/ / 2012 - Qəbələ RLS, 2024 - Qarabağ sülhməramlıları - "hər şeyin öz zamanı” prinsipi yenə qalib gəldi...
2012 - Qəbələ RLS, 2024 - Qarabağ sülhməramlıları - "hər şeyin öz zamanı” prinsipi yenə qalib gəldi...
17.04.2024 [21:00]
2012- ci ildə Qəbələ RLS- dəki rus hərbi bazasının Azərbaycanı heç bir gərginlik olmadan tam qarşılıqlı anlaşma şəraitində tərk etdiyi kimi, bu gün də rus sülhməramlılarının eyni vəziyyətdə Qarabağdan çəkildiyinin şahidi olduq.
Bu fikirləri “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev özünün Facebook səhifəsində yazıb. yeniazerbaycan.com paylaşımı təqdim edir:
“Hər 2 halda ölçülü- biçili hesabların özünü doğrultduğu kimi, bir çoxlarının da proqnozları və ittihamçı mülahizələri alt - üst oldu. Məlumdur ki, 2012- ci ildə rusların Qəbələ RLS- dən xoşluqla gedəcəyinin mümkünsüzlüyünə dair proqnozlar verilirdi. Alt- üst oldu. Deyirdilər ki, rus hərbçilərinin Qəbələdən getməsi iki dövlətin arasında gərginlik mərhələsi açacaq. Heç bir gərginlik olmadı. Əksinə, sonrakı mərhələlərdə Azərbaycan- Rusiya münasibətlərinin strateji müttəfiqliyə yaxınlaşmasını və 44 günlük müharibə kontekstində çox yüksək səviyyəyə çatdığını gördük.
Sülhməramlılar barədə də mütləq çoxluğun fərqli fikirləri var idi . Əksəriyyət "ruslar getmək üçün gəlməyiblər ki" deyirdi. Belə fikirlər də üstünlük təşkil edirdi ki, "sülhməramlıların ilk 5 ildən sonra çıxması Azərbaycan- Rusiya münasibətlərinə gərginlik vəd edir". Göründüyü kimi, bu proqnozlar və ya radikal müxalif düşərgədən gələn mülahizələr də özünü doğrultmadı. Sülhməramlılar ilk 5 illik müddətin sonunu gözləmədən Azərbaycanı tərk etdilər.
Yenə də Azərbaycan - Rusiya münasibətlərində heç bir reqres əlaməti hiss olunmadı . Əksinə, bu qərarın iki ölkənin ali rəhbərliyinin qarşılıqlı anlaşması əsasında verildiyi rəsmi təsdiq edildi.
Azərbaycan diplomatiyasının tarixində nəzərəçarpan böyük hadisədir. Rusların Qarabağda olduqları 3 ildən bir qədər artıq müddətdə Azərbaycanla Rusiyanın hərbi- siyasi rəhbərliyi arasında heç bir gərginlik, mürəkkəbləşmə və ya anlaşılmazlıq yaşanmadı. Bu vəziyyət ilk növbədə iki ölkənin münasibətlərinin strateji məzmunundan irəli gəlirdi.
Son 3 ildə baş verən hadisələri İlham Əliyevin məşhur "hər şeyin öz zamanı" prinsipi çərçivəsində sıralasaq ,fəth edilmiş diplomatik- geosiyasi hədəflərin belə bir mənzərəsi alınır:
1.Çoxları Dağlıq Qarabağ probleminin uğurlu həllinə inanmırdı . İnanılmaz sayılanlar gerçək oldu. Zamanı və geosiyasi şəraiti İlham Əliyev seçmişdi.
2.Xankəndidə separatizm yuvasının söndürüləcəyinə bir çoxları inanmır, bir çoxları Xankəndisiz "Dağlıq Qarabağ münaqişəsinin yarımçıq həllindən" danışırdı. İnanılmaz şeylər yenə gerçək oldu . Xankəndidə separatizm yuvası tam söndürüldü, xunta liderləri əsir alındı. 44 günlük müharibədən sonrakı Antiterrorun zamanını və geosiyasi şəraitini də İlham Əliyev seçmişdi. Və düz seçmişdi...
3.Rus sülhməramlılarının bu şəkildə gedəcəyi də mütləq çoxsaylı insanların inanmadığı hadisə idi. Ancaq bu da gerçək oldu. Hər şeyin "öz zamanına bağlı olmasını deyən İlham Əliyev yenə haqlı çıxdı....”
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

