Təxirəsalınmaz məsələlər
04.11.2022 [11:30]
YAP Ağdam rayon təşkilatının sədri
Mansur Quliyev
Azərbaycan dövləti 44 günlük müharibədən sonra əldə etdiyi qələbə ilə regiondakı vəziyyəti dəyişdi. Bu gün artıq reallıq başqadır. Dünya ölkələri, xüsusilə də Qərb dünyası yeni reallığı dərk edir, bununla barışmalı olur. İqtisadi cəhətdən yüksək inkişafa nail olmuş Azərbaycan uğurlu xarici siyasət yürüdür. Burada Türkiyə ilə qardaşlıq münasibətini, Rusiya ilə strateji tərəfdaşlıq əlaqələrini xüsusi qeyd etmək olar. Şanlı qələbəmiz ilə əlimiz gücləndi. İndi biz masa arxasında qalib ölkə kimi otururuq, bu isə düşməni şərtlərimizi qəbul etməyə məcbur edir.
Postmünaqişə dövründə regional geosiyasi gündəliyi Azərbaycan diktə edir. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Eyni zamanda Postmünaqişə dövründə baş tutan görüşlər Azərbaycanın üstünlüyü şəraitində keçir.
Bu gün Prezident cənab İlham Əliyevin həyata keçirdiyi müdrik xarici siyasətin əsasında ölkəmizin və xalqımızın maraqları dayanır.
Məlum olduğu kimi oktyabrın 31-də Soçidə keçirilən görüş çərçivəsində çıxış edən Prezident cənab İlham Əliyev tarixi həqiqətləri qeyd edərək, Azərbaycanla Ermənistan arasındakı normal münasibətlərin yaranması üçün Ermənistan tərəfinin üçtərəfli bəyanatın şərtlərinə əməl etməsinin vacibliyindən danışdı. Soçidə keçirilmiş üçtərəfli görüşün sonunda imzalanmış Bəyanatın mətni ilə tanış olduqda da görünür ki, bu görüş də məhz Azərbaycanın diplomatik üstünlüyü şəraitində baş tutub. Ümumiyyətlə, Bəyanatda Qarabağ ifadəsi işlədilmir. Bu isə öz növbəsində bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycanın daxili işidir”, fikirləri rəsmi sənədlərdə də öz əksini tapır.
Sənədə əsasən, tərəflər güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəliblər.
Bəyanatın bəndlərindən biri isə belədir: "Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyini vurğuladıq. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək barədə razılaşdıq. Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcək".
Prezident cənab İlham Əliyevin Rusiya Prezidenti ilə görüşündə səsləndirdiyi kimi, artıq münaqişə həll olunub. Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad edib. Ermənistan bu faktla barışmalı və sülhü təhdid edən revanşist meyillərdən əl çəkməlidir
Bu görüş onu göstərdi ki, ölkə Prezidenti cənab İlham Əliyev Vətən müharibəsindən sonra regionda yaratdığı reallıqlara uyğun olaraq ölkəmizin milli mənafelərinin reallaşmasını bütün siyasi müstəvilərdə yüksək səviyyədə təmin edir.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

