Zəngəzuru unutmamışıq...
04.02.2025 [10:33]
Qərbi Azərbaycana qayıdışa doğru inamla irəliləyirik
Son 200 illik tariximizin demək olar ki, əksər “səhifələri” itkilərimiz, xalqımızın məruz qaldığı soyqırımı və deportasiya, uğradığımız haqsızlıqlarla yazılıb. Azərbaycanın II Qarabağ müharibəsindəki parlaq qələbəsi bu tarixi gedişatı dəyişdi - Azərbaycan son 200 ildə işğal edilmiş torpaqlarını geri qaytardı, bölgədə yeni siyasi reallıqlar formalaşdı. Bir zamanlar yuxu kimi görünən faktlar reallığa çevrilir - Qarabağ işğaldan azad edilib. Bu isə ölkəmiz üçün yeni üf?qlər, yeni hədəflər müəyyənləşdirir. Məsələn, Azərbaycan artıq Ermənistan tərəfindən aparılan etnik təmizləmə, Qərbi Azərbaycanda, öz dədə-baba torpağında yaşayan insanların oradan qovulması məsələsini, həmin insanların hüquqlarının bərpasını gündəmə gətirir.
Necə ki, illər ötsə də, Qarabağımızı, Şərqi Zəngəzurumuzu unutmadıq...
2022-ci ilin dekabrında yaradılan Qərbi Azərbaycan İcması bu yöndə ən mühüm addımlardan biri kimi tarixə yazıldı. Təsadüfi deyil ki, İcmanın fəaliyyətinin əsasını təşkil Qərbi Azərbaycana sülhsevər qayıdışın konseptual əsası sayılan “Qayıdış Konsepsiyası”na uyğun olaraq ölkə daxilində və xaricdə genişmiqyaslı işlər görülür. Beləliklə, nəyi, necə və nə zaman edəcəyini dəqiq bilən və hədəfləri sərrast şəkildə müəyyənləşdirən Azərbaycan lideri cəmiyyətimiz üçün, gələcəyimiz üçün, tariximiz üçün yeni yol xəritəsi müəyyənləşdirir. Biz ötən yüzillikdə itirdiklərimizə sahib çıxmağımızı, tariximizə sahib çıxmağımızı öyrənirik. Azərbaycan dövlətinin müstəqilliyi möhkəmləndikcə, hərbi-siyasi, sosial-iqtisadi gücü artdıqca milli-tarixi yaddaşımız xalqımıza sahib olduqlarına yenidən qayıtmaq kimi mühüm bir missiyanı diqtə edir. Necə ki, illər ötsə də, Qarabağımızı, Şərqi Zəngəzurumuzu unutmadıq və 30 il sonra müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həmin torpaqlara qayıtdıq, eləcə də 100 il öncə zorla və siyasi hiyləgərliklə Azərbaycandan qoparılmış Qərbi Azərbaycanımızı da unutmuruq, bu torpaqlarla bağlı real həqiqətləri dilə gətiririk.
1920-ci il xəyanəti...
Ermənistan ötən əsrdə bir neçə dəfə azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə əl atıb. XX əsrdə böyük fəsadlara gətirib çıxaran amansız deportasiyalar nəticəsində insanlar öz yurd-yuvalarından çıxarılıblar - 1918, 1920-1921, 1948-1953 və 1987-1991-ci illərdə olmaqla doğma ev-eşiklərini tərk etmək məcburiyyətində qalıblar.
