/ / Ölkənin müxtəlif regionlarında intensiv və superintensiv bağçılığın inkişafı istiqamətində müsbət nəticələr əldə edilir
Ölkənin müxtəlif regionlarında intensiv və superintensiv bağçılığın inkişafı istiqamətində müsbət nəticələr əldə edilir
27.02.2021 [09:32]
Azərbaycanda meyvəçiliyin intensiv texnologiyalar əsasında inkişaf etdirilməsi aqrar sektorun qarşısında duran əsas hədəflərdəndir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə iqtisadiyyatın bütün sahələrində ciddi uğurlar əldə olunub. Məhz bu uğurların fonunda ötən illər ərzində aqrar sektorda da mühüm inkişaf qeydə alınıb. Ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlərdən danışarkən heç şübhəsiz, ixracyönümlü məhsulların istehsalı istiqamətində atılan addımları xüsusi vurğulamaq yerinə düşər. Çünki əksər ekspertlərin də qeyd etdiyi kimi bu istiqamətdə həyata keçirilən mühüm tədbirlər meyvəçiliyin inkişafına da öz töhfəsini verib. Elə aqrar sahə ilə bağlı qəbul olunan müvafiq Dövlət proqramları əsasında meyvəçiliyin inkişaf etdirilməsi istiqamətində davamlı addımların atılması da onu göstərir ki, Azərbaycanda bu sahədə məhsuldarlığın əldə edilməsi prioritet hesab olunur.
Onu da qeyd edək ki, Azərbaycanın bir sıra bölgələrində meyvəçiliyin inkişafı öz növbəsində, regionlarda əhalinin məşğulluğunun təmin edilməsi və sosial rifah halının yaxşılaşmasında da mühüm rol oynayır. Eyni zamanda, aqrar sektorun digər sahələrinə olduğu kimi, meyvəçiliyin inkişafına da dövlət dəstəyinin göstərilməsi istiqamətində tədbirlər, o cümlədən yeni meyvə bağlarının salınması üçün subsidiyaların verilməsi fermerlərin bu sahəyə marağını xeyli artırıb.
Respublikamızın bir sıra rayonlarında meyvəçiliyin inkişafı üçün mühüm tədbirlər görülür
Vurğulamaq yerinə düşər ki, Azərbaycanda meyvəçiliyin intensiv texnologiyalar əsasında inkişaf etdirilməsi də hazırda aqrar sektorun qarşısında dayanan əsas hədəflərdən biridir. Məhz bu fonda ölkənin müxtəlif regionlarında intensiv bağçılığın inkişafı istiqamətində də müsbət nəticələr əldə edilib. Yeri gəlmişkən, yanvarın 6-da Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, 2020-ci ildə intensiv və superintensiv bağlar ümumi bağların 14 faizini təşkil edib.
Bu məqamda qeyd etmək yerinə düşər ki, son illərdə ölkənin şimal rayonlarından olan Qusarda da intensiv və superintensiv alma bağları salınıb. Belə ki, rayonda bu üsulla becərilən alma bağlarının ümumi sahəsi 2 min 495 hektara çatıb. Builki mövsümdə məhsuldarlığın artırılması üçün hazırda həmin bağlarda budama işləri də davam etdirilir. Məsələn aqronom Həmid Bayraqdarov KİV-ə açıqlamasında bildirib ki, alma ağaclarının ən yaxşı budanma vaxtı payızda yarpaqlar töküləndən erkən, yazda tumurcuqların şişməsi başlananadək olan dövrü əhatə edir. Onun sözlərinə görə, məhsuldar alma ağacları cavan ağaclara nisbətən daha tez budanmalıdır. Sanitar budamalar payızda, ucvurma, cavanlaşdırıcı və dərin budamalar isə qışın sonunda aparılmalıdır.
Mütəxəssis deyib ki, budama işini aqronomların məsləhəti və nəzarəti altında həyata keçirmək lazımdır. Məlumat üçün bildirək ki, hazırda Qusar rayonunda meyvə bağlarının ümumi sahəsi 11 min 906 hektardır.
