MIĞRI
28.10.2022 [10:42]
Azərbaycanın şanlı Zəfəri ilə başa çatan Vətən müharibəsindən sonra Zəngəzur dəhlizi ilə bağlı intensiv müzakirələr aparılır. Müharibənin başa çatmasını bildirən üçtərəfli Bəyanata əsasən yaradılacaq bu dəhliz Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində yaşamaq məcburiyyətində qalan Naxçıvanı birləşdirəcək və oradan Türkiyə vasitəsilə Avropayadək uzanacaq. Strateji önəm daşıyan yeni kommunikasiya marşrutu keçəcəyi coğrafiyanın tarixi adına uyğun olaraq Zəngəzur dəhlizi adlandırılıb. Zəngəzur dəhlizinə, bəhs olunan coğrafiyaya artan marağı nəzərə alaraq görkəmli şair-yazıçı-dramaturq Hidayətin “Burdan min atlı keçdi” kitabından götürülmüş aşağıdakı hissəni təqdim edirik.
Öncə ensiklopedik məlumatlar: Zəngəzur mahalının Mığrı bölgəsi 1918-ci ilədək Azərbaycanın Gəncə quberniyasının Zəngəzur qəzasında mahal olmuşdur. 1918-ci ildə ermənilər Zəngəzurun çox hissəsini, o sırada Mığrını işğal edərək, soydaşlarımızın bir qismini məhv etmiş, sağ qurtara bilənlər, əsasən, Naxçıvana (Ordubada) və Aşağı Zəngəzura (Zəngilana) pənah aparmışlar.
1920-ci ildə Ermənistanda Sovet hakimiyyəti elan olunandan sonra - 1918-1919-cu illərdə daşnakların zəbt etdikləri başqa Azərbaycan torpaqları kimi Mığrı da nədənsə “qeyd-şərtsiz” Ermənistana daxil edilmişdir.
Şimaldan Qafan rayonu qərbdən Azərbaycan Respublikası Naxçıvan MR-in Ordubad rayonu şərqdən Zəngilan rayonu ilə, cənubdan isə İranla həmsərhəddir. Sahəsi 664 kv.km.-dir.
Qısa tarixi - Əvvəlcə adı haqqında. Qədim Mığrı Azərbaycan-türk tayfasının adıdır - Mığır. Danışıqda “Mığrı” olub, sonuncu saitlə “r” samiti yerlərini dəyişib.
Mənim uşaqlıq illərimdə həm yerli əhali, həm də qonşu naxçıvanlılar, zəngilanlılar və qafanlılar bu rayona Mığrı deyirdilər. XX əsrin iyirminci ilinədək istər ədəbiyyatda, istərsə də arxiv sənədlərində “Mığrı” işlənib. Sovet hakimiyyəti elan olunandan sonra rəsmi söhbətlərdə, mətbuatda “Meğri” deyilməyə başlanıb.
Professor Qəzənfər Kazımov Əhmədəli Əliyevin “Azərbaycan dilinin “Meğri” şivəsi” (Bakı, “Elm”, 2003.) monoqrafiyasına yazdığı giriş sözündə deyir: “Meğri” sözünə gəlincə... ermənilərin də dilinə yatan bu söz xalis türk sözüdür, Zəngəzurun qədim kəndlərindən birinin adıdır.
...Sözün əslini tarixçilər “Miğri” şəklində bərpa etmişlər. Meğri toponimi ilə bağlı Meğri ərazisində Miqridağ oronimi də vardır. Araza tökülən Meğriçay da bu ərazidən keçir. Bunlar “bu yerlərə erməni ayağı dəyməyən ən qədim dövrlərin yadigarlarıdır”.
B.Budaqov və Q.Qeybullayev “Meğri” sözünün “miqir”, “mieir”, “mixor” şəkillərində “yarğan”, “uçurum” mənasında qədim türk sözü olduğunu söyləmişlər (orada, s.337-338). K.M.Murzayev də bu sözü (“Toponimika Vostoka”, 1964, s.213) “çoxsaylı qobu, yarğanlı yer” mənasında izah etmişdir.
Sözün hazırda saysız türk toponimlərində işləndiyi müəyyən edilmişdir.
Borçalıda Miqarlı kəndi, Zaqatala ərazisində Mikirli çayı, Qars əyalətində Menre - Qazma kəndi, Zəngəzurun özündə Böyük Miqri, Kiçik Miqri kəndləri və s. bu sözlə eyniköklüdür. İmişli ərazisində Muxurtəpə, XIX əsr Ağcabədi ərazisində Muxur obası, Zəngəzur qəzasında dağ adı - Muxurtovlayan və s. də bu sözlə eynimənalı sayılır. Qeyd edilən toponim və hidronimlər sözün köklü qədim türk sözü olduğunu bir daha təsdiq edir.