Qərbi Zəngəzurun Azərbaycandan zorla qoparılaraq Ermənistana verilməsi XX əsrin ikinci onilliyinin başlanğıcında baş verdi. 1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra vəziyyət son dərəcə gərginləşdi. SSRİ Cənubi Qafqazda Ermənistanın daha çox ərazilərə nəzarət etməsində, həmin ərazilərin erməniləşdirilməsində maraqlı idi. Əhalisi yalnız azərbaycanlılardan ibarət olan Dərələyəz, Göyçə, Zəngibasar mahalları Ermənistana verildi. Ermənistan bununla kifayətlənməyərək yaranmış vəziyyətdən yararlanmağa çalışırdı. Ermənistan sovet rəhbərliyi tərəfindən Azərbaycanın Qarabağ, Naxçıvan, Zəngəzur bölgələrinə iddialar irəli sürüldü. Moskva dərhal bu iddiaları dəstəklədi və Azərbaycanın kommunist rəhbərlərinə təzyiqləri güclənirdi. Azərbaycan rəhbərliyi Moskvanın təzyiqləri qarşısında davam gətirməyərək 1920-ci il noyabrın 30-da və dekabrın 1-də Zəngəzurun Ermənistana verilməsi haqda bəyanatlarla çıxış etdi. Zəngəzur mahalı iki hissəyə bölünərək, 4505 kv.km ərazisi Ermənistana verildi. Başdan-başa azərbaycanlıların yaşadığı Naxçıvanla Azərbaycanın digər ərazilərinin arasında yalnız azərbaycanlıların yaşadığı Zəngəzur Ermənistan ərazisi elan olundu. Beləliklə, Zəngəzurun Ermənistana verilməsi 1920-ci ildə keçirilən Azərbaycan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışında bildirib ki, Qərbi Zəngəzuru sovet hakimiyyəti bizim əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib, bu, birinci və sonuncu cinayət deyildi: “İkincisi, ondan sonra ardıcıllıqla əgər getsək, cinayət dırnaqarası “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Azərbaycan ərazisində yaradılması idi. Ondan əvvəlki cinayət ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi idi. Ondan əvvəlki cinayət Qarabağ xanının öldürülməsi idi, hansı ki, zəmanət verilmişdi ki, o, öz rəhbərliyini Qarabağda icra edəcək və XX əsrin digər cinayətləri də göz önündədir. Xocalı soyqırımı, 20 Yanvar və torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalı. Yəni, biz bunu unutmamışıq, Azərbaycan xalqı bunu unutmayıb. Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir”.
Qərbi Azərbaycan İcmasının ardıcıl fəaliyyətinin uğurlu nəticəsi
Sözü imzası olan Azərbaycanın irəli sürdüyü bütün proqramlar icra olunur. Ölkəmiz tərəfindən irəli sürülən bütün təşəbbüslər uğurla icra edilir. Bu, Azərbaycanın gücünü, qətiyyətini göstərən faktor qismində çıxış edir. Dünya ictimaiyyəti, eləcə də yerli ictimaiyyət bilir ki, Azərbaycan dövlətinin irəli sürdüyü təşəbbüsün arxasında qətiyyətli mövqe, dəqiq hədəflər və uğurlu proqram dayanır. Bu isə yeni bir əminlik yaradır - biz öz dədə-baba yurdlarımıza qayıdacağıq. Qərbi Azərbaycan İcmasının ardıcıl fəaliyyəti nəticəsində soydaşlarımızın tarixi torpaqlarına qayıdışı məsələsinin beynəlxalq gündəliyə çıxarılması isə mühüm hadisədir. Bu gün dünyanın bir çox ölkə və qurumlarına, siyasətçilərinə onlarla məktub və müraciətlər ünvanlanır, bu günədək icmanın yüzlərlə bəyanatı qəbul edilib. Qərbi Azərbaycan İcmasının yeddi sənədi artıq BMT-nin rəsmi sənədi kimi bütün rəsmi dillərdə və beynəlxalq qurumun üzvü olan bütün dövlətlər arasında yayılıb. 2024-cü il dekabrın 5-də Bakıda Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans keçirilib. Bütövlükdə, 200 il ərzində ermənilər tərəfindən doğma ocaqlarından qovulmuş, artıq geriyə qayıda bilmək ümidini itirməkdə olan qaçqınlarda inam yaradılıb, insanlarımız bu ideya ətrafında sürətlə kənd-kənd, rayon-rayon təşkilatlanıb, Qərbi Azərbaycanın 24 rayonu və 277 yaşayış məntəqəsi üzrə icmalar formalaşdırılıb, Azərbaycanın 41 rayonu üzrə nümayəndəliklər qərargahla təmin olunub. Bütün bunlar onu deməyə əsas verir ki, biz Qərbi Azərbaycana qayıdışa doğru inamla irəliləyirik və hədəfimizə çatacağıq...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35