Şimal-qərb rayonlarmızdan olan Zaqatalada da meyvəçiliyin inkişafı üçün mühüm və davamlı tədbirlər görülür. Belə ki, yerli fermerlər bu sahədə ixrac potensialı yüksək olan xurmaçılığın inkişafına daha çox üstünlük verirlər. Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata əsasən, hazırda rayonda mövcud xurma bağlarının ümumi sahəsi 387 hektardır. Qeyd edilib ki, son illər rayonda 22 hektar sahədə yeni xurma bağları salınıb. Yeni bağlar salınarkən “Şişburun” xurma sortuna daha çox üstünlük verilir. Çünki hazırda bazarlarda xurmanın bu sortuna tələbat yüksəkdir. 2020-ci ildə rayonun xurma bağlarından 6 min 662 ton məhsul tədarük olunub. İstehsal olunan xurma satış üçün daxili bazarla yanaşı, Rusiyaya da ixrac edilib.
Aran rayonlarında da bağçılıq təsərrüfatları genişləndirilir
Kənd təsərrüfatı məhsullarının əsas istehsalçısı olan Aran rayonlarında da aqrar sektorun digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Onun nəticəsidir ki, regionda hər il yeni-yeni bağçılıq təsərrüfatları yaradılır və meyvə bağlarında məhsuldarlıq artır.
Məsələn, Hacıqabul rayonunda kənd təsərrüfatının bu sahəsi ilə məşğul olan fermerlər hər il meyvə bağlarından yüz tonlarla məhsul istehsal edərək bazarlara çıxarır və emal müəssisələrinə göndərirlər. Hacıqabul Rayon Statistika İdarəsindən bildiriblər ki, hazırda rayonda həyətyanı sahələrlə birlikdə 1610 hektar meyvə bağı var və ötən il bu bağlardan 16 min 209 ton məhsul tədarük olunub. Bu məqamda qeyd edək ki, hacıqabullu bağbanlar ən yüksək nəticəni nar bağlarından əldə ediblər.
Göyçay rayonunda da bağçılığın inkişafı və məhsuldarlığın artırılması tədbirləri prioritet hesab olunur. Göyçay Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonda həyətyanı sahələrlə birlikdə hazırda 6709,1 hektar meyvə bağı var və bunun yarıdan çoxu (3671,4 hektar) nar bağlarıdır. Ötən il bağbanlar təkcə nar bağlarından 38001,1 ton məhsul toplayaraq bazarlara göndəriblər.
2020-ci ildə salyanlı bağbanlar da meyvə bağlarından bol məhsul əldə ediblər. Salyan Rayon Statistika İdarəsinin rəisi Elnur Hüseynov bildirib ki, ötən il rayonda mövcud olan meyvə bağlarından 4 min 957 ton meyvə tədarük edilib. Yeri gəlmişkən, Hacıqabulda olduğu kimi, Salyanda da nar bitkisinin əkininə maraq çoxalıb. Salyan Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumatda deyilir ki, ümumiyyətlə, son illər rayonda nar bağlarının salınması geniş vüsət alıb. O da qeyd edilib ki, Salyanda nar təsərrüfatına daha çox fərdi həyətlərdə rast gəlinir. Bu bağlar rayonun əsasən, Kürsəngi, Kürqaraqaşlı və Ərəbqardaşbəyli kəndlərində salınıb.
Məlumat üçün onu da qeyd edək ki, Salyanda bağlarda son illər daha çox əkilən “Ağ nar” sortudur. Çünki bu narları mart ayına qədər saxlamaq mümkündür. Rayonun, xüsusilə Ərəbqardaşbəyli kəndinin sakinləri “Ağ nar” sortunun artırılması üçün hər il yeni bağlar salmağı planlaşdırırlar. Kənd sakinləri illərdir öz həyətyanı sahələrində nar yetişdirməklə məşğuldurlar və bağbanlar deyirlər ki, bazarlarda nar satışında problem olmur. Bu amil sakinlərin sosial rifahının daha da yüksəlməsinə töhfə verir. Bağ sahibi Həbib Seyidov isə deyib ki, bağlarda rayonun iqliminə uyğun nar sortları yetişdirilir: “Bizim həyətdə əsasən “Ağ qabıq” və “Qırmızı qabıq” nar əkilib. Onlar da dadına görə turş və şirin olur. Nar ağacına yaxşı qulluq olunarsa, məhsuldarlığı da yaxşı olar. Ötən il mən şirə zavodlarına 300 kiloqram nar vermişəm. Həmçinin alıcılar gəlib 400 kiloqramadək məhsulu həyətimdə alıblar”.
