Ağ ev sahibini dəyişməyə hazırlaşır...
12.07.2024 [10:45]
İkinci debat baş tutacaqmı?
MÜBARİZ
Amerika Birləşmiş Ştatlarında seçki həyacanı davam edir. Seçkilərdə ölkənin sabiq prezidenti Donald Trampın və indiki dövlət başçısı Co Baydenin rəqib olacaqları gözlənilir. Bu günlərdə Donald Tramp hazırkı dövlət başçısını növbəti dəfə debata çağırıb. Tramp bu barədə Floridada tərəfdarları qarşısında çıxışı zamanı bildirib. “Mən rəsmi olaraq Coya bütün dünyanın qarşısında özünü isbat etmək şansını təklif edirəm. Gəlin bu həftə daha bir debat keçirək ki, yuxulu Co Bayden hamıya prezident ola biləcəyini sübut etsin”, - deyə Tramp rəqibinə rişxənd edib.
Xatırladaq ki, seçkiöncəsi bu ölkənin 81 yaşlı hazırkı prezidenti Co Baydenlə 78 yaşlı sabiq prezident Donald Tramp arasında ilk debat iyunun 27-də keçirilib. Onlar CNN-in Atlantadakı baş qərargahında üz-üzə gəliblər.
Teledebat formatında keçirilən və 90 dəqiqə çəkən tədbirin moderatorları Ceyk Tapper və Dana Baş olublar. Co Baydenin çıxışı ilə başlayan debat Donald Trampın son sözü ilə yekunlaşıb. ABŞ-ın keçmiş prezidentləri Con Kennedi və Riçard Niksonun debatından bu yana ilk dəfə müzakirə tamaşaçısız təşkil olunub.
İlk teledebat bütün parametrlər baxımından Co Bayden üçün uğursuz olub. Xüsusilə də onun səhhətindəki problemlər debat zamanı daha qabarıq şəkildə nəzərə çarpıb. Belə ki, debatın sonunda növbəti kuryoz hadisə yaşanıb - Co Bayden tərəddüd içində olub, nə edəcəyinin, hara gedəcəyinin qərarını verməkdə çətinlik çəkib. Onun köməyinə yenə də həyat yoldaşı Cill Bayden gəlib. O, Ağ Ev rəhbərinə səhnədən düşməyə köməklik göstərib. CNN-in apardığı auditoriya sorğusuna əsasən, debatın qalibi 67 faiz səslə Tramp olub.
İlk debat ilk növbədə “söyüş debatı” kimi yadda qalıb. Belə ki, debat boyunca sabiq və indiki prezidentlər auditoriyanı nəzərə almadan bir-birinin ünvanına təhqiredici ifadələr işlətməkdən çəkinməyiblər. Tramp ədalətli olduğu təqdirqdə 2024-cü il seçkilərinin nəticələrini qəbul edəcəyini deyib, lakin sonra 2020-ci il seçkilərində yol verilən saxtakarlıqla bağlı iddiaları təkrarlayıb. “Artıq bizə hörmət edilmir” deyən Tramp Baydeni günahlandırıb. Tramp əqli bacarıqlar üzrə iki testdən keçdiyini, Baydenin isə birindən belə keçmədiyini auditoriyanı? diqqətinə çatdırıb. Bayden isə bir anda Trampa baxaraq “Bu, Amerika tarixindəki ən pis prezidentdir. Bu adamın Amerika demokratiyasına dair anlayışı yoxdur” cavabını verib. O, Trampı “uğursuz və məğlub olmuş”, həmçinin “qışqıran” prezident adlandırıb.
D.Trampın rəqibinə yeni debat təklifinə demokratların düşərgəsindən hələlik hansısa bir cavab gəlməyib. Bütövlükdə, birinci debatdan sonra Bayden tərəfdarları ciddi məyusluq yaşamaqdadırlar. Son günlərdə Demokratlar Partiyasında Baydenin pis səhhəti ilə respublikaçıların namizədini üstələmək və ölkəni idarə etmək iqtidarında olmadığı qənaətini bölüşənlərin sayı hər ötən gün daha da artır. Verilən məlumatlarda bildir?lir ki, hazırda demokratlar Ağ Evin hazırkı sahibini əvəzləyəcək namizəd axtarışındadırlar. Bir neçə namizədin adı çəkilir. Sıyahıdan ayrı-ayrı qubernatorların və administrasiya rəsmilərinin adları keçir. Xüsusilə də bəzi demokratlar vitse-prezident Kamala Harrisin noyabrda respublikaçı real namizəd Donald Trampla mübarizədə Baydeni əvəz edə biləcəyi fikrini açıq şəkildə nəzərdən keçirməyə başlayıblar. Belə görünür ki, Ağ Ev prezident seçkilərindən daha çox öz sahibini dəyişməyə hazırlaşır.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

