/ / Mübariz Qurbanlı: Azərbaycan müxtəlif dinlər, mədəniyyətlərarası qarşılıqlı anlaşmaya xüsusi diqqət ayırır
Mübariz Qurbanlı: Azərbaycan müxtəlif dinlər, mədəniyyətlərarası qarşılıqlı anlaşmaya xüsusi diqqət ayırır
17.03.2018 [09:45]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 16-da Misirin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüşüb.
Görüşdə yeni təyinatı münasibətilə səfiri təbrik edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iki ölkə arasındakı dostluq münasibətlərinə toxunub. Misirin hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini dəstəklədiyini vurğulayıb. Komitə sədri, eyni zamanda, Azərbaycan və Misir arasındakı din və mədəniyyət sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Söhbət zamanı ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri barədə səfiri məlumatlandıran Mübariz Qurbanlı dinə dövlət qayğısından bəhs edib. Bildirib ki, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına, dini ibadətgahların inşasına və bərpasına xüsusi önəm verilir. Eyni zamanda, mütəmadi olaraq, müsəlman və qeyri-müsəlman dini icmalarına dövlət büdcəsindən maliyyə yardımı ayrılır. Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan müxtəlif dinlər, mədəniyyətlərarası qarşılıqlı anlaşmaya xüsusi diqqət ayırır. Azərbaycan Prezidentinin 2016-cı ili ölkədə “Multikulturalizm İli”, onun məntiqi davamı olaraq ötən ili “İslam Həmrəyliyi İli” elan etməsi buna ən yaxşı nümunədir.
Adel İbrahim Ahmed İbrahim səfir kimi qısa müddətdir ki, fəaliyyətə başlamasına baxmayaraq, ölkəmizdəki inkişafın, sabitliyin, dini dözümlülüyün yüksək səviyyədə olmasının əyani şahidi olduğunu deyib. Azərbaycanla Misir arasında ikitərəfli əlaqələrə toxunan diplomat iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb. Ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini söyləyib.
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfirə Dövlət Komitəsinin ərəb dilində nəşr etdirdiyi işğal altındakı maddi-mənəvi irsimizin məhv edilməsi faktlarının əks olunduğu “İşğal altındakı tarixi-dini abidələrimiz” kitabı təqdim edilib.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

