Azərbaycanla İtaliya arasında əlaqələr bu gün ən yüksək səviyyədədir
10.12.2020 [09:00]
“Böyük Yeddiliyin” üzvü olan İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür
(əvvəli ötən sayımızda)
Vurğulamaq yerinə düşər ki, indiyədək iki ölkə arasında imzalanan sənədlərin böyük qismi məhz iqtisadi sektora aiddir. Bu qəbildən olan sənədlər sırasında “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İtaliya Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İtaliya Respublikasının Kənd Təsərrüfatı, Qida və Meşə Təsərrüfatı Nazirliyi arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu, “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə CDP, SACE, “Simest” şirkətləri arasında Anlaşma Memorandumu”nu, “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə İtaliya Ticarət Agentliyi (ICE) arasında Anlaşma Memorandumu”nu, “AZPROMO ilə “Simest” arasında Tərəfdaşlıq Sazişi”ni, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “Ansaldo Energia” arasında Anlaşma Memorandumu”nu və digər sənədləri misal göstərə bilərik.
İtaliyanın ayrı-ayrı şirkətləri Azərbaycanda müxtəlif layihələrin icrasına qoşulmağa böyük maraq göstərirlər. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox İtaliya şirkəti qeydiyyata alınıb. İtaliya şirkətləri Azərbaycanın neft-qaz və qeyri-neft sektorunda ümumi dəyəri 10 milyard ABŞ dollarından yuxarı olan 300-dən artıq müxtəlif layihələrdə iştirak edirlər. Ötən 15 ildə İtaliya şirkətləri tərəfindən Azərbaycanda qazanılmış tenderlərin dəyəri isə 7 milyard avroya bərabərdir.
Azərbaycanla əməkdaşlığa böyük maraq göstərən İtaliya şirkətlərindən biri də dünyada məşhur olan “Maire Tecnimont” şirkətidir. Milan Fond Birjasının reyestrinə daxil olan “Maire Tecnimont S.p.A.” şirkətlər qrupu mühəndislik, satınalma və tikinti işlərini həyata keçirir və texnologiyaların hazırlanması üzrə, energetika, neft-qaz, neft-kimya, habelə infrastruktur layihələrində dünyanın aparıcı müəssisələrindən biridir. 40 ölkədə nümayəndəliyi olan və 50 şirkətə nəzarət edən “Maire Tecnimont S.p.A.” şirkətlər qrupunda təxminən 8 minə yaxın işçi çalışır. Bəhs olunan şirkət, həmçinin Sumqayıtda reallaşdırılan “SOCAR Polymer” layihəsində baş podratçı qismində çıxış edib. 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə layihə çərçivəsində inşa olunan polipropilen zavodunun açılışı olub. 2019-cu ildə isə yüksəksıxlıqlı polietilen zavodu da istismara verilib. “Maire Tecnimont” indiyədək həyata keçirilən birgə layihələrdə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Buna görə də “Maire Tecnimont”a Heydər Əliyev adına neft emalı zavodunda aparılan modernləşdirmə işləri çərçivəsində tikiləcək 14 yeni qurğunun baş EPC podratçılığı da həvalə olunub. “SOCAR Polymer”in əsas xammal təminatçısı olan “Azərikimya”nın yenidənqurma layihəsində də baş EPC podratçısı İtaliya şirkəti “Technip İtaly” seçilib.
Eyni zamanda, mütəmadi olaraq biznes forumların keçirilməsi iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin dərinləşməsinə xidmət edir. Yeri gəlmişkən, Prezident İlham Əliyevin cari ilin əvvəlində İtaliyaya dövlət səfəri çərçivəsində qatıldığı görüş və tədbirlərdə də iqtisadi sektora aid məsələlərin geniş spektri müzakirə olunub. Qeyd edək ki, dövlətimizin başçısı fevralın 20-də Romada İtaliyanın ən böyük maliyyə-bank qurumu olan “Cassa Depositi Prestiti SpA”nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə birgə işçi nahar edib. Səfərin ikinci günündə Romada hər tərəfdən 100-ə yaxın şirkətin iştirakı ilə Azərbaycan-İtaliya biznes forumu keçirilib. Bu şirkətlər sənaye, o cümlədən tekstil və qida sənayesi, energetika, kənd təsərrüfatı, logistika, İKT, səhiyyə, turizm, konsaltinq, tikinti sahələrini təmsil edirlər. Bütün bunlar həm İtaliyanın, həm də Azərbaycanın iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verdiklərini təsdiqləyir. Ümumiyyətlə, iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi üçün heç bir maneə yoxdur.
Azərbaycanla İtaliya arasında iqtisadi-ticarət əlaqələrinin mühüm bir qolu enerji sektorunu əhatə edir
İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin mühüm bir qolu enerji sektorunu əhatə edir. On beş ilə yaxındır ki, Azərbaycan İtaliyaya xam neft ixrac edir və bu müddət ərzində heç bir problem, heç bir fors-major hadisə baş verməyib, respublikamız özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Bu gün İtaliyanın xam neft istehlakının 17 faizi Azərbaycanın payına düşür. Keçən il Azərbaycan İtaliyanın ən böyük xam neft təchizatçısı olub. Hazırda Azərbaycanın təşəbbüsü əsasında XXI əsrin layihəsi sayılan Cənub Qaz Dəhlizi uğurla reallaşdırılır. Təxminən 40 milyard dollar investisiya tutumuna malik olan Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində Azərbaycan İtaliya ilə sıx əməkdaşlıq edir. Yeni nəql marşrutunda Azərbaycan başlanğıc nöqtə, İtaliya isə yekun nöqtədir.
