Mingəçevir şəhərinin Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır
15.02.2023 [11:55]
“Müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının 2025-ci ildə açılışı olduqdan sonra Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq. Bu hadisə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirməklə yanaşı, həm də Mingəçevir şəhərinin Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrünün başlanmasına da təkan verəcək”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir: “Xatırlatmaq yerinə düşər ki, 1976-cı ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulub və sözügedən stansiyanın birinci blokunun açılışı 1981-ci ildə Ümummilli Liderimizin iştirakı ilə olub. Bu səbəbdən də bu gün tamamilə haqlı olaraq bildirilir ki, Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olub. Təsadüfi deyil ki, Mingəçevir Elektrik Stansiyası müstəqilliyimizin ilk illərində də ölkəni elektrik enerjisi ilə təmin edib, respublikamızın nəinki enerji, hətta sənaye potensialının da böyük hissəsini ödəyib. Mingəçevir Elektrik Stansiyasının ölkəmizin ümumi inkişafında rolu nəzərə alınmaqla, 2018-ci ildə onun yenidən qurulması prosesi də başlanıb. Beləliklə də, 2020-ci ildən stansiya 2400 meqavat generasiya gücü ilə fəaliyyətini davam etdirib”.
Ramil Vəlibəyov əlavə edib ki, ölkəmizdə elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf edib: “Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilib ki, bu stansiyaların da generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Hazırda isə Azərbaycanın ümumi generasiya gücü 7200 meqavatdır. Heç şübhəsiz ki, 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının inşasının başlanması da Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olmaqla yanaşı, yüzlərlə yeni iş yerlərinin yaranmasına səbəb olacaq. Eyni zamanda, yeni tikiləcək stansiyada ildə 1 milyard kubmetr qaza qənaət edilməsi isə Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

