Fransa Senatının yersiz “ban”ı...
17.11.2022 [10:11]
Qərəzli qətnamə bu dövlətin qeyri-demokratik simasını növbəti dəfə ifşa etdi
Fransa Senatının Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qəbul etdiyi “qətnamə”dəki qərəz, ikili standart, ədalətsiz yanaşma ilk baxışdan özünü göstərir. Qeyd edək ki, Fransa hökuməti bu sənəd ilə qondarma “Artsax Respublikası”nın müstəqilliyini tanımağa və Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırış edib. Sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması da təklif olunur. Qətnamənin müəllifləri Bruno Retaio, Patrick Canneri, Herve Marsey, Elian Asasidir. Onlara daha iki deputat - Kristian Kambo və Gilbert-Lyuk Devinaz qoşulub. Bu qondarma və qərəz dolu “sənədin” müəlliflərinin isə Fransa Konstitusiyasının 26 iyun 1945-ci ildə qəbul edilmiş 34-1 maddəsinə, BMT-nin 16 sentyabr 2005-ci il tarixli 60/1, 9 noyabr 2020-ci il tarixli bəyanatına “istinad” etdikləri iddia olunur.
Vurğulamaq yerinə düşər ki, Fransanın Azərbaycana qarşı bu tip qərəzi və ədalətsiz yanaşması ilk hal deyil. 2020-ci ilin noyabrında da Fransa Senatı belə bir qətnamə qəbul etmişdi. Qətnamənin qəbul edilməsinə 305, əleyhinə isə 1 nəfər səs vermişdi. Bu dəfəki “qətnaməyə” isə 295 nəfər “hə”, 1 nəfər “yox” deyib.
Bu “qətnamə” oyununun pərdəarxasında yatan isə erməni maraqlarıdır. Fransa özünü demokratiyanın beşiyi olan ölkələrdən saysa da, atdığı addımlar heç də bunu göstərmir. Beynəlxalq sənədlərə, konvensiyalara və razılaşmalara zidd olan bu kimi “qətnamələr”lə Fransa özünün dövlət maraqlarını zərbə altına qoyur. Demək ki, rəsmi Paris üçün öz dövlət maraqları erməni lobbisinin maraqlarının gerisindədir. Bu isə dövlət olaraq Fransa üçün üzqızardıcı haldır.
Qərəz və yalan ilk addımdaca iflasa uğrayır
Bu qondarma sənədə baxdıqda bir daha aydın olur ki, Fransa dövləti problemin mahiyyətini ya tam dərk etmir, ya da özünü anlaqsız göstərir. Məsələn, qətnamə layihəsində Azərbaycanın “Ermənistan ərazisindən və Laçın dəhlizindən” çəkilməsi tələb olunub. Ola bilməz ki, Ermənistanı Fransadan çox sevən bu deputat yığını Azərbaycanın Ermənistan ərazisinin bir qarışına belə göz dikmədiyini, həmin ərazilərə girmədiyini bilməsin. Bunu, ən azından Fransanın “beynəlxalq” status adı altında Ermənistana yerləşdiyi missionerlər yəqin ki, Fransa senatına xəbərləyib. Beləliklə, Fransanın qətnamə adı altında dünya ictimaiyyətinə sırımağa çalışdığı qərəz və yalan ilk addımdaca iflasa uğrayır. Çünki Azərbaycan Ermənistan torpaqlarını zəbt etməyib ki, oradan da çıxsın. Təbii ki, bu, Azərbaycanı işğalçı qiyafədə təqdim etmək üçün edilən bir “tryukdur”. Amma belə yalanlarla Fransa senatı yalnız özünü biabır etməyə qadirdir.
