/ / Novruz Məmmədov: Minsk qrupuna daxil olan, eləcə də, həmsədr ölkələr bir dəfə belə konkret mövqe ortaya qoymayıb
Novruz Məmmədov: Minsk qrupuna daxil olan, eləcə də, həmsədr ölkələr bir dəfə belə konkret mövqe ortaya qoymayıb
21.11.2009 [08:43]
Bu sözləri Azərbaycan Prezidenti Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Cənubi Qafqazda təhlükəsizliyə maneələr: mövcud reallıqlar və regional inkişafın perspektivləri” mövzusunda Bakıda keçirilən tədbirdəki çıxışında deyib.
O, siyasətin içərisində olanların, ekspertlərin, mütəxəssislərin, diplomatların bunu yaxşı gördüklərini və anladıqlarını vurğulayıb: “Şəxsən mən hesab edirəm ki, bu gün diplomatiyada, siyasətdə böhran hökm sürür. Mənim üçün bu gün diplomatiyanın, siyasətin, beynəlxalq hüququn mövcudluğu bir məsələdə özünü göstərməlidir - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində... 1992-ci ildə bu münaqişənin nəticəsi olaraq ABŞ Konqresi Azərbaycana qarşı “907-ci düzəliş”i qəbul etdi. Bu gün hamı düşünür ki, bu, çox əsassız, düzgün olmayan qərardır. Amma bu qərar nəticəsində bu illər ərzində işğalçı dövlət olan Ermənistan ABŞ-dan 2,5 milyard dollar yardım alıb. İşğala məruz qalmış Azərbaycan isə ABŞ-dan heç bir hökumət yardımı ala bilməyib. İkinci nümunə, 2008-ci ilin avqust ayında regionda baş verən hadisələrdən sonra dünya birliyi, Qərb belə qərara gəldi ki, Ermənistan bu prosesdən təxminən 500-600 milyon dollar zərər çəkib, buna görə ona yardım etmək lazımdır. Qərara alındı ki, bəzi hökumətlər və beynəlxalq qurumlar Ermənistana kömək etsin. Halbuki, hamı, o cümlədən, Qərb də çox yaxşı bilirdi ki, bu məsələdə əsas zərər Azərbaycana dəyib, ölkəmiz münaqişə nəticəsində 1 milyard dollardan artıq ziyan çəkib. Lakin bunun üzərindən tam sükutla keçdilər. Məndə belə bir təəssürat yaranır ki, Qərb uzun illər ərzində bütün səylərini Ermənistanı hərtərəfli dəstəkləməyə yönəldib. özü də bunun səbəbini izah etmir, səthi bəyanatlarla bundan yan keçirlər”.
N.Məmmədov bunun səbəbini anlamadığını bildirib: “Azərbaycan, əslində, postsovet məkanında Qərblə həqiqi mənada faydalı əməkdaşlıq edən yeganə dövlətdir. Azərbaycanın həyata keçirdiyi yalnız bir boru kəməri layihəsi kifayətdir ki, mənim haqlı olduğumu sübut etsin. Təkcə Sürix şəhərində protokolların imzalanması mərasimində isə 6 aparıcı dövlətin xarici işlər nazirləri 3-5 saat ərzində Ermənistana minnətçi düşdü. Niyə, bunun səbəbi nə idi? Halbuki, Dağlıq Qarabağ münaqişə ilə bağlı Minsk qrupuna daxil olan, eləcə də, həmsədr dövlətlərin xarici işlər nazirləri bir dəfə belə konkret mövqe ortaya qoymayıb”.
