr 21:39
Sosial
04 Dekabr 21:17
Elm
04 Dekabr 20:56
İqtisadiyyat
04 Dekabr 20:38
İqtisadiyyat
04 Dekabr 20:15
Siyasət
04 Dekabr 19:53
Mədəniyyət
04 Dekabr 19:32
Sosial
04 Dekabr 19:14
YAP xəbərləri
04 Dekabr 18:17
Ədəbiyyat
04 Dekabr 18:16
İdman
04 Dekabr 18:12
Siyasət
04 Dekabr 17:09
İdman
04 Dekabr 17:04
Dünya
04 Dekabr 17:03
Dünya
04 Dekabr 17:02
Sosial
04 Dekabr 17:02
Siyasət
04 Dekabr 16:54
Sosial
04 Dekabr 16:53
Sosial
04 Dekabr 16:32
Dünya
04 Dekabr 16:27
Mədəniyyət
04 Dekabr 16:26
Mədəniyyət
04 Dekabr 15:45
Gündəm
04 Dekabr 15:02
Sosial
04 Dekabr 14:59
Dünya
04 Dekabr 14:39
Siyasət
04 Dekabr 14:33
Siyasət
04 Dekabr 13:22
İdman
04 Dekabr 13:10
Dünya
04 Dekabr 12:59
Gündəm
04 Dekabr 12:47
Sosial
04 Dekabr 12:36
Xəbər lenti
04 Dekabr 12:10
İqtisadiyyat
04 Dekabr 11:21
Siyasət
04 Dekabr 11:14
Mədəniyyət
04 Dekabr 11:10