O ki qaldı, Laçın dəhlizinə, bu dəhlizin keçdiyi ərazilər Azərbaycanın suveren əraziləridir. Bu, beynəlxalq hüquqla da, beynəlxalq sənədlərlə də, eyni zamanda 2020-ci ildə imzalanan üçtərəfli bəyanatla da təsdiqlənir. Fransanın məntiqinə görə, Azərbaycan öz ərazisindən çəkilməlidir... Belə çıxır ki, biz iddia edə bilərik ki, Fransa hüquq-mühafizə orqanları ermənilərin yaşadığı Marsel bölgəsindən çəkilsin. Bu nə qədər məntiqli olar? Beləliklə, Fransa senatının bu qətnaməsinin qərəzli və yalan üzərində qurulması tam şəkildə ortaya çıxır.
Senatorların “qış yuxusu”...
Digər məqam isə, layihə müəlliflərinin “Azərbaycan və onun tərəfdaşlarının Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsini, həmçinin bütün erməni hərbi əsirlərin qaytarılmasını” tələb etməsi kimi gülünc iddiadır.
Təbi ki, burada “tərəfdaş” dedikdə Türkiyə nəzərdə tutulur. Ola bilsin ki, Turkiyənin hazırki qlobal nüfuzundan qorxan Fransa rəsmi Ankaraya birbaşa müraciət etmək cəsarəti göstərməyib, dolayısı ilə “müraciət edib”. Yəqin ki, Fransa dövləti və onun rəsmiləri Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması yönündə irəliləyən prosesdən də xəbərdardır. Türkiyə hər zaman regional əməkdaşlığa böyük önəm verdiyini söyləyir və Ermənistanla əlaqələrin yaradılmasında problem görmür. Ortadakı problem yalnız Ermənistandır. Bu dövlətin işğalçılıq siyasəti yürütməsi Cənubi Qafqazda hələ də davamlı sülhün formalaşmasına imkan vermir. Azərbaycanda isə erməni əsiri yoxdur. Bunu hamıdan yaxşı Makron bilir və zəhmət çəkib Senata da özü izah etsin...
Ərazi bütövlüyü məsələsinə gəldikdə isə, Fransanın dərin yuxuda yatan senatorları unudurlar ki, oktyabrın 6-da Praqada keçirilən sammit çərçivəsində Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıb. Hətta ermənipərəst Makron da buna “şahidlik” edib. Demək ki, ya Makron bu faktı senatorlardan “gizlədib”, ya da senatorlar Makrona inanmırlar...
Vandalizm, etnik təmizləmə erməni xəstəliyidir
Qondarma qətnamədə, həm də “Azərbaycan hökumətindən 4 yanvar 1969-cu il tarixli hər növ Diskriminasiyanı Qadağan edən Konvensiyaya uyğun olaraq erməni əhalisinin, erməni dini və mədəni mirasının mühafizəsi üçün tədbir görmək” tələb edilir. Təbii ki, bu tələb də gülünc və yersizdir. Bir məqamı qeyd etmək kifayətdir ki, multikulturallıq Azərbaycan üçün həyat tərzidir. Çoxmillətli ölkə olan Azərbaycanda bütün xalqların, millətlərin hüquqları Konstitusiya ilə tənzimlənir, tanınır. Bütün Azərbaycan vətəndaşları qanun qarşısında bərabərhüquqludur. Əslində, bu qətnamənin ünvanı səhv düşüb desək, yanılmarıq. Bu iddialar birbaşa Ermənistana qarşı qaldırılmalıdır. Çünki Ermənistan yüzillərdir ki, etnik təmizləmə siyasəti yürüdür, azərbaycanlıları öz dədə-baba torpaqlarından qovur. XX əsrdə bir neçə dəfə bu fakt gerçəkləşib. Ermənistan ərazisindəki Azərbaycanın milli-mədəni, dini abidələri vandalizmə məruz qalıb. Ermənistan ərazisində, 30 ilə yaxın işğal altında saxlanılan Azərbaycan torpaqlarındakı tarixi abidələrimiz nəinki yerlə-yeksan edilib, dini abidələrimiz təhqir olunub. Görəsən, Fransa senatı bu faktlara niyə göz yumur? Halbuki Azərbycanın paytaxtındakı erməni kilsəsi hələ də olduğu kimi qalır. Demək ki, senatın bu “banı” da yersiz və əsassızdır.
