Fransa Ukraynaya qoşun göndərəcəkmi?
23.10.2024 [08:18]
Uzanan Rusiya-Ukrayna müharibəsinin fəsadları bütün dünya üçün çox ağır ola bilər. Eskalasiyanın Şərqi Avropa məkanından çıxaraq daha geniş areala yayılması və yeni dünya müharibəsinə çevrilməsi, nüvə müharibəsinə keçid kimi təhdidlər getdikcə daha real görünür. Buna görə də beynəlxalq ictimaiyyət, böyük dövlətlər hər şeyi etməlidirlər ki, müharibə mümkün qədər qısa müddətdə sonuclansın.
Lakin bir sıra dövlətlərdən və ayrı-ayrı beynəlxalq təsisatlardan gələn açıqlamalar ona dəlalət edir ki, elə Qərbin özündə müharibəni körükləyən, yanan odun üstünə yağ tökən qüvvələr də az deyil. Bu qəbildən olanlar Rusiya-Ukrayna müharibəsinin bitməsində yox, uzanmasında maraqlıdırlar. Fransanın, E.Makron hakimiyyətinin sərgilədiyi mövqe buna əyani sübutdur. Son olaraq Yelisey Sarayından Kiyevə dəstək məqsədilə “Ukraynaya qoşun yeritməyin vaxtı çatıb” mesajı gəlib.
Müharibə tərəfinə çevrilən Yelisey Sarayı Fransanın tarixi qanlı izlərlə çox “zəngindir”. Zaman-zaman bu ölkə imperiya maraqlarından çıxış etməklə istilalar həyata keçirib, özünün Afrikadakı və dənizaşırı ərazilərdəki müstəmləkə ölkələrində miqyası çox geniş olan soyqırımları həyata keçirib. Rəsmi Parisin indiyədək hansısa dövlətlərarası konfliktdə barışdırıcı mövqedən çıxış etdiyini xatırlamaq mümkün deyil. Belə görünür ki, Yelisey Sarayı pis ənənəsini həmçinin Rusiya-Ukrayna müharibəsində də davam etdirmək niyyətindədir.
Xatırladaq ki, müharibə hələ təzə başlayanda E.Makron TF1 və France 2 telekanallarına müsahibəsində “Biz Ukraynada müharibənin uzun müddət davam edəcəyinə hazır olmalıyıq” proqnozunu dilə gətirmişdi. Belə görünür ki, Yelisey Sarayının sahibi bu proqnozu təsadüfən səsləndirməyib. “Müharibənin davam etdiyi müddətdə Fransa onun uzanması üçün mümkün olan hər şeyi edib və edir” fikrini qətiyyətlə söyləyə bilərik. Makronun Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi, Ukraynaya dəstək göstərilməsi, bu ölkə ilə NATO arasında əməkdaşlığın üzvlüyə qədər genişləndirilməsi məzmunlu təşəbbüslərini təhlil etdikdə Yelisey Sarayının müharibədə katalizator rolunda çıxış etdiyi qənaəti möhkəmlənir. Fransanın müharibənin əvvəlindən Ukraynaya dəstəyi reanimasiyada olan xəstəyə süni nəfəs verilməsini xatırladır. Qərbin bir sıra dövlətləri kimi, Fransa da Ukraynaya sanki müharibəni udmaq üçün yox, sadəcə müqaviməti davam etdirməsi məqsədilə yardım göstərir. Yelisey Sarayının riyakarlığı Ukraynada hərbi texnika istehsalı müəssisəsinin fəaliyyətində növbəti dəfə təsdiqləndi. Verilən məlumatlaraa görə, bu ilin yayından Fransanın üç müdafiə sənayesi şirkəti pilotsuz uçuş aparatlarının komponentləri və müxtəlif texnikaların, o cümlədən zirehli texnikaların ehtiyat hissələrinin istehsalı sahəsində əməkdaşlığa başlayıb. Birbaşa Fransa Müdafiə Nazirliyinin nəzarətində həyata keçirilən layihənin məqsədi Ukraynaya Rusiya ilə münaqişədə dəstək olmaq kimi açıqlansa da, daha sonra buradan Ermənistan üçün də silah təminatına start verildiyinin üstü açılıb. Qərbdəki diplomatik mənbənin verdiyi məlumata görə, istehsalın tam 30 faizi Ermənistan üçün nəzərdə tutulub. Bax, budur Yelisey Sarayının Ukraynaya “dost” köməyi.
Makronun Ukraynaya qoşun yeritmək planı
Makronun Ukraynaya dəstək planına bu ölkəyə Fransa hərbiçilərinin göndərilməsi də daxildir. Xatırlayaq ki, Makron bu yaxınlarda Fransanın Ukraynaya 3-cü Piyada Alayının əsgərlərini göndərdiyini deyib. İddiaya görə, fransız hərbçilər 54-cü Mexanikləşdirilmiş Briqadanın şəxsi heyətinə dəstək məqsədilə yola salınıb. İlkin mərhələdə göndərilən əsgərlərin sayı 100 nəfər olsa da, bu sayın 1500 nəfərədək artırılacağı bildirilir. Onların əsasən Donbas cəbhəsinin müdafiəsində iştirak edəcəyi açıqlanmışdı.
