Rusiya-Azərbaycan əlaqələri dünya dövlətləri üçün müsbət qonşuluq örnəyidir
26.11.2009 [09:35]
Dünya maliyyə böhranının təsirinin qismən zəifləməsindən sonra iqtisadi sahədə cərəyan edən yeni hadisələr siyasi müstəviyə transfer olunmaqdadır. Bunun nəticəsdir ki, hazırda dünyada yeni siyasi münasibətlər formalaşmaqdadır. Qloballaşan dünyada sərhədlərin getdikcə əriməsi və dövlətlər arasında həqiqi bölgünü müəyyənləşdirən hüquqi xətlərin aradan qalxması nəticəsində bir coğrafi məkanda baş verənlərin tamamən fərqli bir orientə keçid almasının elə də çox vaxt aparmadığını nəzərə alsaq, dünyada cərəyan edən olayların Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionuna da təsir etməsi faktı təəccüblə qarşılanmamalıdır. Ən azından ortada bu fikri sübuta yetirəcək kifayət qədər dəlillər mövcuddur.
O da məlumdur ki, ötən ilin avqustunda Gürcüstanda baş verən hadisələrdən sonra Cənubi Qafqaz regionunda yeni bir mənzərə ortaya çıxıb. SSRİ-nin dağılmasından sonra regionda yaranmış qüvvələr balansının dəyişməsi faktı məhz Gürcüstan olaylarından sonra gün işığına çıxdı. Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək məqsədilə etdiyi həmlələrə cavab olaraq Rusiyanın göstərdiyi “sərt üzü” həm də Tbilisinin aqressiyasının əks effekt verdiyini sübuta yetirdi. Bu, həm də o demək idi ki, Rusiya ittifaqın ömrünü başa vurmasından sonra əlindən çıxan torpaqlarda öz hökmranlığını bərpa etmək üçün əməli fəaliyyətə start verib. Buna qarşılıq, regionda öz maraqlarını qorumaq istəyən Qərbin Moskva ilə rəqib kimi üz-üzə gəlmək istəməməsi bölgənin gələcəyi ilə bağlı ciddi suallar ortaya çıxarıb. Bəs, görəsən, bütün bu olayların fonunda Azərbaycanın yeni geosiyasi situasiyada yeri və ən önəmlisi Dağlıq Qarabağ münaqişəsinin taleyi necə olacaq?
Rusiya Azərbaycanı strateji tərəfdaş qismində görür
Əvvəla, ondan başlayaq ki, Rusiya-Azərbaycan münasibətləri Kremlin bu bölgədə yerləşən digər ölkələrlə münasibətlərinə nəzərən kifayət qədər fərqli və daha tutarlıdır. Əgər Rusiya Gürcüstanı “mehriban düşmən”, Ermənistanı isə “vassal”ı hesab edirsə, Azərbaycanı sözün həqiqi mənasında strateji tərəfdaş qismində görür. Bu, müxtəlif istiqamətləri əhatə edən çoxşaxəli əməkdaşlıqda da özünü göstərir. Prezident İlham Əliyevin də iki gün öncə Rusiyaya səfəri çərçivəsində bəyan etdiyi kimi, əgər bütün qonşular arasında münasibətlər bu cür olsaydı, dünyada problemlər olmazdı.
Doğrudan da, bu gün Azərbaycan və Rusiya həm iki qonşu, həm də bir sıra maraqları üst-üstə düşən iki müstəqil dövlət kimi uğurla əməkdaşlığa imza atmaqdadır. Neft və qaz ehtiyatlarına sahib bir ölkə kimi Avropanın enerji təminatında mühüm rol oynayan Azərbaycan həyata keçirdiyi nəhəng enerji layihələri ilə bu missiyanı yerinə yetirməyə nə qədər hazır olduğunu bütün dünyaya nümayiş etdirib. Təsadüfi deyil ki, Azərbaycanın bu sahədəki xidmətləri bütün dünya dövlətləri tərəfindən təqdir olunur. Eləcə də, Bakının bu imkanları və ondan yararlanmaq şansı Moskva üçün də olduqca cazibədar görünür. Rəsmi Moskva Azərbaycanın enerji siyasətində öz rolunu artırmağa, həmçinin, Bakının təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələrdə pay almağa səy göstərir. Son dövrlər ərzində iki dövlət arasında münasibətlərin daha da inkişaf etməsi Rusiyanın Azərbaycanın enerji siyasətində daha fəal rol oynamasını şərtləndirib. üstəlik, Moskva Azərbaycana standartların çox üstündə bir jest edərək, qazı dünya bazarları qiymətinə, həm də ölkəmizin hüdudları içərisində almaq təklifini irəli sürüb.