O ki qaldı Fransa hökumətinə təklif edilən “Dağlıq Qarabağda humanitar büro açmaq” məsələsinə, bu da yersizdir. Birincisi Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı bir yer yoxdur - Qarabağ var və Qarabağ da Azərbaycanın ayrılmaz bir hissəsidir. Həmin ərazi Azərbaycanın tarixi, hüquqi ərazisidir. Həmin ərazidə hansısa hətta xoşməramlı bir qurumun fəaliyyəti üçün də Azərbaycan dövlətindən mütləq şəkildə icazə alınmalıdır. Fransa dövləti bunu unutmamalıdır!
Ermənidən artıq ermənilik
Təkliflər arasında qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması da yer alır ki, bu da hazırki sülh prosesinə zidd bir təklifdir. Bəlli olduğu kimi, 2020-ci ildə baş vermiş Vətən müharibəsində qələbə qazanan Azərbaycan dövləti öz ərazi bütövlüyünü təmin edib. Ermənistanın baş nazirinin də imzaladığı üçtərəli bəyannamədə isə heç bir separatçı qurumdan söhbət getmir. Hətta 30 ilə yaxın davam etmiş münaqişə dövründə belə Azərbaycan hansısa separatçı, qondarma qurumla müzakirələr aparmayacağını qətiyyətlə bildirmişdi. Fransa senatının bu “təklifi” sədrlik etdiyi Avropa Birliyinin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması, sülhyaratma vasitəçiliyi ilə daban-dabana ziddir. Bu “təkliflə” Fransa bütün beynəlxalq sənədlərə, hüquqa arxa çevirir, onu tanımadığını bildirir. Axı, qondarma separatçıları heç Ermənistan tanımağa cürət etməyib. Belə olan halda Fransanın etdiyi ermənidən artıq ermənilikdir. Dünya ictimaiyyəti Fransanın bu qeyri-sivil təklifinə lazımi cavabı səsləndirməlidir.
Fransız məkri, yaxud “Minsk qrupunu” diriltmək cəhdi
Senat “qətnamə layihəsində” Fransa hökumətindən Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanla diplomatik prosesə başlamağı da tələb edir. Bir daha bildirmək yerinə düşər ki, Fransa Senatının bu qədər savadsız və yersiz təklifilər səsləndirməsi olduqca gülünc görünür. Ermənistan ilə Azərbaycan arasında hazırda münasibətlərin normallaşması, sülhün əldə olunması üçün iki istiqamətdə - Rusiya və Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlar davam etdirilir. Fransa isə Aİ-nin hazırki sədri statusunda bu danışıqlardan fəal şəkildə xəbərdardır. Hətta Ermənistan və Azərbaycan liderlərinin görüşlərində bir neçə dəfə Makron şəxsən iştirak edib. Belə olan halda, Fransa Senatı hökumətdən nəyi və niyə tələb edir? Bəlkə, Fransa senatı tarixə qovuşmuş “ATƏT-in Minsk qrupu”nu nəzərdə tutur? Azərbaycanın bu məsələdəki mövqeyi də birmənalı və qətidir. Artıq münaqişə bitib və Minsk qrupuna ehtiyac qalmayıb. Əgər Fransa Qafqazda davamlı sülhə töhfə vermək niyyətindədirsə, bu kimi qızışdırıcı və təxribatçı qətnamələri qəbul etməkdən əl çəkməli, özünə “kiçik bacı” saydığı Ermənistana normal sülh prosesi aparmağı “məsləhət görməlidir”.
“Qətnamədə” irəli sürülən “təkliflər” arasında Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi də yer alır ki, Azərbaycan bunun cavabını oktyabrın 6-da keçirilən Praqa görüşündə verib. Fransanın və ya bir başqasının bu kimi təklifləri isə əksinə sülh prosesinin uzanmasına xidmət göstərir. Azərbaycan öz sərhədini özü qorumağa qadirdir. Fransa Senatının yersiz “ban”ı isə özünüifşadan başqa bir şey olmadı...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

