Azərbaycanla Çin arasında əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb
08.02.2022 [12:59]
“Pekin 2022” Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə Çində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov fevralın 5-də Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Xarici Əlaqələr Şöbəsinin müdiri, nazir Sun Tao ilə görüşüb.
Pekin şəhərində keçirilən 24-cü Qış Olimpiya Oyunlarının açılış mərasiminin müvəffəqiyyətlə təşkil olunduğunu qeyd edən Əli Əhmədov Oyunlara uğurlar arzulayıb. “Pekin 2022” Qış Olimpiya Oyunlarının başlamasının Çin Yeni ili ilə eyni vaxta təsadüf etməsi ilə əlaqədar Əli Əhmədov həmsöhbətini, həmçinin bu bayram münasibətilə təbrik edib. O, açılış mərasimində ölkəmizin yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunmasını Azərbaycanın Çinlə dostluq və əməkdaşlıq əlaqələrinə verdiyi önəm, eləcə də Olimpiya hərəkatına göstərdiyi dəstək kimi qiymətləndirib.
Sonra Azərbaycanla Çin arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə formalaşmış uğurlu əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb, ikitərəfli əlaqələrimizin bütün sahələrdə inkişafı üçün birgə səylərin bundan sonra da davam etdirilməsinin əhəmiyyətinə diqqət yönəldilib. Eyni zamanda, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında təşəkkül tapmış yüksəksəviyyəli əməkdaşlıq və fəal dialoqun ölkələrimiz arasında münasibətlərin inkişafında oynadığı rolun əhəmiyyəti qeyd olunaraq, partiyalararası əlaqələrin inkişaf etdirilməsi məqsədilə görülən işlərin yüksələn xətt üzrə davam etməsi, o cümlədən pandemiyadan sonrakı dövrdə hər iki partiyanın funksionerlərindən və gənclərdən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili istiqamətində addımların atılması razılaşdırılıb.
Görüş çərçivəsində, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib və Çin şirkətləri bu prosesdə daha yaxından iştiraka dəvət edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpini ölkəmizə rəsmi səfərə dəvət etdiyi bir daha məmnuniyyətlə xatırladılıb, bu səfərin pandemiyadan sonrakı dövrdə reallaşdırılacağına dair ümid ifadə edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43

