Azərbaycan ICESCO ilə sıx əməkdaşlıq edir
15.12.2020 [09:24]
Qurum Qarabağda ermənilər tərəfindən dağıdılmış mədəni irs və qədim abidələrin dəqiqləşdirilməsi və müvafiq siyahıya əlavə edilməsi məsələsini müzakirə edib
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın xarici siyasət kursu çoxvektorlu və praqmatik xarakter daşımaqdadır. Milli maraqlara söykənən bu kurs nəticəsində ölkəmiz dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən yaxın tərəfdaş qismində qəbul olunmaqdadır. Ölkəmiz üzvü olduğu bütün beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, təşkilatdaxili münasibətlərin daha da genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə töhfələrini verir.
Bu mənada, ölkəmizin İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə münasibətləri son illərdə daha da intensivləşib. Ümumiyyətlə, İslam dünyasında elm, təhsil və mədəniyyətin inkişafında mühüm addımları ilə seçilən ICESCO ilə əlaqələrə yüksək dəyər verən Azərbaycan bu təşkilatla sıx əməkdaşlıq edir. Azərbaycanla qurum arasında əlaqələr Prezident İlham Əliyevin və Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyləri nəticəsində davamlı olaraq inkişaf edir. Xüsusi olaraq vurğulanmalıdır ki, ICESCO ötən dövr ərzində hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Yeri gəlmişkən, bir neçə gün öncə ICESCO-nun Rabatda keçirilən İslam İrsi Siyahısı Komitəsinin 3-cü növbədənkənar iclasında Azərbaycanın Qarabağ ərazisində ermənilər tərəfindən dağıdılmış mədəni irs və qədim abidələrin dəqiqləşdirilməsi və müvafiq siyahıya əlavə edilməsi məsələsi müzakirə edilib. Komitə tərəfindən bu fəaliyyətin həyata keçirilməsi məqsədilə xüsusi komissiya yaradılması qərara alınıb. Komissiya Azərbaycanın uyğun dövlət strukturları ilə birlikdə bu ərazilərdə ermənilərin dağıtdığı qədim İslam irsi abidələrinin bərpası məsələsi ilə bağlı da hesabat hazırlayacaq.
Bu məqamda məlumat üçün bildirək ki, ICESCO-nun təsis edilməsi haqqında təşəbbüs İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin xarici işlər nazirlərinin 1978-ci ildə Seneqalın paytaxtı Dakarda keçirilmiş 9-cu konfransında irəli sürülüb. İƏT-ə üzv dövlətlərin 1981-ci ildə Məkkədə keçirilmiş 3-cü Zirvə görüşündə müsəlman dövlətlərinin təhsil, elm və mədəniyyət məsələləri üzrə birliyi olan ICESCO-nun təsis edilməsi və daimi qərargahının Mərakeşin Rabat şəhərində yerləşdirilməsi barədə qərar qəbul edilib. ICESCO-nun təsis konfransı isə 3 may 1982-ci ildə Mərakeşin Fəs şəhərində keçirilib.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən dərhal sonra, hələ 1991-ci ildən ICESCO-ya üzv qəbul olunub. Vurğulanmalıdır ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2006-cı il noyabrın 23-də sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə ICESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb. Yeri gəlmişkən, Mehriban xanım Əliyeva ICESCO-nun bu yüksək adına layiq görülmüş ilk qadındır.
Bununla yanaşı, ICESCO-Azərbaycan əlaqələrinin yüksək səviyyədə inkişaf etməsi ölkəmizlə qurum arasında yüksək dialoqun olmasına əsaslanır. Belə ki, “Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ili çərçivəsində 2009-cu ilin oktyabrında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransının, 2015-ci ilin noyabrında ICESCO-nun 12-ci Baş Konfransının və İcraiyyə Şurasının 36-cı iclasının Bakıda keçirilməsi, 2018-ci ildə Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı” elan olunması bunu bir daha təsdiqləyir.
2020-ci ildə dünyanın qlobal bəlasına çevrilmiş COVID-19 pandemiyasına qarşı birgə mübarizə məsələsi, pandemiya dövründə mədəni tədbirlərin keçirilməsi mühüm aktuallıq kəsb edib və Azərbaycanın bu istiqamətdəki fəaliyyəti bütün dünya ölkələri tərəfindən yüksək dəyərləndirilib. 2020-ci il iyunun 17-də ICESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin növbədənkənar virtual konfransı da məhz qlobal pandemiya dövründə mədəniyyətin inkişafına həsr edilib. Konfransın açılış sessiyasında ICESCO-nun Baş direktoru Salim əl-Malik, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin və BMT-nin Sivilizasiyaların Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos da çıxış ediblər. Virtual konfransda ölkəmizi Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Baş katibi Vasif Eyvazzadə təmsil edib. Azərbaycan nümayəndə heyəti COVID-19 pandemiyası dövründə ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən layihələr barədə məlumat verib, həmçinin Azərbaycanın ICESCO tərəfindən təsis edilmiş Qlobal Humanitar Koalisiyaya dəstək verdiyini ifadə edib.