Şöbə müdiri Qərb nümayəndələrinin, münaqişə haqqında danışanların işlərin yaxşı getdiyini, danışıqların konstruktiv olduğunu, münaqişənin həllinə lap az qaldığını söylədiklərini xatırladıb: “Beynəlxalq ictimaiyyəti bu qədər sakitləşdirməyə nə ehtiyac var? Hətta bəzən belə olur ki, Azərbaycan Prezidentinin özü görüşün faydasız olduğunu bildirir, 1-2 gün sonra Avropadan gələn nümayəndə isə danışıqların yaxşı getdiyini, problemin yaxınlarda həllinin mümkünlüyünü deyir. Sanki beynəlxalq ictimaiyyətin başının altına yastıq qoymaq istəyi var. Mərdi qova-qova namərd etməzlər. Azərbaycan müstəqillik qazandığı gündən öz fundamental seçimini edib. Azərbaycan demokratik, hüquqi, sivil cəmiyyət qurmaq istəyir. Düzdür, problemlərimiz var, mən bunu etiraf edirəm. Hansı dövlətdə problem yoxdur? Bu gün ən inkişaf etmiş cəmiyyət göstərin ki, orada nöqsan olmasın. Amma bizim üçün və dünya ictimaiyyəti üçün ən vacibi odur ki, öz seçimimiz var və bu istiqamətdə irəliləmək üçün əlimizdən gələni edirik. Həm ölkə daxilində, həm də xaricdə kimlərsə yazır ki, Azərbaycan tam ədalətli olsaydı, demokratiya prinsiplərinə tam riayət etsəydi, onda Qərb onu dəstəkləyərdi. Lakin mən bu arqumentləri əsaslandırılmış hesab etmirəm. Ona görə ki, gözümüzün qarşısında onlarla başqa nümunə var. Götürək Əfqanıstanı... Necə ola bilir ki, bu ölkə ilə bağlı dünya birliyi 27 prezidenti bir yerə yığıb, oradakı prosesləri müzakirə edir, hər gün bununla bağlı bəyanatlar verir, amma burada Azərbaycanın əraziləri işğal olunub, səslərini çıxarmırlar. Tutaq ki, kimsə Dağlıq Qarabağla bağlı mübahisəli vəziyyətin olduğunu hesab edir. Bəs 7 rayonla bağlı hansı ölkənin rəhbərliyi konkret mövqe ortaya qoyub? Kim deyib ki, bu 7 rayondan yüz minlərlə insan məcburi köçkünə çevrilib? Niyə onlar haqqında düşünmürlər?”
N.Məmmədov Adnan Hacızadə və Emin Millinin həbsinə verilən reaksiyalara da toxunub: “Onlar bu hadisədən sonra bloqqer adlandırılıblar, buna qədər heç vaxt belə tanınmayıblar. Mən statistikanı araşdırdım, onlar haqqında bu 3-4 ay ərzində Qərb mətbuatında Dağlıq Qarabağ münaqişəsindən bir neçə dəfə artıq material yazılıb. Bunda məqsəd nədir? Bu suallar bizi çox düşündürür. Bu gün regionda Azərbaycan qədər Qərb üçün faydalı, əhəmiyyətli ikinci dövlət yoxdur. Birincisi, ona görə ki, zəngin dövlətdir, ikincisi, geosiyasi və geostrateji mövqeyi çox mühümdür, üçüncüsü, müsəlman dövlətidir və bütün müsəlman dövlətləri üçün nümunə ola bilər ki, bu da Qərbə gələcək perspektiv üçün çox lazımdır. Dünya inkişaf edir, yerində dayanmır, Qərblə Şərq arasında, İslam dünyası ilə xristian dünyası arasında dialoq həmişə vacibdir və olmalıdır. Bütün bunları nəzərə alanda bu gün sanki beynəlxalq münasibətlərdə ədalət iflasa uğrayır. II dünya müharibəsindən sonra dünyanın aparıcı qüvvələri beynəlxalq hüququ nə üçün yaratdı? Beynəlxalq hüququn norma və prinsipləri kimin üçündür, yalnız 3-5 dövlət üçündürsə, qalan 200 dövlət nə etməlidir, necə olmalıdır? 1-2 il əvvəl BBC müsəlman ölkələrində Amerikaya münasibəti öyrənmək məqsədilə sorğu keçirdi. O vaxt 10 nəfərdən 8-i Amerikanı bəyənmədiyini, ona nifrət etdiyini dedi. Bu, bir göstəricidir, özü də çox düşündürücü göstəricidir”.
Şöbə müdiri hamını konkret danışmağa və ədalətli olmağa çağırıb: “Qərbdəki dostlarımız, bura yığışanlar, burada olmayanlar, sıx əməkdaşlıq etdiyimiz dövlətlər, Minsk qrupunun həmsədri olan ölkələr bu məsələlərlə bağlı daha konkret danışmalıdırlar”.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

