Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan qısa müddətdə innovativ davamlı inkişaf siyasətini reallaşdırmağa müvəffəq olub

Azərbaycan qısa müddətdə innovativ davamlı inkişaf siyasətini reallaşdırmağa müvəffəq olub

07.03.2018 [09:50]

Dövlət İdarəçilik Akademiyasının tələbələri elmi işlərinin nəticələrini poster formatında təqdim ediblər
Martın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) magistrant və bakalavrların elmi və yaradıcılıq potensialına dəstək göstərilməsi məqsədilə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndəki hədəf göstəricilərinə həsr olunmuş birinci poster sessiyası formatında “Azərbaycan Respublikası innovativ sosial-iqtisadi inkişaf dinamikası” mövzusunda konfrans keçirilib.
Konfransın keçirilməsinin məqsədi Azərbaycanda dövlət siyasətinin əsas strateji vəzifələrin reallaşdırılmasında, biliktutumlu iqtisadiyyatın qurulması istiqamətində, elm və texnologiyanı inkişaf etdirməkdə ali təhsil müəssisələrinin əhəmiyyətini vurğulamaq, təhsilalanların intellektual potensial və bacarıqlarını üzə çıxarmaqdır.
AZƏRTAC xəbər verir ki, tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov Azərbaycanın qısa müddətdə innovativ davamlı inkişaf siyasətini reallaşdırmağa müvəffəq olduğunu söyləyib. Diqqətə çatdırılıb ki, BMT-nin və Dünya Bankının dərc etdirdiyi hesabatlarda əksini tapan innovativ insan potensialına əsaslanan davamlı inkişaf göstəricilərinə görə Azərbaycan hazırda dünya liderləri sırasındadır. Rektor bu gün ölkəmizin qazandığı hər bir uğurun təməlində Ulu öndər Heydər Əliyevin müəllifi olduğu, Azərbaycanın hərtərəfli inkişafına və tərəqqisinə hesablanmış inkişaf strategiyasının dayandığını bildirib. U.Ələkbərov Azərbaycanın innovativ inkişaf strategiyasının reallaşdırılmasında Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin əhəmiyyətini xüsusi qeyd edib.
Sonra DİA-nın inzibati idarəetmə fakültəsinin dekanı, professor Xatirə Hüseynova uğurlu iqtisadi siyasət nəticəsində ölkədə davamlı və həyat səviyyəsinə uyğun inkişaf xəttinin müəyyənləşməsindən, son illər Azərbaycanda olan inkişaf trendləri və müxtəlif sahələrdə həyata keçirilən kompleks tədbirlərin əhəmiyyətindən danışıb.
Konfransda Strateji Yol Xəritəsində irəli sürülən istiqamətlərdə elmi tədqiqatların aparılmasının, elmi cəhətdən əsaslandırılmış və reallaşması mümkün olan təklif və tövsiyələrin verilməsi baxımından keçirilən poster sessiyasının əhəmiyyəti vurğulanıb.
Sonra DİA-nın inzibati idarəetmə fakültəsinin tələbələri öz elmi işlərinin nəticələrini poster formatında təqdim ediblər.
Sonda ən yaxşı təqdimatla çıxış edənlərə sertifikatlar verilib.

Paylaş:
Baxılıb: 579 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31