1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş “dəyirmi masa” keçirilib
29.03.2018 [10:41]
Səbail rayon İcra Hakimiyyətində 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş “dəyirmi masa” və ingilis dilinə tərcümə edilmiş “Azərbaycanlıların soyqırımı” kitabının təqdimatı keçirilib. Bu barədə AZƏRTAC-a rayon İcra Hakimiyyətindən məlumat verilib.
Tədbirdə rayon rəhbərliyi ilə yanaşı, Milli Məclis üzvləri, rayonun hüquq mühafizə orqanlarının nümayəndələri, elm və din xadimləri, gənclər, veteranlar, ictimaiyyətin, YAP Səbail rayon təşkilatının təmsilçiləri, kitabın ərsəyə gəlməsində əməyi olan pedaqoji universitetin müəllim və tələbələri iştirak ediblər.
“Dəyirmi masa”da çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib ki, Azərbaycan xalqı XX əsrdə bir neçə dəfə soyqırımlarına məruz qalıb. Uzun illər azərbaycanlıların əzəli torpaqlarına sahib çıxmaq və burada “böyük Ermənistan” yaratmaq xülyaları ilə yaşayan erməni qəsbkarları 1918-ci ildə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv edib, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıblar. Ötən əsrin 80-ci illərində SSRİ-nin süqutunun sürətlənməsindən istifadə edən ermənilər öz havadarlarının köməyi ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün Azərbaycana qarşı birbaşa hərbi təcavüzə başlayıblar. 1992-ci ilin fevralında isə Xocalıda azərbaycanlılara qarşı növbəti soyqırımı törədilib, torpaqlarımızın 20 faizi işğal olunub.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra uzun illər gizli saxlanılan həqiqətlər açıldı, təhrif edilən hadisələr əsl qiymətini aldı. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi. Bu, Ulu öndərin Azərbaycan xalqının əsrlərboyu üzləşdiyi məhrumiyyətlərə verdiyi əsl tarixi qiymət idi. İcra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzaladığını da xatırladıb.
Daha sonra çıxış edən YAP-ın Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Mais Əmrahov, universitetin baş müəllimləri Elman Mirzəyev və Eldar Hacıyev, tələbə Tahir Cabbarlı və başqaları 1918-ci il hadisələri, sonrakı illərdə ermənilərin Azərbaycan xalqına qarşı təcavüz faktları və bu faktların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülmüş işlər barədə danışıblar. Faciənin dünya ictimaiyyətinə çatdırılması işində bir il öncə çap olunmuş və bu il Səbail rayonunun 163 nömrəli orta məktəbinin müəllimləri tərəfindən ingilis dilinə tərcümə edilmiş “Azərbaycanlıların soyqırımı” kitabının mühüm rol oynayacağı vurğulanıb.
Sonda “dəyirmi masa” iştirakçıları adından bəyanat qəbul olunub.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