Vurğulamaq yerinə düşər ki, Azərbaycan və İtaliya bu layihə vasitəsilə 5 ölkəni, nəticə etibarilə ümumilikdə 7 ölkəni, Xəzər dənizi ilə Aralıq və Adriatik dənizini birləşdirir. Bu layihə onilliklər ərzində ölkələrimizin mənafeyinə və xalqlarımızın rifahına xidmət edəcəkdir.
Hazırda Cənub Qaz Dəhlizi üzrə tərəfdaşların bütün səyləri layihənin son seqmenti olan Trans-Adriatik Boru Kəmərinin (TAP) bütünlüklə istismara verilməsinə yönəldilib. Artıq yeni nəql marşrutunun bu seqmentində də işlər tamamlanıb. Bu barədə boru kəmərinin operatoru olan “TAP AG” şirkəti məlumat yayıb. Bildirilir ki, tikinti işlərinə təxminən 4 il yarım vaxt sərf olunub. Artıq TAP boru kəməri Yunanıstan-Türkiyə sərhədindən Cənubi İtaliyadakı təbii qazın qəbulu terminalına qədər təbii qazla doldurulub. TAP-ın inşasının tamamlanması ilə ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu daha da artacaq.
Bu günlərdə TAP layihəsi ilə bağlı daha bir sevindirici xəbər gəlib. SOCAR-dan KİV-ə bildirilib ki, Trans-Adriatik Boru Kəməri Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçərək kommersiya əməliyyatlarına başlayıb. Bildirilir ki, kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.
Trans Adriatik Boru Kəməri Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyev yuxarıda bəhs olunan qəbulda Trans Adriatik Boru Kəmərinin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində mühüm rol oynayacağına əminliyini bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, yaxın gələcəkdə TAP layihəsi istismara veriləcək və şübhəsiz ki, bu, İtaliya-Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək.
Hər iki ölkə humanitar sahədə əməkdaşlığın genişlənməsinə böyük maraq göstərir
Dost ölkələr olan Azərbaycan və İtaliya, həmçinin humanitar sahədə əməkdaşlığın genişlənməsinə qarşılıqlı surətdə böyük maraq göstərir. 1 iyun 2002-ci il tarixində Bakıda imzalanmış və 2005-ci ildə qüvvəyə minmiş “Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında təhsil, mədəniyyət, elm və texnologiya sahələrində əməkdaşlıq haqqında” Saziş bu əməkdaşlığın gerçəkləşdirilməsi üçün hüquqi baza təşkil edir. Yuxarıda da qeyd etdiyimiz kimi, Heydər Əliyev Fondu iki ölkə arasında humanitar əlaqələrin genişlənməsinə davamlı töhfələr verir. 30 noyabr 2011-ci il tarixində Fond tərəfindən Romada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilən mərasim keçirilib. Mərasimdə iştirak etmək üçün İtaliyada səfərdə olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva İtaliya Respublikasının Prezidenti və digər yüksəksəviyyəli rəsmilərilə görüşlər keçirib. 17-21 aprel 2012-ci il tarixlərində İtaliyada ilk dəfə olaraq Azərbaycan Mədəniyyəti Günləri təşkil olunub. Mədəniyyət günləri çərçivəsində Turinin Karinyano Teatrında, Venesiyanın Malibran Teatrında, Milanın Cuseppe Verdi adına Konservatoriyasında və Romanın Auditorium konsert kompleksində Azərbaycanın milli və klassik musiqisindən ibarət konsertlər baş tutub. Romada keçirilmiş konsertdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva iştirak edib.
20 aprel 2012-ci il tarixində Romanın məşhur “Villa Borghese” parkında Mehriban xanım Əliyevanın iştirakı ilə Nizami Gəncəvinin abidəsinin açılışı olub. 5 mart 2013-cü il tarixində Romanın Müasir İncəsənət Muzeyində “Fly to Baku” müasir incəsənət sərgisinin açılış mərasimi keçirilib. Açılış mərasiminə Mehriban xanım Əliyevanın da qatıldığı sərgi martın 26-dək davam edib. 31 may 2013-cü il tarixində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Venesiya Biennalesi çərçivəsində Azərbaycan pavilyonunun rəsmi açılışına qatılıblar. 20-22 iyun 2019-cu il tarixlərində Romanın Casa del Cinema kino evində Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliyada İkinci Azərbaycan Film Festivalı keçirilib və böyük maraqla qarşılanıb. Ümumiyyətlə, bu qəbildən olan humanitar tədbirlərin siyahısı kifayət qədər uzundur.
İki ölkə arasında, həmçinin təhsil sahəsində də yaxşı əlaqələr qurulub. Prezident İlham Əliyevin cari ilin fevralında İtaliyaya dövlət səfəri çərçivəsində, eyni zamanda, təhsil sahəsində əməkdaşlıq müzakirə edilib və İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılığa gəlinib. Birgə universitetdə bir neçə fakültə fəaliyyət göstərəcək. Prezident İlham Əliyevin təklifi əsasında təhsil ocağında, həmçinin memarlıq fakültəsi də açılacaq. Şübhə yoxdur ki, İtaliya-Azərbaycan Universitetində təhsil alacaq gənclər iki ölkə arasındakı əlaqələrə xüsusi töhfə verəcəklər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxAnalitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21