İndiki halda isə söhbət Ukraynaya bəlli sayda hərbiçinin deyil, qoşun göndərilməsindən gedir. “Paris Ukraynaya qoşun göndərəcəyini istisna etmir”. Bunu son olaraq Fransanın Avropa məsələləri üzrə dövlət katibi Benjamen Haddad “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.
“Fransa Prezidenti Emmanuel Makron heç nəyi istisna etməməli olduğumuzu söyləyib”, - deyə Benjamen Haddad bildirib.
Onun sözlərinə görə, Fransa rəhbərliyinin bu mövqeyi hələ də qüvvədə qalır. Dövlət katibi, həmçinin Fransa qoşunlarını Ukraynada mümkün təlim missiyalarını unutmamağa çağırıb. Siyasətçi belə planların həyata keçirilməsi məsələsinin hələ də NATO müttəfiqləri ilə müzakirə edilməli olduğunu bildirib.
Xatırladaq ki, bir müddət öncə Makron Rusiyanın cəbhə xəttinin yarılacağı və Kiyevdən müvafiq sorğunun alınacağı təqdirdə Ukraynaya qoşun göndərmək imkanını istisna etmədiyini deyib. O, bir çox ölkələrin Parisin yanaşması ilə razı olduğunu da vurğulayıb.
Qırmızı xəttin keçilməsi
Fransanın Ukraynaya qoşun yeritməsi müharibənin taleyinə müsbət mənada heç bir təsir göstərməyəcək. Qeyd edək ki, Macarıstan, Almaniya, Çexiya, Böyük Britaniya, İtaliya və Yunanıstan Makronun Ukraynaya canlı qüvvə ilə dəstək vermək təklifinə birmənalı mövqe sərgiləməyiblər. Onlar bu təklifə açıq etiraz ediblər. Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirmişdi ki, Ukraynaya qoşun göndərmək Şimali Atlantika Müqaviləsi Təşkilatının qərarını pozacaq: “İki il əvvəl NATO-ya üzv ölkələr qərara gəldilər ki, təşkilat müharibə edən tərəf deyil və qurumla Rusiya arasında münaqişənin qarşısını almaq üçün hər şey edilməlidir. Qoşunların göndərilməsindən danışan Qərb siyasətçiləri NATO-nun bu qərarını pozurlar”.
Əslində, Avropa ölkələrinin Makronun qeyri-ciddi davranışlarına qarşı çıxması tamamilə məntiqlidir. Ukraynaya canlı qüvvə ilə dəstək verilməsi Rusiya-NATO münasibətlərində qırmızı xəttin keçilməsi anlamına gəlir. Makronun təşəbbüsünə etiraz edən ölkələr çox yaxşı anlayırlar ki, NATO-ya üzv dövlətlərin Ukraynaya qoşun göndərməsi və cəbhədə Rusiya ordusu ilə qarşı-qarşıya durması münaqişənin həllinə yox, əksinə müharibənin coğrafiyasının genişlənməsinə gətirib çıxaracaq. Fransa dövlət başçısının Ukrayna ilə bağlı təşəbbüsü Rusiya və NATO arasında yaşanan eskalasiyanın kulminasiya nöqtəsinə çatmasına xidmət edir. Makronun Moskvaya qarşı açıq-aşkar meydan oxuması görüntüsü isə heç bir məsələni həll etməyəcək. Siyasi imicə sahib olmayan Makronun məntiqsiz siyasəti ucbatından Rusiya - NATO hərbi toqquşmaları baş verərsə, bu, Şərqi Avropada, o cümlədən Baltik və Qara dənizdə daha ciddi eskalasiyalara yol açacaq. Vurğulamaq yerinə düşər ki, NATO rəsmiləri də Rusiya ilə açıq toqquşmaların əleyhinə olduqları barədə bəyanatlar veriblər. Belə olan halda Makronun Qərbin ümumi maraqlarına xələl gətirməsinin məntiqi nədir?
Bu məqamda onu da qeyd edək ki, Makronun və onun nazirlərinin son səslənmələri Fransanın özündə də etirazlarla qarşılanıb. “Fransalı hərbi təlimatçılarının Ukraynaya göndərilməsinin müzakirəsi total münaqişənin yeni mərhələyə keçməsindən xəbər verir”. Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo bu barədə X sosial şəbəkəsində yazıb.
Siyasətçi fransalıların əksəriyyətinin bu yolla eskalasiyanın artmasının əleyhinə olduğunu vurğulayıb. O, həmçinin Ukraynada müharibəni dayandırmağa və sülh əldə edilməsi yollarını axtarmağa çağırıb.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxSiyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10

