Ölkəmizin hərtərəfli inkişafına xidmət edən siyasət
29.07.2022 [11:14]
Etibar Hacıyev
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri
Azərbaycan iqtisadi inkişafı ilə daim dünyanın diqqət mərkəzindədir. Təbii ki, bu uğurumuz ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətə və bu xəttin son 18 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə əsaslanır. Hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkən Ümummilli Liderin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlər üçün aktuallığını qoruyur.
2003-cü ildən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm addımlar atan dövlət başçısı İlham Əliyev regionların potensialından səmərəli istifadəni təmin etmək məqsədilə Regional inkişaf proqramlarını təsdiqlədi. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət proqramının uğurlu icrası nəticələrdə öz əksini tapmaqla yanaşı, növbəti sənədlərin qəbulunu bir zərurətə çevirdi. Belə ki, Dövlət proqramlarında əsas hədəflərdən biri sahibkarlığın inkişaf etdirilməsidir ki, bu da öz növbəsində yol infrastrukturunun təkmilləşdirilməsinə çağırış etdi. Belə ki, yol-nəqliyyat infrastrukturu yenilənir, o cümlədən kənd yollarının tikintisi istiqamətində əhəmiyyətli işlər görülür, sakinlərin və sahibkarlıq subyektlərinin yol infrastrukturuna çıxış imkanları yaxşılaşır. Ölkə Prezidentinin bölgələrə hər səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Həmçinin cənab İlham Əliyevin hər səfərindən sonra həmin regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Tədbirlər Planı təsdiqlənir, Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayrılır. Bu mühüm addımın bölgələrin inkişafına nə kimi təsir göstərdiyi əldə olunan sosial-iqtisadi göstəricilərdən daha aydın görünür. Dövlət başçısı İlham Əliyev daim bildirir ki, hər bir şəhər, bölgə, kənd və qəsəbə bu inkişafı, tərəqqini öz həyatında hiss etməlidir. Bu məqsədə nail olmaq üçün birgə səylərin göstərilməsi, icra strukturlarının öz səlahiyyətlərini yüksək səviyyədə yerinə yetirmələri bir tələb kimi qarşıya qoyulur. Ölkə Prezidentinin çağırışlarının əsasında insan amilinə dəyər dayanır.
Dövlət başçısı İlham Əliyev iyulun 25-də Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir daha diqqəti qəbul olunmuş Dövlət proqramlarının nəticələrinə yönəldərək bildirmişdir ki, son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülür, böyük infrastruktur layihələri icra edilir və insanları narahat edən məsələlər öz həllini tapır. Yeni infrastruktur layihələri iş yerlərinin yaradılmasına xidmət göstərir. Sahibkarlar da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər. İş yerlərinin yaradılmasının daimi proses olduğu hər zaman belə əsaslandırılır ki, ölkə əhalisinin sayı artır. Müqayisə üçün qeyd edək ki, Azərbaycan müstəqilliyini yenidən bərpa edəndə əhali 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan artıqdır. Bu rəqəmin özü işsizlik probleminin həllinə yönələn yeni iş yerlərinin yaradılması prosesinin daha da sürətləndirilməsinin, əhalinin məşğulluğunun təmin edilməsinin vacibliyini nümayiş etdirir.
Dövlət başçısnın qeyd edilən görüşdə diqqət göstərdiyi əsas məsələlərdən biri ölkənin dayanıqlı inkişafının əsasında dayanan şəffaflığın qorunması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi oldu. Belə ki, bir neçə keçmiş icra başçısının cinayət məsuliyyətinə cəlb edildiyini, bəzilərinin hökmünün verildiyini, bəzilərinin isə işlərinin məhkəmədə olduğunu önə çəkən Prezident İlham Əliyev bildir ki, bunlar heç kimin qanundan üstün olmadığını göstərir.
İcra başçılarının daim insanlarla təmasda olmasını qarşıya əsas tələb kimi qoyan cənab İlham Əliyev bildirdi ki, onlar bütün kəndlərdə olmalı, kənd camaatının qayğıları ilə yaşamalı, onları narahat edən problemləri onların dilindən eşitməli və imkan daxilində bu problemləri həll etməlidirlər. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq.
Ölkə Prezidentinin hər bir təşəbbüsü, qəbul etdiyi hər bir qərar, qarşıya qoyduğu hədəflər ümumilikdə ölkəmizin hərtərəfli inkişafına xidmət edir. Hazırda qalib Azərbaycan inkişafın yeni mərhələsini yaşayır. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bu işlər ölkəmizin iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. Bu baxımdan ki, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarımızda bütün işləri öz daxili imkanları hesabına görür, dünyanın diqqətini özünə yönəldir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bu ərazilərimizdə də təkmil idarəçilik sistemi yaradılır. Prezident İlham Əliyev sözügedən görüşdə böyük əminliklə qeyd etdiyi kimi, Azərbaycanın çox böyük perspektivləri vardır. İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz ölkəmizin qarşısında geniş imkanlar açır.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30

