Bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür
26.10.2022 [12:00]
Vüsal Hüseynov - YAP Xocavənd rayon təşkilatının Sədri
Bu gün Türkiyə-Azərbaycan birliyi və həmrəyliyi bütün sahələrdə özünü göstərməkdədir. Eyni zamanda işğaldan azad olunan ərazilərdə aparılan abadlıq-quruculuq işlərində də bu birlik, həmrəylik, qardaş dövlətin dəstəyi özünü büruzə verir. Prezident İlham Əliyevin oktyabrın 20-də Cəbrayıl şəhərində mətbuata verdiyi bəyanat qeyd etdiyi kimi şanlı tarix bizim müştərək tariximizdir: “İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 20-də Azərbaycana rəsmi səfərində biz bir daha bunun şahidi olduq. Qürurverici haldır ki, Türkiyə Respublikasının Prezidentinin qarşılanma mərasimi rəsmi açılışı olan Zəngilan Beynəlxalq Hava Limanında olub. Və qardaş dövlətin prezidentini həmkarı İlham Əliyev qarşılayıb.
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla Zəngilan və Cəbrayılda bir sıra obyektlərin birgə açılışını ediblər. Belə ki, öncə Azərbaycan və Türkiyə prezidentləri Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər. Daha sonra Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının, eləcə də Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlini də qoyublar.
Prezidentlər, həmçinin Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında da iştirak ediblər. Prezident İlham Əliyev Cəbrayıl şəhərində mətbuata verdiyi bəyanatda “Dost Aqropark”ın da əhəmiyyətini vurğulayb: “Bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, o cümlədən bölgənin birinci özəl sərmayəsi olan “Dost Aqropark” da qeyd olunmalıdır”. Nəzərə çatdıraq ki, “Dost Aqropark”ın nəzdində Zəngəzur Ağır Atletika Klubu da yaradılıb. Qeyd edək ki, “Dost Aqropark” türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksidir. Üç mərhələdə həyata keçirilən layihənin təməli 2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Ötən bir il ərzində “Dost Aqropark”da birinci mərhələ üzrə görüləcək bütün işlər başa çatdırılıb.
Hazırda işğaldan azad olunan ərazilərdə çoxşaxəli avtomobil yolu şəbəkəsi qurulur. Bütün yollar yenidən çəkilir. Cənab Prezident Cəbrayılda mətbuata verdiyi bəyanatda qardaş Türkiyə dövlətinin bu baxımdan da rolunu qeyd edib: “İnşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Türkiyə şirkətləri qısa müddət ərzində böyük işlər görüb. Avtomobil və dəmir yollarının, habelə 33 tunelin inşası nəzərdə tutulmuşdur. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü tikiləcək, onların bir qismi inşa edilmişdir. Körpülərin ümumi uzunluğu 12 kilometrdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik”.
Tarixən dost münasibətləri olan iki qardaş dövlət Şuşa Bəyannaməsi ilə artıq müttəfiqliklərini yeniləyiblər. Şuşa Bəyənnaməsinin imzalanması ilə cənab Prezidentin “bütün sahələrdə müttəfiq olduq” deməsi, Türkiyə-Azərbaycan birliyinin bölgədə rolunun güclənməsinin göstəricisidir. Bu gün Türkiyə ilə Azərbaycanın belə səmimi münasibətlərinin qurulması dünyanın siyasi aləmində birliyk və qardaşlıq nümunəsi olaraq göstərilir. Hər iki dövlət bütün sahələrdə birgə əməkdaşlıq çərçivəsində görülən işlərlə istər regionda, istərsə də beynəlxalq arenada sülh və birlik simvoluna çevriliblər. Bu artıq “bir millət, iki dövlət” birliyinin əyani təsdiqidir. Bu birliyin sevincini və qürurunu yaşayan Prezident İlham Əliyev hisslərini ən səmimi sözləri ilə belə ifadə edib: “İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