Bəzən Meğrini “Mehri” kimi düşünənlər də var. Hətta belə bir əfsanə də söylənilir ki, Meğri ilə üzbəüz Aşağı Azərbaycan tərəfdə vaxtilə Kürdaş və Duzəl ərazilərini birləşdirən kiçik şəhər dövləti var imiş. Meğri əraziləri onların yaylaq yeri imiş, ona görə də bu yerlər hakimin arvadının şərəfinə Mehri adlanırmış. Lakin araşdırmalar göstərir ki, Meğri sözünün bu əfsanə ilə və “gün”, “günəş”, “sevgi”, “məhəbbət” mənalarında fars mənşəli mehr sözü ilə heç bir əlaqəsi yoxdur.
Yerli əhalinin bir qisminin dilində “Meğri” sözü “Mığrı” şəklində işlənir - metateza ilə. Qədim türk abidələrində mir “bal”, mırlığ “badı” deməkdir. (Drevnetörkskiy slovarğ, str.345). “Mir” sözünün kökü “mi” çin dilindən alınma sayılır. Lakin nəzərə almaq lazımdır ki, “bal” sözü və onun müxtəlif dil ailələrinə məxsus tələffüz variantları onun əksər dünya dillərində işlənən nostratik söz olduğunu göstərir. Latın dilində “mel”, “mellis”, fransızca “miel”, monqol dilində “bal”, rus dilində “myod”, xakas dilində “mööt” və s. eyniköklü sözlərdir. Sait variantlarını nəzərə almasaq, bu sözlər yalnız b-m keçidi ilə fərqlənir. B-m keçidi türk dillərinin xarakterik səs keçidlərindəndir. Dilimizdə m əksərən qıpçaq elementi kimi çıxış edir. Bəlkə Mığrı bu sözdəndir? Bu barədə də düşünməyə dəyər. Bu cür olduqda da söz türk dilləri bazasında izah olunur.
B.Budaqovun, Q.Qeybullayevin yuxarıdakı izahları ilə yanaşı, bu da düşündürücüdür - hər ikisi etimoloji izah inandırıcı detallara malikdir. “Bal” və “arı” sözü erməni dilində də ola bilər, lakin bunlar sözün erməni mənşəyini tam istisna edir və bu sarıdan ehtiyatlanmaq üçün heç bir əsas yoxdur.
Bizim fikrimizcə, “Meğri” sözü başqa bir sözlə bağlıdır: bu ərazinin özündə - Ernəzir şivəsində (və bir çox Azərbaycan şivələrində) “muxuri” - “üstü və yanları keçə ilə örtülü kiçik alaçıq” sözü işlənir. Əslində, “alaçıq” mənasında olan bu söz “yarğan, qobu” mənalı “miğir”, “mikir” sözləri ilə bir kökdəndir. Bir qədər diqqət yetirilsə, keçə, dəri və s.-dən düzəldilən alaçıq quruluş etibarilə yarğan tipli bir yaşayış yeridir. Sözlər bir kökdən ayrılıb, tədricən müstəqilləşib. Və həm də yerli əhalinin təsəvvürünə görə, muxuri təmtəraqlı alaçıqlara deyil, ağac budaqlarından, müxtəlif əşyalardan qurulmuş ibtidai kasıb alaçıqlara deyilir.
Oxucu bilir ki, yarğan ibtidai insanın məskənidir. Lakin çadır, alaçıq köçəri türklərin “Dədə-Qorqud”da “otaq” adlandırdıqları yaşayış yeridir. Aydındır ki, Meğri sözünün ilkin forması yarğanla deyil, bu ərazidə köç salıb, alaçıq quran türklərin “muxuri” sözü ilə bağlıdır və bu sözün ifadə etdiyi məna əsasında yaranmışdır. “Yarğan” və ya “bal” məfhumları və yaşayış məskəninin adı muxuri-alaçıq qədər inandırıcı deyil. Amma o da doğrudur ki, Meğrini sevənlər onun güllü-çiçəkli bal təbiətini, dərəli-təpəli, uca dağlar arasında saysız yarğanlarla dolu tabiətini görüb duymadan sevə bilməzdilər.
“Meğri” sözünün də türk sözü olduğunu əsaslı arqumentlərlə əsaslandırırlar. Elmi və publisist ədəbiyyatda bu fikri təsdiqləyən başqa cür yozumlar da var.