Bu əməkdaşlığın inkişafı hər iki tərəfin xeyrinədir
Moskva ilə Bakı arasında enerji əməkdaşlığının başqa bir spektri isə Xəzərdə neft-qaz yataqlarının işlənməsində rus şirkətlərinin rolunu artırmaqdan ibarətdir. Məlum olduğu kimi, iki il öncə Moskva bu istiqamətdə rolunu artırmaq üçün “Rosneft” şirkətini neft sazişlərinə cəlb etdi, hazırda həmin şirkətin bir neçə yataqda payları mövcuddur. Amma bu da Moskva üçün kifayət etmir. çünki həm Rusiyanın, həm də Azərbaycanın bu istiqamətdə əməkdaşlığı artırmaq üçün kifayət qədər potensialı var.
Təbii ki, qarşılıqlı əlaqələri taclandıran başqa bir detal isə tərəflərin bütün istiqamətlər üzrə müsbət dialoq içərisində olmasıdır. Deməli, Rusiya ilə Azərbaycanı, həm də oxşar maraqlar və ideyalar bir araya gətirir. ümumiyyətlə, bugünkü reallıqlar onu deməyə əsas verir ki, Rusiya ilə Azərbaycan arasında mövcud olan sıx əməkdaşlıq gələcəkdə də inkişaf edən dinamika ilə davam etdiriləcək. Ən azından ona görə ki, tərəflər özləri bunda maraqlıdırlar. Bu da bir sıra problemlərin həlli və qarşılıqlı münasibətlərin inkişafı baxımından olduqca əhəmiyyətlidir. Tərəflər onu da dərk edirlər ki, bu əməkdaşlıqdan hər iki dövlət bəhrələnəcək.
Beynəlxalq ictimaiyyətə ünvanlanmış çox sərt mesaj
Sirr deyil ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu gün Azərbaycanın ən başlıca problemi olaraq qalmaqdadır. Artıq 20 ilə yaxındır ki, torpaqları işğal altında olan Azərbaycan dövləti işğalçı Ermənistan ilə apardığı danışıqlarda öz konstruktiv mövqeyini nümayiş etdirir, münaqişənin həlli üçün yetərincə iradə göstərir. Lakin buna baxmayaraq, Azərbaycanın birtərəfli qaydada cəhdləri təbii ki, bəhrəsini vermir. Bunun bir səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyində israr etməsidirsə, digər bir səbəbi beynəlxalq ictimaiyyətin baş verənlərə adekvat reaksiya verməməsi və işğalçı dövlətin cəzalandırılması üçün konkret tədbirlər həyata keçirməməsidir. Bu da təbii ki, ölkəmizdə həm rəsmi dairələrdə, həm də ictimaiyyət tərəfindən ciddi narazılıqla qarşılanır. Beynəlxalq ictimaiyyətin etinasızlığına və Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqeyə ən sərt reaksiyanı yenə də Prezident İlham Əliyev verdi. Münhendə keçiriləcək danışıqlardan bir gün öncə Goranboy rayonunda məskunlaşan Kəlbəcər ictimaiyyətinin nümayəndələri ilə görüşdə dövlət başçısı Ermənistan tərəfinin son addımı atmalı olduğunu deyib: “O da ondan ibarətdir ki, qoşunlarını işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxarmalıdır. Belə olmasa, bölgədə vəziyyət gərginləşə bilər. Əgər bu görüş nəticəsiz qalsa, onda danışıqlara ümidlərimiz tükənəcəkdir. Danışıqlara ümidimiz tükənsə, o zaman bizim başqa yolumuz qalmır. Biz buna da hazır olmalıyıq. Bizim tam hüququmuz var ki, öz torpaqlarımızı hərbi yolla azad edək. Beynəlxalq hüquq normaları bu hüququmuzu tanıyır. Biz, sadəcə, istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun, müharibə olmasın. Amma əgər Ermənistan fikirləşir ki, biz bu danışıqlarda daim iştirak edəcəyik, bu, yanlış bir fikirdir. Biz o vaxta qədər danışıqlarda olacağıq ki, ümidimiz var, məsələ həll olunacaqdır. O vaxta qədər ki, hələ ümidimiz tükənməyib. Amma görsək ki, Ermənistan tərəfi, sadəcə, olaraq vaxt uzadır və bu məsələni danışıqlar yolu ilə belə əbədiləşdirmək istəyir, o zaman danışıqlara son qoyulacaqdır”.