Vurğulandığı kimi, ICESCO 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin yanında olub və ərazi bütövlüyümüzü dəstəkləyib. Belə ki, ICESCO çərçivəsində qəbul edilmiş bir çox qərar və qətnamələrdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maddələr öz əksini tapıb. Eyni zamanda, Xocalı soyqırımının dünyada tanınması məsələsində də ICESCO-nun Azərbaycana dəstəyi əvəzsizdir. Belə ki, 2012-ci ilin fevralın 24-də ICESCO-nun mənzil qərargahında Mərakeşdəki səfirliyimizin, ICESCO-nun və Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Bununla yanaşı, 2014-cü ilin 26 fevral tarixində ICESCO-nun baş qərargahında Xocalı soyqırımına həsr edilmiş tədbir baş tutub.
Eləcə də 2019-cu il yanvarın 18-də 20 Yanvar” faciəsinin 29-cu ildönümü münasibətilə ICESCO-nun saytında təşkilatın Baş direktoru adından ilk dəfə olaraq bəyanat yayılıb və faciə insanlığa qarşı bir cinayət kimi pislənilib. Bəyanatda dünyanın vacib regionunda sülhün və təhlükəsizliyin bərqərar olması üçün ICESCO tərəfindən beynəlxalq ictimaiyyətə işğal etdiyi Azərbaycan torpaqlarından Ermənistanın dərhal çıxması üçün məcbur edilməsinə dair müraciət ünvanlanıb.
Bu il sentyabrın 27-dən başlayaraq ölkəmizin erməni təxribatlarına qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğal altındakı torpaqlarımızın azad olunması ilə Azərbaycan-ICESCO münasibətləri də yeni mərhələyə qədəm qoyub. Belə ki, bu ilin noyabrında Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə onlayn görüş keçirib. Görüş zamanı tərəflər bir sıra məsələlər barəsində fikir mübadiləsi aparıblar. Anar Kərimov son 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərin, xüsusilə də Azərbaycan mədəniyyətinin beşiyi hesab edilən Şuşa şəhərinin müzəffər Ordumuz tərəfindən azad edilməsi və bunun dünya və islam mədəniyyəti üçün əhəmiyyəti barədə məlumat verib. Qeyd edib ki, Qarabağ bölgəsinin işğalı nəticəsində bir sıra şəhərlər tamamilə məhv edilib, bütün mədəni mülkiyyət talan edilib, tarixi abidələr və mədəniyyət müəssisələri vəhşicəsinə dağıdılıb, xüsusilə İslam irsinə aid olan abidələr və məscidlər təhqir edilib. Nazir müavini işğaldan azad edilmiş ərazilərdə mədəni mühiti canlandırmaq, abidələri, muzeyləri və müxtəlif mədəniyyət müəssisələrini bərpa etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən xüsusi fəaliyyət planının hazırlandığını bildirib. Salim bin Məhəmməd əl-Malik də öz növbəsində Azərbaycan xalqını bu tarixi qələbə münasibətilə təbrik edərək ICESCO-nun bu məsələdə ilk günlərdə bəyanat verərək Azərbaycana tam olaraq öz dəstəyini ifadə etdiyini bildirib, eyni zamanda, bu sahədə əməkdaşlığa dair birgə İş Planının hazırlanmasının tərəfdarı olduğunu qeyd edib. Müzakirələrdə ICESCO ekspertlərinin sözügedən ərazilərə araşdırma səfərinin təşkilinə də hazır olduğu baş direktor tərəfindən ifadə olunub.
Bununla yanaşı, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra Mərakeşdə yerləşən ICESCO-nun mənzil qərargahında “Azərbaycan Ermənistanın təcavüzü ilə üz-üzə: 28 illik humanitar sarsıntılar” mövzusunda simpozium keçirilib. Tədbirdə Türkiyə, Pakistan və Çad respublikalarının səfirləri, Qambiya, Seneqal, Mali, Tunis, Mavritaniya respublikaları səfirliklərinin əməkdaşları iştirak etdilər. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Mərakeşdəki səfiri Oktay Qurbanov oktyabrın 10-u, 18-i və 26-da Azərbaycan ilə Ermənistan arasında humanitar atəşkəsin əldə olunduğuna baxmayaraq Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhaliyə hücumun həyata keçirildiyini və Gəncə, Bərdə, Tərtər və digər cəbhə bölgəsindən uzaqda yerləşən şəhər və rayonlara ballistik raket zərbələri endirildiyini və bunun nəticəsində aralarında 11 uşaq olmaqla 60 nəfər dinc sakinin öldürüldüyünü, 300 nəfərdən yuxarı mülki əhalinin isə ciddi yaralandığını bildirib. Tədbirdə çıxış edən beynəlxalq məsələlər üzrə araşdırıcı, politoloq Əhməd Nurəddin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və geosiyasi aspektlərinə toxunub, İbn Tufeyl Universitetinin gənc alimi Feysal Davudi Azərbaycanın dünyada unikal multikulturalizm ənənələrinə malik bir ölkə olduğunu və bu sahədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın himayəsi ilə Bakıda keçirilmiş çoxsaylı tədbirləri qeyd edib. V Məhəmməd Universitetinin müəllimi, beynəlxalq hüquq üzrə alim doktor Əlarabi Hannan münaqişədən sonrakı dövrdə davamlı sülh mövzusunda məruzələr edib. Tədbir iştirakçıları Azərbaycan xalqını döyüş meydanında qazandığı möhtəşəm Qələbə münasibətilə təbrik edib, xalqımızla həmişə həmrəy olduqlarını ifadə ediblər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

