Serbiya Prezidentindən xəbərdarlıq
24.07.2024 [10:45]
Qərb ölkələri Rusiya ilə birbaşa hərbi münaqişəyə fəal şəkildə hazırlaşır
Sonu görünməyən Rusiya-Ukrayna müharibəsi region üçün ağır nəticələr verməkdədir. Son zamanlar döyüşlərdə Rusiya ordusunun üstünlüyünün artması ABŞ və Avropa İttifaqı, eləcə də NATO-nun Ukraynaya hərbi yardımlarının da çoxalması ilə bağlı yeni təşəbbüsləri meydana çıxarmaqdadır. Müharibə başlayandan rəsmi Kiyevə milyardlarla dollar hərbi yardım edilsə də, ötən ilin sonlarından hərbi yardımın azalması Ukrayna ordusunun cəbhədə uğursuzluğuna səbəb olub. Ona görə də mövcud şəraitdə NATO Kiyevə əlavə yardımlar üçün yeni variantlar axtarır.
ABŞ Konqresində fikir ayrılığına son qoyulması, Kiyevə silah yardımı ilə bağlı problemin aradan qalxması silah tədarükünün artmasına səbəb olub. Amma bu, hələ də Rusiya-Ukrayna cəbhəsində Kiyevin xeyrinə dəyişikliyə gətirib çıxarmayıb. Bu yaxınlarda NATO-nun ABŞ-da keçirilən yubiley sammitində də Ukraynaya hərbi dəstəyin gücləndirilməsi diqqət mərkəzində olub. Sammitdə NATO müttəfiqlərinin Ukraynaya görünməmiş dəstək verdiyini bildirən Baş katib Yens Stoltenberq dəstəyin bəzi riskləri və xərcləri olduğunu da diqqətə çatdırıb. O, “Ancaq ən böyük risk Rusiyanın Ukraynada qalib gəlməsi olacaq. Biz buna icazə verə bilmərik. Bu müharibənin nəticəsi onilliklər ərzində qlobal təhlükəsizliyi formalaşdıracaq. İndi demokratiyanı qorumaq vaxtıdır və bunu Ukraynada etməliyik”- deyə vurğulayıb.
Bundan əlavə, NATO sammiti zamanı ABŞ, Almaniya, İtaliya, Niderland, Rumıniya və Ukrayna liderlərinin imzaladığı birgə bəyanata əsasən Kiyevə 5 əlavə hava hücumundan müdafiə sistemləri dəsti tədarük ediləcək. Yardım paketinə “Patriot” batareyaları, onları işə salmaq üçün komponentlər və SAMP-T sistemləri daxildir. Bəyanata əsasən, sözügedən hava hücumundan müdafiə sistemləri Ukraynaya şəhərlərini, sakinləri və hərbçiləri hava hücumundan qorumağa imkan verəcək. Həmçinin tərəflər yaxın aylarda Ukraynaya NASAMS, HAWK, IRIS T-SLM, IRIS T-SLS və “Gepard” sistemləri də daxil olmaqla, onlarla taktiki hava hücumundan müdafiə sistemi vermək niyyətindədilər. “Biz, həmçinin NATO-nun Ukraynanın NATO-ya inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemini inkişaf etdirmək işinə dəstəyini alqışlayırıq. Bizim dünyaya mesajımız aydındır: Ukraynaya dəstəyimiz güclü və sarsılmazdır”, - deyə bəyanatda qeyd olunub. NATO-nun Vaşinqton sammitində 2025-ci il üçün Ukraynaya 40 milyard dollar həcmində hərbi yardım göstərilməsi qərara alınıb.
Göründüyü kimi, Qərb Rusiyaya qarşı Ukraynanı daha çox silahlandırma siyasəti həyata keçirir. Bu da Qərblə Rusiyanı açıq qarşıdurmaya sövq edə bilər.
Artıq bəzi liderlər belə bir təhlükənin yaxınlaşması barədə xəbərdarlıq edirlər. Onlardan biri də Serbiyanın Prezidenti Aleksandr Vuçiçdir. Aleksandr Vuçiç bildirib ki, hazırda Qərb ölkələri Rusiya ilə birbaşa hərbi münaqişəyə fəal şəkildə hazırlaşır: “Qərb ölkələri hərbi əməliyyatları uzaqdan, başqasının vasitəsilə aparmaq istəyir. Onlar hazırda Rusiya ilə birbaşa münaqişəyə hazır deyillər. Hazır olacaqlarmı? Hesab edirəm ki, onlar artıq Rusiya ilə münaqişəyə daha sürətlə hazırlaşırlar”.
