COP29-a hazırlığın fəal mərhələsi...
06.06.2024 [10:45]
Son illərdə Azərbaycan bir çox sahələrdə dünyaya özünün müsbət nümunəsini təqdim edir. Respublikamızın hazırda əsas qlobal çağırışlardan birinə çevrilən iqlim dəyişikliyinə qarşı mübarizədə yüksək fəallıq nümayiş etdirməsi də təqdirəlayiqdir. Növbəti Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə ölkəmizin bu istiqamətdə fəaliyyəti yüksək dəyərləndirilib. Bildirildiyi kimi, Azərbaycan 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik İli” elan etməklə çox cəsarətli addım atıb. Eyni zamanda, ölkəmiz noyabr ayında BMT-nin ən mühüm tədbirlərindən biri olan COP29 konfransına ev sahibliyi edəcək. Bütün bunlar Azərbaycanın iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal aktorlardan birinə çevrildiyini təsdiqləyir.
Azərbaycanın həssas yanaşması
Güclü sənaye inkişafı və qlobal istiləşmə nəticəsində yaranan iqlim dəyişikliyinin təzahürləri və fəsadları getdikcə daha da artır. İqlim dəyişikliyinin mənfi təzahürlərindən və fəsadlarından hansısa bir ölkənin sığortalandığını demək mümkün deyil. Prezident İlham Əliyevin iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışında bildirdiyi kimi, iqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Bütövlükdə, təhdidlərin miqyası çox böyükdür. İqlim dəyişikliyinin təsirləri həyatın bütün sahələrində özünü büruzə verir. Açıq statistikaya əsasən planetimizdə son yüz il ərzində havanın illik temperaturu 1 dərəcə artıb. Ən dəhşətlisi odur ki, temperaturun 0,75 dərəcə artımı son onilliyə təsadüf edir. Yer üzündə həyatın tam məhv olması üçün isə temperaturun 10-15 dərəcə artması kifayətdir. Xəbərdarlıq edilir ki, əgər temperaturun artması belə davam edərsə, onda 130-200 ildən sonra Yerdə həyat mövcud olmayacaq.
Azərbaycan da iqlim dəyişikliyindən təsirlənən ölkələr sırasında yer alır. Dövlətimizin başçısının bildirldiyi kimi, Azərbaycanda iqlim dəyişikliyi Xəzər dənizinin sahilinə nəzər salarkən görünür. İldən-ilə biz dənizin geri çəkildiyinin şahidi oluruq və bunun səbəbi iqlim dəyişikliyi və insanların qeyri-rasional fəaliyyətidir.
Azərbaycan yaranan qlobal təhdidlərə qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinin zəruriliyi mövqeyindən çıxış edir. Məhz dövlətlərin milli səviyyələrdə gördükləri tədbirlərlə və fəaliyyətləri uzlaşdırmaqla qlobal təhdidə qarşı mübarizənin səmərəliliyini artırmaq mümkündür. BMT-nin bəyan etdiyi Davamlı inkişaf Məqsədlərinə qoşulan Azərbaycan milli səviyyədə özünün ekoloji siyasətinin konkret hədəflərini müəyyənləşdirib. COP29 tədbirinə ev sahibliyi etməyin məsuliyyətini öz üzərinə götürməklə Azərbaycan həssas yanaşmasını bir daha nümayiş etdirib. “... COP-a ev sahibliyi etmək kimi məsuliyyətli vəzifəni üzərimizə götürərkən biz bunun həm üstünlüklərini, həm də müəyyən çətinliklərini tam şəkildə dərk edirik. Ancaq biz bu məsələyə sadiqik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ölkəmizin müəyyənləşdirdiyi ciddi gündəlik
İqlim dəyişikliyindən təsirlənən digər ölkələrlə müqayisədə okeanda dörd bir tərəfdən su ilə əhatə olunan kiçik ada dövlətlərində vəziyyət daha ciddidir. Okeanın ortasında bol su heç də xoşbəxtlik anlamında qəbul olunmur. Bu dövlətlər yüksək gəlirli ölkələr sayılsalar da, onlar tez-tez təbii fəlakətlərlə üzləşirlər. Məsələn, itki və zərərlər məsələsi Tuvalu tərəfindən on ildən çoxdur ki, qaldırılır və yalnız keçən il bununla bağlı müəyyən razılığa gəlmək mümkün olub. Ötən il Nyu-Yorkda BMT Baş Assambleyasında müzakirələrdən sonra “Səyahətçilər klubu” ada dövlətlərinin təmsilçilərinə öz hesabatını təqdim edib. Təqdimatda əgər iqlim dəyişikliyinin yaratdığı problemin qarşısı alınmasa, 2070-ci ildə paytaxt şəhər Nassau və adaların hansı vəziyyətdə olacağı nümayiş etdirilib. Adanın 30 faizi suyun altında qalacaq. 2100-ci ildə isə 70 faiz su altında qalacaq. Bakı Enerji Həftəsi çərçivəsində baş tutan müxtəlif tədbirlərdə kiçik ada dövlətlərinin üzləşdikləri problemlərlə bağlı ətraflı müzakirələr aparılıb. O cüml?dən COP29 ərəfəsində Bakı Enerji Forumunun proqramına “Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları” adlı xüsusi sessiya da əlavə olunub.
Məsələ ondan ibarətdir ki, müxtəlif platformalarda iqlim dəyişikliyinin fəsadlarından və potensial təhlükələrindən danışılır, uzun-uzadı müzakirələr aparılır. Qərarlar isə gec qəbul olunur və yaxud adekvatlıq təşkil etmir. Ada dövlətləri üçün isə zaman gözləmir. Yaranan problemlər onlar üçün mövcudluq məsələsidir. Buna görə də daha səmərəli tədbirlər görülməli, daha həssas yanaşma sərgilənməlidir. Azərbaycan burada da konkret nəticəyə nail olmaq əzmi nümayiş etdirir. Hazırda kiçik ada dövlətləri ilə fəal iş aparılır. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılması planlaşdırılır. Ölkəmizin COP29-un ev sahibi kimi kiçik ada dövlətləri üçün müəyyənləşdirdiyi ciddi gündəliyə diqqət çəkən Prezident İlham Əliyev “Azərbaycan üçün iqlim dəyişikliyi problemdir, onlar üçün isə bu, ekzistensional təhlükədir. Beləliklə, biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq. Hesab edirəm ki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik”, - deyə vurğulayıb.
Azərbaycan bütün dünya üçün aktual olan çağırışlara sadiqdir
Hazırda Azərbaycan COP29-a hazırlığın fəal mərhələsindədir. Elə bu günlərdə COP29 ilə əlaqədar Təşkilat Komitəsinin dördüncü iclası keçirilib. İclasda Təşkilat Komitəsinin sədri Samir Nuriyev bildirib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz iqlim dəyişikliyi ilə qlobal mübarizədə nümunəvi liderlik nümayiş etdirir. Samir Nuriyev vurğulayıb ki, Prezident İlham
Əliyevin müxtəlif çıxış və müsahibələrində açıqladığı vacib istiqamətlər, səsləndirdiyi tezislər Azərbaycanın COP29 üzrə fəaliyyətinin əsasını təşkil edir və dövlət başçısının inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələri kontekstində üzləşdikləri problemlərin həllinin ölkəmizin prioritetlərindən biri olaraq bəyan etməsi beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. Azərbaycan COP29-a ciddi hazırlıqlarını tərəfdaşları ilə sıx koordinasiyalı şəkildə həyata keçirir. “Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. Biz BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis etmişik”, - deyə Prezident İlham Əliyev bildirib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