Təbii ki, Ali Baş Komandanın bu mövqeyi həm danışıqlar öncəsində effektiv bir diplomatik gediş, həm də sülh prosesində Azərbaycanın güzəştə gedəcəyini düşünənlərə ən layiqli cavab idi.
Münhendə gözlənilənlərdən savayı heç nə baş vermədi
Azərbaycan və Ermənistan prezidentləri arasında noyabrın 22-də Münhendə növbəti görüş də məhz bu bəyanatların təsiri altında reallaşdı. Fransanın Münhendəki baş konsulunun iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sərkisyanın görüşündə xarici işlər nazirləri - Elmar Məmmədyarov və Edvard Nalbandyan, ATƏT-in Minsk qrupunun həmsədrləri - Robert Bratke (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakov (Rusiya), habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iştirak etdilər. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Görüşdən əvvəl mövcud olan sərt ab-havanın təsirindən ifadə olunan proqnozların qismən özünü doğrultduğunu söyləsək, yanılmarıq. Belə ki, Azərbaycanın səbr kasasının daşdığını dövlət başçısının son bəyanatı da göstərirdi. Buna qarşılıq, Ermənistan tərəfi cəmi bir neçə ay öncə ortaya qoyduğu kəskin anlaşmazlıq mövqeyini qismən də olsa yumşaltmalı, danışıqların davam etdirilməsi üçün özünə “ayaq yeri” qoymalı idi. Görünür, elə də olub. Buna görədir ki, görüşdən sonra jurnalistlərə açıqlamasında həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair vacib tərəqqiyə nail olduqlarını vurğuladılar. Qrupun fransalı həmsədri Bernar Fasye bununla belə, danışıqlarda bəzi çətinliklərin üzə çıxdığını da söyləyib. Amma bu çətinliklərin nə zaman və hansı texnologiyaların işə salınması yolu ilə aradan qaldırılacağına dair ən incə proqnozu belə ifadə etməyib.
Yenə də Rusiya faktoru
Azərbaycan Respublikası Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bir neçə gün əvvəl beynəlxalq aləmin Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşdığını və Azərbaycanın, əslində, postsovet məkanında Qərblə həqiqi mənada faydalı əməkdaşlıq edən yeganə dövlət olduğunu diqqətə çatdırıb: “Azərbaycanın həyata keçirdiyi yalnız bir boru kəməri layihəsi kifayətdir ki, mənim haqlı olduğumu sübut etsin. Təkcə Sürix şəhərində protokolların imzalanması mərasimində isə 6 aparıcı dövlətin xarici işlər nazirləri 3-5 saat ərzində Ermənistana minnətçi düşdü. Niyə, bunun səbəbi nə idi? Halbuki, Dağlıq Qarabağ münaqişə ilə bağlı Minsk qrupuna daxil olan, eləcə də, həmsədr dövlətlərin xarici işlər nazirləri bir dəfə belə konkret mövqe ortaya qoymayıb”.
PA rəsmisinin də ifadə etdiyi kimi, əslində, danışıqların trayektoriyası və qaçılmaz detalları bəllidir. Əgər beynəlxalq ictimaiyyət bu məsələdə prinsipiallıq göstərsə, onda Ermənistanın da qaçmağa dalanı qalmayacaq. Bu mənada da regiona ən yaxın və ən çox təsir rıçarqlarına malik dövlət yenə də Rusiyadır. Ermənistanın Kremlin diktəsi ilə idarə olunması faktını da göz önünə gətirsək, yenə də Rusiya faktorunun bu münaqişədə həlledici effektə malik olduğu həqiqəti ortaya çıxacaq.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17

