Hüqonun, yoxsa gilyotinin Fransası?
03.11.2022 [11:04]
Murad KÖHNƏQALA
Fransanın törətdiyi ən irimiqyaslı cinayət Əlcəzair xalqının soyqırımıdır
Azərbaycan Prezidenti İlham Əliyev Ərəb Dövlətləri Liqasının Zirvə görüşündə Fransanın 1954-cü ildə Əlcəzairdə törətdiyi dəhşətli soyqırımdan söz açaraq, dünyanı yaxın tarixin bu qanlı səhifəsini unutmamağa çağırıb.
Rəsmi Parisin anti-Azərbaycan siyasətinin altını qaladığı bir vaxtda Prezident İlham Əliyevin Əlcəzairdəki məlum çıxışı Fransanın ermənipərəst hakimiyyətinə ən tutarlı cavabdır. Yeddidən yetmiş yeddiyə hər kəs bilir ki, Fransa hər zaman, o cümlədən ATƏT-in Minsk qrupundakı təmsilçiliyi dönəmində də obyektivlik prinsipini ayaqlar altına ataraq ermənipərəst mövqeyindən heç vaxt əl çəkməyib.
Paradoksal və tragikomik vəziyyətdir: Avropada maarifçilik hərəkatının, burjua inqilabının beşiyi olasan, bütün dünyaya demokratiyadan dərs keçməyə çalışasan, on beş Ermənistan kimi ölkəni saxlaya biləcək iqtisadi gücün ola, amma özünü diaspor adlandıran bir ovuc erməni alverçisinin əlində əsir-yesir qalasan. Seçkidə xal qazanmaqdan ötrü ermənilərə öz xalqından daha doğma münasibət göstərən Fransa siyasətçiləri, deyəsən, ölkələrini bütün dünyada biabır etdiklərinin fərqində deyillər. “Erməni soyqırımı olmayıb” deyənlərin həbs edilməsini nəzərdə tutan absurd bir qərar verməklə yüz illər ərzində formalaşmış demokratik prinsipləri yerlə yeksan etməyin başqa anlamı varmı? Yaxşı, deyək ki, siyasətdə obyektivlik, düzgünlük, ədalət anlayışın yoxdu, bəs ağlın, məntiqin haradadır? Haqsız, hörmətsiz, qeyri-ciddi imicə malik Ermənistanın xətrinə Türkiyə və Azərbaycan kimi nüfuzlu dövlətlərlə münasibətləri korlamağa dəyərmi?!
Ümumiyyətlə, Fransanı anlamaq üçün onun tarixinə baxmaq kifayətdir. Fransa o Fransadır ki, 1789-cu ildə zalım kralı devirdikdən sonra öz əməlləri ilə kralın dədəsinə rəhmət oxudan “respublikaçı” Robespyer kimi əliqanlı diktator yetişdirdi.
İngiltərə ilə aralarında baş vermiş tarixin ən uzun savaşı - yüzillik müharibə də fransız siyasətinin nə qədər kinli və davakar xislətə malik olduğuna dair bir örnəkdir.
İkinci Dünya Müharibəsi zamanı Paris Avropada nasizmin ən etibarlı yuvalarından birinə çevrilmişdi.
Yaxın tarixdə Fransanın törətdiyi ən irimiqyaslı cinayət isə Əlcəzair xalqının soyqırımıdır.
Burada bir tarixi nüansı xatırlayaq: Əlcəzair Fransaya ilhaq edilənə qədər Osmanlı imperiyasının tabeliyi altında 300 il təhlükəsizlik şəraitində yaşayıb. Bu ölkəni idarə edən ərəb hakimləri ispan müstəmləkəçilərinin hücumlarından qorxduqlarına görə 1518-ci ildə türklərdən kömək istəyiblər. Beləliklə ölkə Osmanlı imperiyasının himayəsi altına keçib və Osmanlı dövləti İspaniya ilə savaşaraq onları bu torpaqlardan həmişəlik qovub.
Osmanlı imperiyası zəiflədikdən sonra - 1830-cu ildə fürsəti əldən verməyən Fransa Əlcəzairi ələ keçirib.
132 il Fransanın əsarətində qalan Əlcəzair xalqı müstəqillik qazanana qədər çox ağır faciələr yaşayıb. Burada fransız istilasına qarşı təşkilatlanmış milli mübarizə təxminən Birinci Dünya müharibəsindən sonra başlayıb. İkinci Dünya savaşında isə Fransa yerli əhalini öz tərəfinə çəkmək üçün müharibə bitəndən sonra onların müstəqilliyini tanıyacağını vəd verir. Xalq işğalçıların vədinə inansa da, fransızlar məqamı çatanda özlərini eynilə erməni kimi apararaq sadəlövh ərəbləri aldadırlar.
Əlcəzairlilər müharibənin başa çatmasını qeyd etmək niyyəti ilə, onlara verilmiş vədin gerçəkləşəcəyi ümidi ilə küçələrə çıxırlar. Ancaq işğalçıların bu nümayişə verdiyi reaksiya insanlığın ən qanlı faciələrindən biri kimi tarixə yazılır. Fransız ordusu meydanlara çıxan dinc əhaliyə havadan və qurudan qırıcı silahlarla atəş açmağa başlayır. Günlərlə davam edən qırğın nəticəsində 45 mindən çox nümayişçi amansızcasına qətlə yetirilir.
1954-cü ilin oktyabr ayının 31-də Əlcəzairdə fransız zülmünə qarşı daha irimiqyaslı üsyan baş verir. Üsyanı yatırtmaq üçün Fransa Əlcəzairə 500 minlik ordu yeridir. Nümayiş iştirakçısı olan minlərlə yerli sakin məhkəməyə çıxarılmadan edam olunur. Şahidlərin dediyinə görə, öldürülən əlcəzairlilərin sayı Fransa hərbi qərargahının açıqladığı rəsmi rəqəmlərdən dəfələrlə çox olub. Nəticədə 1954-1962-ci illər arasında 1.5 milyon əlcəzairli həyatını itirib. Əlcəzairin beynəlxalq səviyyədə tələblərinə baxmayaraq, Fransa bu qətliama görə indiyədək rəsmi surətdə üzr istəməyib, üstəlik təzminat ödəməkdən də imtina edir.
Göründüyü kimi, Fransa burjua inqilabının şüarı olan “azadlıq, qardaşlıq, bərabərlik” ideyası “humanizmin beşiyi” sayılan bir ölkədə heç də hər saat keçərli, işlək olmur. Ard-arda siyasi inqilablar doğmuş, Avropanı qaranlığa boğan katolik kilsəsini kilsə divarları arasına həbs etmiş, liberal mədəniyyət yaratmış bir ölkənin batinindəki gilyotinçi mahiyyət görən niyə hələ də dəyişməyib? Artıq fransız siyasətçilər ermənidən artıq erməni olmağın daşını atmalıdırlar. Viktor Hüqonun xalqı üçün bu qədər biabırçılıq kifayətdir.
Xəbər lenti
Hamısına baxDünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50