Əlbəttə, Serbiya Prezidenti fikirlərində tamamilə haqlıdır. Çünki ABŞ, Fransa, Almaniya kimi ölkələr bu münaqişənin davam etməsinə maraqlı görünür. Qərb müharibəyə qarşı çıxan Şərqi Avropa ölkələrini təzyiq altında saxlayır. Yaxın zamanlarda NATO-nun Ukraynaya əlavə hərbi yardım paketini təsdiqləməyə hazırlaşması da bunun göstəricisidir. Bu paketə Ukraynaya təlim və təhlükəsizlik yardımının çatdırılmasının asanlaşdırılması üçün Almaniyanın Visbaden şəhərində NATO komandanlığının yaradılması da daxildir. Yeni yaradılacaq NATO komandanlığı ABŞ-ın indiyə kimi həyata keçirdiyi təhlükəsizlik yardımı və təlimlərin koordinasiyası ilə bağlı rəhbərlik missiyasını öz üzərinə götürəcək. Komandanlıqla yanaşı, NATO-nun şərq bölgələrində logistika qovşaqları olacaq.
Rəsmi Kiyevin NATO tərəfdaşlarından əsas istəklərindən biri onların verdiyi silahlarla Rusiya ərazisinin vurulmasına icazə verilməsidir, həm də Ukrayna səmasının bağlanmasıdır. Hava məkanın bağlanmasına, Ukrayna üzərində Rusiyaya məxsus raketlərin, hərbi təyyarələrin vurulmasına NATO razılıq vermir. Bununla belə, bəzi ölkələr Ukraynaya göndərdikləri silahlarla Rusiya ərazisini vurmağa icazə veriblər. Əgər bir müddət öncəyə qədər Qərbin aparıcı dövlətləri, eyni zamanda, NATO üzvü olan mərkəzi Avropa ölkələri onların silahları ilə Rusiyaya qarşı zərbələr endirməyə icazə vermirdilərsə, bu qadağa aradan qaldırılıb. Xatırladaq ki, hələ bir müddət öncə bir sıra ölkələr bunu NATO-Rusiya qarşıdurmasının məşqi olacağını söyləyirdilər. Bildirilirdi ki, hazırki məqamda NATO-nun Rusiyaya qarşı hərbi əməliyyatlara başlaması real deyil. Amma verilən son qərar bunun əksini göstərir. Məlumdur ki, Böyük Britaniya, Latviya, Litva, Niderland, Polşa, Finlandiya, Fransa, Çexiya, İsveç və Estoniya Ukraynaya öz silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verib. Bir müddət öncə verdiyi açıqlamada NATO-nun Baş katibi Yens Stoltenberq də Rusiyadakı silah obyektlərinin məhv edilməsi üçün Qərb silahlarının istifadəsinə qoyulan qadağanın aradan qaldırılmasına çağırmışdı. Xatırladaq ki, bir qrup ABŞ Konqresinin üzvü Ukraynanın Rusiya ərazisinə qarşı hücumlarda ABŞ silahlarından istifadə etməsinə icazə verilməsini istəmişdi. Qeyd etdiyimiz kimi, NATO-ya sonuncu üzv qəbul edilən İsveç də Kiyevə belə bir icazə verib.
Lakin NATO daxilində Ukraynanın silahlandırılmasının əleyhinə olan ölkələr də var. Məsələn, Macarıstan silahlanmanın deyil, sülh danışıqlarının tərəfdarı kimi çıxış edir. Əgər silahlandırılmadan daha çox sülh danışıqlarına üstünlük verilsəydi, müharibənin daha tez başa çatması mümkün olardı. Əslində, Kiyevin silahlandırılması haqqında qərarlar münaqişənin həllinə yox, əksinə münaqişənin Rusiya-Ukrayna müharibəsi kontekstindən çıxarıb geniş regiona yayılmasına gətirib çıxara bilər. Bu baxımdan, Serbiya Prezidenti Vuçiç haqlıdır. Çünki rəsmi Moskva NATO ölkələrinin belə addımlarına səssiz qalmayacaq. Bu barədə Rusiyanın rəhbər şəxsləri dəfələrlə xəbərdarlıq edib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

