Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Reyhan Camalova “ASAN xidmət”in ideya müvəkkili təyin edilib

Reyhan Camalova “ASAN xidmət”in ideya müvəkkili təyin edilib

06.01.2018 [10:44]

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində yağış suyundan enerji alınmasına imkan verən “Rainenergy” qurğusu ilə Azərbaycanı təmsil etmiş Reyhan Camalova ilə görüşüb.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə məktəb və universitetlərdə innovasiyaların təşviqi, ideyaların toplanılması və gənclərin, xüsusilə məktəblilərin bu prosesə cəlb edilməsi istiqamətində işlərə dair müzakirələr aparılıb.
Həmçinin Reyhan Camalova gənc innovativ məktəbli kimi Dövlət Agentliyinin ideya müvəkkili vəzifəsinə təyin edilib. Belə ki, ona 2 il ərzində Dövlət Agentliyində ictimai əsaslarla fəaliyyət göstərməsi, innovativ ideyaları olan istedadlı gənclərin layihələrini üzə çıxarması və reallaşdırmasına dəstək göstərməsi üçün xidməti vəsiqə təqdim edilib.

Paylaş:
Baxılıb: 472 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31