Müdafiə sahəsində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir
18.02.2025 [17:05]
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
Azərbaycan və Somali arasında diplomatik əlaqələr son dövrlər sürətlə inkişaf edir. Fevralın 11-12-də Somali Prezidenti Həsən Şeyx Məhəmmədin Azərbaycana rəsmi səfəri bu əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Səfər zamanı Azərbaycan və Somali prezidentləri İlham Əliyev və Həsən Şeyx Məhəmmədin iştirakı ilə bir sıra mühüm sənədlər imzalanıb. Bu sənədlər iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi və yeni imkanların açılması baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycan ilə Somali arasında imzalanmış mühüm sənədlərdən biri də “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş” oldu. Öz çıxışında cənab Prezident bu sahədə əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edərək bildirdi ki, Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal etməklə, güclü müdafiə sənayesi potensialını yaradıb. Həmin avadanlıq həm özümüzə lazımdır, həm də müasir müdafiə avadanlığına ehtiyacı olan 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanıdır. Bu sahədə əməkdaşlığı ən yüksək səviyyədə qurmaq məqsədilə Somali Prezidenti Azərbaycanın müdafiə imkanlarının, o cümlədən müdafiə sənayesinin bəzi elementləri ilə tanış edilib. Eləcə də nümayəndə heyətlərinin görüşü zamanı bu imkanlar müzakirə edilib. Möhtərəm dövlət başçımız həmçinin təlimlərin keçilməsi perspektivlərindən bəhs etdi. Əlbəttə ki, hərbçilərimizin İkinci Qarabağ müharibəsi və sonradan antiterror əməliyyatı zamanı nümayiş etdirdikləri yüksək peşəkarlıq bu gün istənilən ölkənin ordusu üçün örnək ola bilər.Somali Prezidenti qeyd edib ki, bu gün imzalanan sazişlər Azərbaycanın təcrübəsindən istifadə etmək üçün strukturlu çərçivə rolunu oynayır:"Bu ölkələrimiz və xalqlarımız üçün yeni imkanlar açır. Bu müqavilələrdən başqa, bizim bugünkü əməkdaşlığımız ölkələrimiz arasında möhkəm iqtisadi və diplomatik münasibətlərin əsasını qoyur. Somali Azərbaycanın enerji, infrastruktur, təhlükəsizlik və təhsil sahələrində liderliyini yüksək qiymətləndirir. Azərbaycanla bilik mübadiləsi və investisiya tərəfdaşlığı böyük fayda əldə edə biləcəyimiz sahələrdir".İki ölkə arasında müdafiə sahəsində də əməkdaşlıq yeni bir mərhələyə qədəm qoyur. Azərbaycan artıq müdafiə sənayesində güclü potensial yaradıb və bu təcrübəsini Somaliyə ötürməyə hazırdır. Bu sahədə birgə təlimlər, müdafiə avadanlıqlarının istehsalı və təchizatı iki ölkə arasındakı strateji tərəfdaşlığın güclənməsinə xidmət edəcək.Bu sənədlərin imzalanması, Azərbaycan və Somali arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm addım olmaqla yanaşı, hər iki ölkənin iqtisadi, sosial və mədəni inkişafına da töhfə verəcəkdir.
Somali Federativ Respublikasının prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə səfəri çərçivəsində cənab Prezident İlham Əliyevlə ikitərəfli və çoxtərəfli formatda keçirilmiş görüşlər zamanı müzakirə olunan məsələlər və verilən bəyanatlar qarşılıqlı əməkdaşlığın gələcək yol xəritəsini müəyyən edən önəmli mesajlardır. Bu səfər iki ölkə arasındakı ikitərəfli münasibətlərin inkişafı və əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparmaq məqsədini güdür. Səfərdə iqtisadiyyat, ticarət, humanitar sahələr və digər mövzularla bağlı fikir mübadiləsi aparılıb. Həmçinin, regional təhlükəsizlik və beynəlxalq məsələlər haqqında da müzakirələr olub. Bu cür səfərlər, iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.
Xəbər lenti
Hamısına bax
İdman
24 Mart 22:41

Dünya
24 Mart 21:20

Sosial
24 Mart 20:18

Sosial
24 Mart 19:23

İdman
24 Mart 18:43

Dünya
24 Mart 17:21

Hadisə
24 Mart 16:39

Sosial
24 Mart 15:27

İdman
24 Mart 14:44

Dünya
24 Mart 14:10

Hadisə
24 Mart 13:45

İdman
24 Mart 13:15

Elm
24 Mart 12:46

Xəbər lenti
24 Mart 12:15

Xəbər lenti
24 Mart 11:50

Xəbər lenti
24 Mart 11:25

Xəbər lenti
24 Mart 10:55

Dünya
24 Mart 10:20

Hadisə
23 Mart 23:34

Sosial
23 Mart 22:41

Dünya
23 Mart 21:18

Dünya
23 Mart 20:31

Dünya
23 Mart 19:26

Dünya
23 Mart 18:51

İdman
23 Mart 18:45

Dünya
23 Mart 17:22

Dünya
23 Mart 16:53

Dünya
23 Mart 16:40

Sosial
23 Mart 15:34

Dünya
23 Mart 15:29

Dünya
23 Mart 14:43

Dünya
23 Mart 13:38

Dünya
23 Mart 12:27

Dünya
23 Mart 11:42

Gündəm
23 Mart 11:17

Sosial
23 Mart 11:15

İdman
23 Mart 10:47

Sosial
23 Mart 10:23

Dünya
23 Mart 09:52

Siyasət
23 Mart 09:37

Dünya
23 Mart 09:11

Dünya
23 Mart 08:54

Dünya
23 Mart 08:30

Siyasət
23 Mart 08:19

Dünya
23 Mart 07:16

Dünya
22 Mart 23:41

Hadisə
22 Mart 22:34

Sosial
22 Mart 21:16

Dünya
22 Mart 20:17

Dünya
22 Mart 19:35

Dünya
22 Mart 18:43

Hadisə
22 Mart 17:32

Sosial
22 Mart 16:30

İqtisadiyyat
22 Mart 15:18

Dünya
22 Mart 14:43

Dünya
22 Mart 14:37

Dünya
22 Mart 13:25

Dünya
22 Mart 12:22

Gündəm
22 Mart 11:29

Siyasət
22 Mart 10:36

İdman
22 Mart 09:45

Xəbər lenti
22 Mart 08:33

Dünya
21 Mart 23:37

İdman
21 Mart 22:22

Dünya
21 Mart 21:17

Dünya
21 Mart 20:24

Dünya
21 Mart 19:31

Dünya
21 Mart 18:35

Hadisə
21 Mart 18:03

Dünya
21 Mart 17:29
