Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Azercell” yeni vakansiyaları ilə Karyera sərgisində iştirak edib

“Azercell” yeni vakansiyaları ilə Karyera sərgisində iştirak edib

22.05.2018 [09:11]

22 illik fəaliyyəti ərzində tələbələrin və məzunların əmək bazarına çıxışına, gənclərin məşğulluq probleminin həllinə dəstək olan “Azercell” ölkəmizdə keçirilən Karyera sərgilərində iştirakını davam etdirir. Şirkətin İnsan Qaynaqları Departamentinin və Müştəri Kanallarının İdarə Edilməsi Departamentinin əməkdaşları məzunların və yuxarı kurs tələbələrinin işgüzar mühitə inteqrasiyasına kömək məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və Azərbaycan Universitetində təşkil olunan növbəti karyera sərgilərinə qatılıb. Sərgi iştirakçılarına şirkətdə mövcud olan vakansiyalar, təcrübə və təqaüd proqramları təqdim edilib, kadrların seçilməsi, işə qəbul prosesi haqqında suallar cavablandırılıb. Yüzlərlə gənc üçün təcrübə proqramları, yeni iş imkanları açan sərgidə iştirakçılar “Azercell”in təqdim etdiyi son yeniliklər və xidmətlər barədə məlumatlandırılıblar. “Azercell”in stendinə yaxınlaşan tələbə və məzunlara şirkət tərəfindən hədiyyələr də təqdim olunub.
Məlumat üçün bildirək ki, ölkəmizdə təşkil olunan karyera sərgilərinin məqsədi tələbələri və şirkət nümayəndələrini bir araya gətirərək onlar arasında əlaqə yaratmaq və gənc kadrları potensial işəgötürənlərə daha yaxın etməkdir.
Qeyd edək ki, ACT beynəlxalq araşdırma və məsləhətçi şirkətinin apardığı araşdırmalara əsasən ən yaxşı maaş və yüksək iş şəraiti, işçilərlə davranış, əməkdaşların inkişaf perspektivləri və digər meyarlar üzrə “Azercell” ölkəmizdə 3 ən yaxşı işəgötürən şirkətdən biri elan olunub. Mobil operatorlar arasında isə “Azercell” ən yaxşı işəgötürən şirkətdir. Eyni zamanda, “Ernst & Young Azerbaijan” şirkətinin tədqiqatları tələbə və peşəkar heyətin seçiminə əsasən “Azercell”i ölkədə ən yaxşı 10 işəgötürən şirkətdən biri elan edib. Qeyd edək ki, “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Paylaş:
Baxılıb: 425 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31