Türkiyəni Ermənistanla sərhəddi açmağa yenidən məcbur edirlər...
08.04.2024 [10:13]
Bazarlıq yolları axtarırlar - həm də Rusiya ilə şantaj edirlər...
“Qərbin Ermənistan planları son dərəcə ciddidir. 5 apreldə hay- küylə keçirilmiş üçtərəfli Brüssel müzakirəsi planın içindədir. Mərkəzdə Ermənistandır.”
Bu fikirləri “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev özünün Facebook səhifəsində yazıb. yeniazerbaycan.com paylaşımı təqdim edir:
“Bunlar erməni diasporuna və lobbiyə görə deyil. Qərbdə ermənilərin son 150 ildə- 1878- ci il Rus- türk San- Stefano sülh sazişindən və 1878- ci il Berlin sülh konfransından sonra hər cür geosiyasi oyunlarda alət roluna həvəslə getdiklərini bilirlər. Müxtəlif dövrlərdə bir-birinə zidd oyunlara getsələr də, yenə də oynayırlar. Çünki böyük itkilər versələr də, qazandıqlarını da bu yolda qazanıblar. Gah çar Rusiyasının, gah Qərbin, gah SSRRİ- nin, gah Rusiyanın, gah da yenidən Qərbin əlində alət olublar. Məhz bu hesaba ərazilər qopardıblar, dövlət qurublar. Müxtəlif geosiyasi mərkəzlərin "layihəsi" olmaqla razılaşıblar. Bu "böyük layihələrin" içində özlərinin də təbii ki, aralıq "layihələri” olub. Ən sonuncu layihələrdən biri kimi SSRİ- ni dağıdan separatizm dalğasını ( Qarabağ) başlatmaqla Qərbin aləti oldular. Qarabağı müvəqqəti ələ keçirib burunları əziləndən və Ukrayna müharibəsi başlayandan sonra yenidən Qərbin "oyun alətləri" sırasına qayıtdılar....
Ermənistan bu gün yeni layihənin aləti olmağa razılıq verib - Cənubi Qafqazda qarşıdurma yaratmaq, Azərbaycanla sülh məsələsini gündəmdən çıxarmaq, Qərbi Cənubi Qafqaza gətirmək, Cənubi Qafqazı Rusiya ilə Qərbin fəal geosiyasi qarşıdurma meydanına çevirmək, bununla Rusiyanı 2- ci cəbhəyə cəlb etməklə zəiflətmək və birqütblü dünya düzəninin qurulmasında Qərbə yandaşlıq etmək.
Yeni böyük oyunda Ermənistan təbii ki, öz mənafelərini də görür və bu xüsusda Qərbdən - ABŞ və Fransadan konkret vədlər alıb. Ermənistanın istəkləri hər zamankı kimi 1-ci növbədə Azərbaycanın ərazilərini yenidən qoparmaqla bağlıdır. Vətən müharibəsinin nəticələri ilə təbii ki, barışmaq fikirləri yoxdur.
Qərbin və Ermənistanın uzlaşdırılmış mənafeləri üstündə qurulan oyunun icrası üçün ilk növbədə Ermənistanı güclü regional dövlət halına gətirmək istəyirlər. Ya da onu heç olmasa indiki kimi, tarixdə "ən zəif Erməni məkanı" olmaq halından çıxarmalıdırlar. Cəmi 4 il əvvələ - 2020-ci ilə qədər Ermənistan öz tarixində ən güclü vəziyyətdə görünürdü. Azərbaycanın torpaqlarını işğal etmişdi, danışıqlarda özünü məğlubedilməz aparırdı, Qərb və qismən hətta Rusiya da onun tərəfini saxlayaraq Azərbaycana " məğlubiyyətinizlə barışın" kimi ədalətsiz və allahsız mesajlar verirdilər, Ermənistanı inandırmışdılar ki, o, bu bölgədə həmişə Türkiyəyə qarşı lazım gələndə Qərbin, lazım olanda Rusiyanın əlində təzyiq aləti kimi gərəkli olacaq. Ermənistan eyforiyada idi. Bəs necə? O, özünü Rusiyaya da, Qərbə də əbədi lazım olan qüvvə statusunda görürdü.....
Ancaq İlham Əliyevin 2020- 2023- cü illərdə dahiyanə düşünülmüş geosiyasi kombinasiyası Ermənistanın eyforiyasını yerə vurdu və beləliklə, cəmi 4 il əvvəlki "qüdrətli Ermənistan" ən zəif və miskin Ermənistan halına düşdü. Regional təcrid vəziyyətində boğulur, bir vaxtlar Türkiyəyə qarşı çox fəal işlətdiyi "genosid kartı" məhz Azərbaycanın Zəfəri ilə gündəmin arxa mövzusuna çevrilib, qüdrətli görünən diaspor mısıq və "qulağı kəsik" vəziyyətə düşüb. Azərbaycan - Türkiyə ittifaqı sayəsində təcavüzkar Ermənistan bu cür cilovlanıb...
Ermənistanı miskin durumdan çıxarmaq yolunda Qərbin ilk böyük planı 5 aprel Brüssel görüşü oldu. Açıq bəyan etdilər ki, Ermənistanın müqavimətliliyini və sabitliyini gücləndirmək bir saylı hədəfimizdir. Kimə qarşı "müqavimətlilikdən" söhbət getdiyi isə məlumdur. Elə bir plan qurublar ki, Azərbaycanla sülhə getmədən Ermənistanı indiki ağır durumdan çıxarmaq və hərbi - iqtisadi cəhətdən bölgənin ən güclü dövlətinə çevirsinlər..