Vurğulamaq yerinə düşər ki, Azərbaycandan xarici bazarlara ixrac olunan məhsullar sırasında nar xüsusi yer tutur. Buna görə də son illərdə ölkəmizdə gəlirli sahə olan narçılığın inkişafına böyük diqqət göstərilir.
Tərtər rayonunda intensiv bağçılığın inkişafında mühüm uğurlar əldə olunub
Beləliklə, dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar hər il olduğu kimi, 2021-ci ildə də meyvə sahələrindən bol məhsul götürmək üçün ağaclara nümunəvi qulluq göstərirlər. Belə ki, ölkəmizin digər rayonlarında olduğu kimi, Tərtər rayonundakı meyvə bağlarında da qış qulluq tədbirlərindən olan ağacların budanması işləri davam etdirilir. Məsələn, rayonun digər bağları ilə yanaşı, “Aqropat” MMC tərəfindən Tərtər rayonunun Xoruzlu kəndində yaradılmış intensiv bağçılıq təsərrüfatında da ağacların budanması işləri aparılır. Bağçılıq təsərrüfatının aqronomu Asif Zeynalov bildirib ki, meyvə bağlarında iş ilboyu davam etdirilir: “Noyabrın sonlarından martın 15-dək qış budaması həyata keçirilir. Ağaclar budandıqda cavanlaşır, məhsuldarlığı artır. Budanmış ağacın meyvələri də sağlam və iri olur”.
Aqronom deyib ki, meyvə bağlarında əsas işlərdən biri də alaq otlarına qarşı mübarizə aparmaqdır: “Bu iş üç üsulla - kimyəvi dərmanlama, kətmənləmə və ağacların dibinə xüsusi örtüklərin sərilməsi ilə həyata keçirilir. Biz örtükdən istifadəyə üstünlük veririk. Ağac əkilən zaman tinglərin dibinə xüsusi örtük sərilir və həmin yerdə bir neçə il alaq otu bitmir”.
Qeyd edək ki, əhalinin əsas məşğuliyyət növləri bağçılıq və tingçilik olan Tərtər rayonunun iqlimi və münbit torpaqları intensiv bağçılığın inkişafı üçün çox əlverişlidir. Odur ki, rayonda aqrar sektorun digər sahələri ilə yanaşı, bu istiqamətdə də inkişafa nail olunub. Son illərdə rayon ərazisində meyvə bağlarının sahəsi artırılaraq 1580 hektara çatdırılıb. Yeni salınmış meyvə bağlarının 62 hektarı intensiv meyvə bağlarıdır.
Verilən məlumata əsasən, Tərtərdə “Aqropat” MMC tərəfindən xarici bazarlara çıxarmaq üçün rəqabətqabiliyyətli məhsul istehsal etmək məqsədilə yaradılan bağların sahəsi 250 hektardır. Burada İspaniya və Türkiyədən gətirilmiş yüksək məhsuldar meyvə tingləri müasir texnologiya əsasında əkilib. Təsərrüfatda alma, armud, gilas, ərik, gavalı və şaftalının müxtəlif sortları, həmçinin alça, nar, xurma və badam ağacları müasir texnologiyalar əsasında becərilir. Bağın suvarma suyu ilə təmin olunması üçün 45 min və 21 min kubmetr tutumu olan iki su anbarı inşa edilib. Ağacların suvarılması mərkəzləşdirilmiş qaydada elektron sistemlə damlama üsulu ilə həyata keçirilir.
Beləliklə, yuxarıda qeyd edilənlərdən də belə bir nəticəyə gəlmək olur ki, son dövrlərdə Azərbaycanda meyvəçilik sahəsində məhsuldarlığın artırılması üçün mühüm tədbirlər görülür. Bu məqsədlə ölkənin müxtəlif rayonlarında intensiv və superintensiv bağçılığın inkişafına xüsusi diqqətin göstərilməsi isə müsbət nəticələrin əldə edilməsinə təkan verib. Eyni zamanda, dövlət tərəfindən hərtərəfli şəkildə dəstək görən fermerlərimiz meyvəçilikdə məhsuldarlığın daha da artırılması üçün səylə çalışırlar.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxSiyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24

