“Ulu öndər Heydər Əliyev - Azərbaycan dövlətinin qurucusu kimi” mövzusunda konfrans keçirilib
08.05.2018 [17:16]
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Ulu öndər Heydər Əliyev - Azərbaycan dövlətinin qurucusu kimi” mövzusunda konfrans keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbirdə çıxış edərək dünya şöhrətli siyasi şəxsiyyət, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin milli dövlətçilik ideyasının demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prinsipləri və azərbaycançılıq məfkurəsi əsasında gerçəkləşdirilməsi, müasir müstəqil Azərbaycan dövlətinin qurulması naminə misilsiz tarixi xidmətlərini diqqətə çatdırıb.
Nazir vurğulayıb ki, müstəqil dövlətimizin qurulması üçün güclü sosial-iqtisadi və intellektual potensialın formalaşdırılması hələ ötən əsrin 70-80-ci illərində respublikamıza rəhbərliyi zamanı Ulu öndərin əsas fəaliyyət prinsipi olub. Həmin dövrdə Azərbaycan keçmiş ittifaq məkanında geri qalmış respublikalar sırasından çıxaraq inkişaf etmiş sənaye respublikasına çevrilib, ölkəmizin iqtisadi, sosial, ictimai-mədəni həyatında intensiv inkişaf təmin olunub, əhalinin məşğulluq imkanları genişləndirilib, rifah halı yaxşılaşdırılıb.
S.Babayev bildirib ki, xalqın tələbi ilə 1993-cü ilin iyununda rəhbərliyə qayıdan Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurulması və ildən-ilə möhkəmləndirilməsi kimi mühüm tarixi vəzifəni yüksək səviyyədə yerinə yetirib. Ulu öndər Ermənistanın təcavüzünün qarşısını alaraq cəbhədə atəşkəsə, iqtisadi tənəzzülün, kəskin inflyasiyanın qarşısının alınmasına, respublikanın iqtisadi potensialının üzə çıxması üçün “Əsrin müqaviləsi”nin imzalanmasına nail olub. Eyni zamanda, Ümummilli lider Heydər Əliyev Azərbaycanın beynəlxalq münasibətlərini qaydaya salaraq, bu münasibətlər sistemində dövlətimizin mövqeyinin güclənməsini, ölkəmizin ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınması üçün diplomatik uğurların əldə olunmasını təmin edib.
Ölkəmizi uzunmüddətli inkişaf yoluna çıxaran Ulu öndər əhalinin rifah halının təminatını, vətəndaş firavanlığını başlıca hədəf kimi müəyyən edən sosial dövlət ideyasını da uğurla reallaşdırıb.
Nazir vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə və qlobal məkanda baş verən proseslər praqmatik mövqedən nəzərə alınmaqla uğurla davam etdirilməsi, Ulu öndərin əbədiyaşar ideyalarının, Azərbaycanın sabit və uzunmüddətli tərəqqi yolunu müəyyənləşdirən inkişaf strategiyasının yüksək səviyyədə gerçəkləşdirilməsi son 15 ildə ölkəmizin bütün istiqamətlər üzrə mühüm tarixi nailiyyətlərə imza atmasına səbəb olub. Bu dövrdə dinamik və davamlı inkişaf yolunda inamla irəliləyərək Cənubi Qafqazın güc mərkəzinə çevrilən Azərbaycan özünün müasir və tolerant cəmiyyət modeli, regionda sülhə, sabitliyə və əməkdaşlığa zəmin yaradan və qlobal önəm kəsb edən möhtəşəm layihələri uğurla reallaşdırması, bütün əməkdaşlıq formatlarında etibarlı tərəfdaş kimi tanınması ilə dünya birliyində nüfuzlu mövqeyə yiyələnib.
S.Babayev əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi sahələrində də mühüm addımların atıldığını diqqətə çatdırıb. Nazir Ulu öndər Heydər Əliyevin sosial sahənin inkişafı ilə bağlı ideyalarının gerçəkləşdirilməsi məqsədilə ölkədə aparılan uğurlu dövlət siyasətinin icrasına dəyərli töhfələrini vermək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən səylərin daim artırılacağını vurğulayıb.
Tədbirdə çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin Ümummilli lider Heydər Əliyevin şah əsəri olduğunu diqqətə çatdırıb, müstəqil dövlətimizin qurulması və inkişafı, ölkəmizin bütün sahələrdə böyük perspektivlərə doğru irəliləməsi, eyni zamanda, respublikada sosial inkişafın təmin olunması, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması üçün Ulu öndərin göstərdiyi mühüm tarixi xidmətlərdən bəhs ediblər.
Sonra Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur bölmələri arasında keçirilən mini futbol və şahmat turnirlərinin qaliblərinə fəxri fərmanlar və mükafatlar təqdim edilib.
Sonda Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına qəbul edilmək üçün ərizə ilə müraciət edən nazirliyin əməkdaşlarının YAP sıralarına üzvlük məsələlərinə baxılıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42