Brüsseldə Paşinyanın mifik "Sülh kəsişməsi" layihəsinə elə - belə dəstək vermədilər ki... Məqsəd Azərbaycanın əlini daha da gücləndirə biləcək Zəngəzur dəhlizini arxa plana sıxışdırmaq və əvəzində Ermənistanı regionun "habına" çevirə biləcək "Sülh kəsişmısini” həyata keçirməkdir. Belə ki, Mərkəzi Asiya- Azərbaycan- Ermənistan - Gürcüstan xətti üzrə Qara dənizə çıxış, Mərkəzi Asiya - Azərbaycan- Ermənistan- Türkiyə xətti üzrə Aralıq dənizinə çıxışı təmin etməkdən söhbət gedir. Hər iki marşrutun kəsişmə nöqtəsi kimi Ermənistan götürülür...
Ermənistanı gücləndirmək üçün başqa plan və layihələr də var. Türkiyə - Ermənistan sərhədlərinin açılması planı yenidən gündəmə qaytarılıb. 2008-ci ildə Amerikanın böyük təzyiqləri ilə imzalanma masasına gətirilmiş Sürix protokolları məhz Azərbaycanın müqaviməti və qardaş Türkiyənin ağıllı qüvvələrinin dəstəyi ilə gündəmdən atıldı. Yenidən başlayıblar... Diplomatik çevrələrdə Qərbin Ermənistanla sərhəddi açması üçün qardaş Türkiyəyə böyük təzyiqlərin yenidən işə salınması kimi planın olduğu barədə ciddi söz- söhbətlər gedir. Qardaş Türkiyə ilə Azərbaycanın birliyinə zərbə vurmaq, Türkiyəni Rusiya ilə şantaj etmək və onu bazarlığa çəkmək niyyətləri var.
1.Ukrayna müharibəsi ilə Rusiyanın çox zəif və idarəolunan duruma salınması halında Türkiyəni NATO məkanında təklənmək xofu ilə qorxutmaq istəyirlər. Ukrayna müharibəsinin sonunda Rusiyanı idarəolunan hala gətirəcəklərinə möhkəm inanırlar.
Qardaş Türkiyəni Rusiya ilə yaxşı münasibətlərin perspektivsiz olduğuna inandırmaq cəhdləri var.
2.Qardaş Türkiyəni indiki siyasi hakimiyyətin varisliyi məsələsində ən müxtəlif kanallarla bazarlığı çəkmək niyyətlərinin olması da ən ilginc ehtimallar sırasındadır...
3.Qardaş ölkəni "Türkiyənin bu günü Azərbaycanla, sabahı isə həm də Ermənistanla regional ittifaqdan keçir" kimi mifik və aldadıcı tezisə inandırmaq istəyirlər...
Sonda nə baş verəcək?
Qardaş Türkiyənin bütün bu planların və niyyətlırin içində "tarixi bir afyoranın" olduğunu gördüyünə şübhəmiz yoxdur. Qardaş ölkə böyük gələcəyi olan “Türk evi” geosiyasi planlarının aparıcı qüvvəsidir. Dünya parçalanaraq yeni düzənə doğru gedir ki, bu düzənin hazırda parçalanmadan keçdiyini hamı görür. Hamı özünə münasib ittifaqlar qurur. 200 il neytrallıq kursu aparmış ölkələr birdən - birə bu statusdan çıxır, ittifaqlara qoşulur. Dəli olmayıblar ki...Hər kəs öz milli dövlət mənafeyindən çıxış edir... Biz niyə etməyək ?!...
Prezident İlham Əliyev özünün inauqurasiya nitqində "Türk birliyini" bizim "yeganə ailəmiz" kimi xarakterizə etdi. Bu günlərdə Bakıda Çavuşoğlu ilə bu istiqamətdə müzakirələr yenidən aparıldı. Qardaş ölkə "Türk birliyi" kimi böyük gücün formalaşdırılması prosesindən çıxmaz və çıxmayacaq da. Türkiyə bu birliyin Avrasiyada nələrə gətirib çıxardığını yaxşı bilir. Bu yolda Dağlıq Qarabağ kimi mürəkkəb problem həll olundu, Strateji Şuşa bəyannaməsi imzalandı, Aralıq dənizi-Türkiyə-Azərbaycan-Xəzər-Mərkəzi Asiya-Çin xətti üzrə hamının həsəd apardığı əməkdaşlıq quruldu , "Yaşıl enerjiyə" keçid üzrə Türk dövlətlərinin və xüsusən Azərbaycanın böyük potensialları və ixrac imkanları var....
Güclü gələcək üçün əhəmiyyətli olan bu imkanların qarşısında Ermənistan kimi " dalan ölkəsi" üzərində qurulmuş oyunlarla Türkiyə- Azərbaycan birliyini pozmaq, Cənubi Qafqazda Azərbaycanla Türkiyənin birgə qurduqları indiki " status- kvonu" dəyişdirmək heç bir halda mümkün görünmür...
Təbii ki, ağıllı və praqmatik düşünənlərin nəzərindən...”
Xəbər lenti
Hamısına baxGündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36