Ötən əsrin səksəninci illərindən Azərbaycan mətbuatında “Mehri” deyilməyə başlandı. Göründüyü kimi, bunun da əsası yoxdur - toponimin tarixi kökünə qayıtmaq istəyəndə yenə təhrif edirik, tarixi adları öz ünvanına qaytarmaq, azərbaycanlılaşdırmaq, tarixi kökünü bərpa etmək əvəzinə farslaşdırırıq.
Bizim fikrimizcə, toponimin əsl adı nə “Meğri”dir, nə də “Mehri” - Mığrıdır! Qədim Azərbaycan türkünün adıdır.
“Erməni Sovet Ensiklopediyası”ndan sətirlər: “?ndiki Mığrı rayonunun ərazisində hələ daş dövründən başlayaraq insan yaşamış və məskunlaşmışdır. 428-ci ildə Sünikin digər əyalətləri ilə birlikdə Mığrının ərazisi İranın hökmranlığı altında olmuşdur. 640-cı ildə ərəblər tərəfindən işğal edilmişdir. 886-cı ildə Mığrının indiki ərazisi Baqratilərin hakimiyyətinə keçirib. XII-XIII yüzilliklərdə Səlcuq türklərinin hakimiyyətində idi. Sonra rayonun ərazisi monqol-tatarların və Səfəvilərin hökmranlığı altında olmuşdur. 1730-cu ildə rayonun ərazisini türk qoşunları tutmuşlar. 1735-ci ildə isə Nadir şah rayonun ərazisini işğal etmişdir. 1828-ci ildə Qarabağ vilayətinə (1822-ci ildə yaranmışdır) daxil olmuşdur. Mığrı Sovet hakimiyyəti qurulandan 1930-cu ilədək (inzibati rayon yarananadək) Mığrı qəzası olmuşdur.”
Bu qısa tarixi məlumat, dediyimiz kimi, “Erməni Sovet Ensiklopediyası”nda öz əksini tapmışdır. Lakin Zəngəzur heç vaxt erməni torpağı olmayıb. “Erməni Sovet Ensiklopediyası”nda Zəngəzurun zorla Azərbaycandan qoparılıb, Ermənistana birləşdirilməsi məsələsinin üzərindən sükutla keçilir. Mığrının əhalisi və tarixi-etnik tərkibi haqqında aşağıda verilən yazıda bunların bir çoxu aşkar edilmişdir.
Əhalisi. Əhalisi orta əsrlərədək yalnız azərbaycanlılardan, XVI əsrin əvvəllərindən başlayaraq azərbaycanlılardan və qismən də ermənilərdən ibarət olmuşdur. 1831-ci ildən 1918-ci ilədək burada azərbaycanlılar təqribən 60% təşkil etmişlər. 1831-ci ildə azərbaycanlılar 1143 nəfər, ermənilər 1031 nəfər, 1873-cü ildə müvafiq surətdə 2997-3001, 1897-ci ildə 4998-5765 nəfər təşkil etmişdir.
1918-ci ildə quduz Andranikin quldur dəstələri Zəngəzurun digər rayonları kimi Mığrının da azərbaycanlı kəndlərini dağıdıb, yandırıb, əhalisini qırıb, sağ qalanlarını isə Araz çayını keçərək Güney Azərbaycana, Naxçıvana və Zəngilana qaçmağa məcbur etmişdir.
Zəngəzur qəza rəisinin 114 nömrəli teleqramında və Zəngəzur rəisinin Gəncə qubernatoruna 15 dekabr 1918-ci il 745 nömrəli raportunda Andranikin Mığrıdakı qırğınları və talanları belə təsvir edilir. “İngilis-fransız nümayəndələrinə verilən vədin əksinə olaraq, ermənilər Andranik başda olmaqla 30-dan çox müsəlman (azərbaycanlı -H.) kəndini dağıtmış, yandırmış və əmlaklarını talan etmişlər. Kəndin qaçmağa macal tapmayan əhalisi vəhşicəsinə qırılmışdır. Yanvarın 3-də məlumat alınmışdır ki, ermənilər 4-cü sahənin Razdərə kəndini tamamilə dağıtmış, əhalisinin bir hissəsini qırmışlar. Ermənilər bütün bunların günahını Andranikin və onun dəstəsinin üzərinə qoyurlar.
Qonşu erməni kəndliləri müsəlman kəndləri olan Aldərə, Mərzəqat və Tuğut kəndlərini dağıtmış və yandırmışlar. Nüvədi və Eynəzir kəndlərini isə mühasirəyə alıb, atəşə tutmuşlar.
Ardı növbəti sayımızda...
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

