Avropasayağı “söz azadlığı”...
14.06.2024 [10:46]
Yelisey Sarayının AZƏRTAC-a qarşı növbəti qərəzi
Dünya üzrə özündən saxta “demokrat” imici yaratmağa çalışan ölkələrin siyahısını hazırlasaq, tərəddüd etmədən birinci sırada Fransanın adını yaza bilərik. Bu ölkənin prezidenti Emmanuel Makron və digər yüksəksəviyyəli rəsmiləri müxtəlif auditoriyalarda ölkələrindəki azadlıqlardan, fikir, söz plüralizmindən danışır, başqalarına demokratiya dərsi keçmək cəhdlərində bulunurlar. Reallıqda isə Fransanın siyasi hakimiyyəti tamam fərqli, demokratiyadan uzaq mahiyyət kəsb edən siyasət həyata keçirir.
Azərbaycan jurnalistinin peşə fəaliyyətinə maneçilik cəhdi
Bu günlərdə Yelisey Sarayı Azərbaycanın dövlət informasiya agentliyi olan AZƏRTAC-ın müxbirinin Şengen zonasına daxil olmasına mane olmaq istəyib. Verilən məlumata görə, Almaniyanın Bonn şəhərində keçirilən seminarda iştirak etmək üçün AZƏRTAC-ın ezam olunan əməkdaşının Şengen ərazisinə girişi iyunun 11-də Fransanın qeyri-qanuni və əsassız sifarişi əsasında bloklanıb.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) Katibliyinin təşkilatçılığı ilə keçirilən tədbirə dünyanın bir çox ölkələrindən jurnalistlər dəvət edilib. Köln/Bonn hava limanında jurnalist Aygün Həsənovaya bildirilib ki, Fransa tərəfindən onun Şengen ərazisinə daxil olması yasaqlanıb.
Çoxgirişli Şengen vizası, seminara dəvət və digər sənədlərin qaydasında olduğunu görən Almaniyanın rəsmi qurumları da bu məsələni araşdırmaq qərarına gəliblər.
Fransanın media işçisinə qarşı bu qərəzli hərəkəti səbəbindən AZƏRTAC-ın əməkdaşı bir neçə saat hava limanında saxlanılıb. Lakin Azərbaycanın Almaniyadakı səfirliyi və UNFCCC Katibliyinin məsələyə qarışmasından, eyni zamanda, Almaniyanın rəsmi qurumlarının Fransanın tələbinin əsassız olduğunu gördükdən sonra ona ölkəyə daxil olmasına icazə verilib.
Fransa hakimiyyətinin Azərbaycan jurnalistinin peşə fəaliyyətinə növbəti maneçilik cəhdi bu ölkənin demokratiyasının gerçək mahiyyəti barədə konkret təsəvvür yaradır. Onu da qeyd edək ki, söhbət jurnalistin UNFCCC-nin tədbirində iştirakının əngəllənməsindən gedir. Bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı yaranan çağırışların nə qədər aktual olduğu hər kəsə yaxşı məlumdur. Dünya üçün kritik bir dönəmdə Azərbaycan yenə də liderlik keyfiyyətləri nümayiş etdirərək BMT-nin COP29 konfransına ev sahibliyi etməyin məsuliyyətini öz üzərinə götürüb və bununla bağlı çox ciddi gündəlik müəyyənləşdirib. Ölkəmiz qlobal təhdidlər qarşısında beynəlxalq həmrəyliyin gücləndirlməsinə və iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizədə, o cümlədən kiçik ada dövlətlərinə kömək göstərilməsində konkret nəticələrə nail olunmasına çalışır. Fransa hakimiyyəti isə beynəlxalq səviyyədə Azərbaycana böyük etimad göstərilməsini sinirə bilmir. Bu ölkənin UNFCCC-nin tədbirinə dəvət alan azərbaycanlı jurnalistə qarşı bu cür hərəkəti böyük sual doğurur: Fransa niyə COP29 ilində azərbaycanlı jurnalistin media təlimində iştirakına maneə törətməyə çalışır? Fransa nəzərə almalıdır ki, COP29-da iştirak üçün Bakıya çoxlu fransız jurnalistin də gəlməsi gözlənilir. Məgər bu cür siyasiləşdirilmiş yanaşma onlara da tətbiq olunmalıdır?! Onu da qeyd edək ki, Fransa hakimiyyətinin azərbaycanlı jurnalistlərə aqressiv yanaşması ilk dəfə deyil ki, baş verir. Bundan əvvəl də Fransa tərəfindən Azərbaycandan olan jurnalistlərin peşə fəaliyyətlərinə müdaxilə cəhdləri olmuşdu.
Sərt etirazlar
Yelisey Sarayının azərbaycanlı jurnalistin peşə fəaliyyətinə əngəllər yaratmaq cəhdi həm Azərbaycanda, həm də dost ölkələrdə ciddi etirazlarla qarşılanıb. AZƏRTAC Fransanın davranışlarını pisləyən bəyanat yayıb. Eyni zamanda, Mətbuat Şurasından məsələyə münasibət gecikməyib. Qurumun yaydığı bəyanatda Fransanın sifarişi səbəbindən meydana çıxan bu insident hüquq normalarını pozmaq, söz və ifadə azadlığını məhdudlaşdırmaq cəhdi kimi dəyərləndirilib. Bəyanatda vurğulanıb ki, Fransanın yanaşması siyasi xarakterlidir, qərəzlidir, nəinki hüquqa, heç adi etik normalara da sığmır.
Azərbaycan Respublikasinin insan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva da Fransa hökumətinin azərbaycanlı jurnalistlə bağlı qərəzli hərəkətinə münasibət bildirib. Ombudsman vurğulayıb ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə əsasən, hər bir şəxs əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna, maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı, istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığına malikdir. Eyni zamanda, Fransa iştirakçısı olduğu “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın, Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarına da zidd hərəkət edib.
Bu günlərdə AZƏRTAC-ın Fransa hakimiyyətinin agentliyin jurnalistinə qarşı qərəzli mövqeyini qətiyyətlə pisləyən bəyanatı Gürcüstan mətbuatının diqqət mərkəzində olub. Belə ki, “newsday.ge”, “aktual.ge”, “24news.ge”, “interpress.ge” informasiya portalları Agentliyin bəyanatını Azərbaycan, gürcü, rus və ingilis dillərində dərc ediblər.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

