1 ildə 11-ci səfər
24.10.2024 [08:46]
Blinken yenidən Yaxın Şərqdə...
Yaxın Şərqdə gərginliyin artdığı son bir ildə ABŞ-ın regiona diqqəti daha da artıb. Ard-arda səsləndirilən dəstək bəyanatları, əməli addımlar, silah-sursat təsisatı və bu kimi fəaliyyətlər Vaşinqtonun məsələdəki mövqeyinə aydınlıq gətirir - nəticə etibarı ilə, ABŞ regionda ən yaxın müttəfiqini var gücü ilə dəstəkləyir. Xüsusilə, son aylarda İsrailin “Hizbullah” lideri Həsən Nəsrullahı, onun qohumu və mümkün varisi Haşim Safiəddini və bir sıra başqa komandirlərini məhv etməsi Vaşinqtonu bölgəyə daha diqqətlə fokuslayıb.
5 günlük turne...
ABŞ Dövlət katibi Antoni Blinken İsrailə növbəti səfərini gerçəkləşdirib. Bu, 2023-cü il oktyabrın 7-də bölgədə vəziyyətin gərginləşməsindən sonra onun Yaxın Şərqə 11-ci səfəridir. Səfər çərçivəsində Blinkenin mühüm görüşləri nəzərdə tutulurdu. Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirmişdi ki, Blinkenin Yaxın Şərq turu oktyabrın 21-dən 25-dək davam edəcək. Dövlət katibi səfər samanı Qəzza zolağında müharibənin dayandırılmasının, bütün girovların azad edilməsinin və Fələstin xalqının əzabının yüngülləşdirilməsinin vacibliyini, həmçinin İsrail ilə “Hizbullah” arasında münaqişənin diplomatik həllinin zəruriliyini müzakirə etmək niyyətindədir.
Görüləsi iki iş var...
Blinken Baş nazir Netanyahu ilə görüşdən sonra tərəfləri İsrailin Qəzza zolağında HƏMAS mövqelərinin əhəmiyyətli hissəsinin vurulması və qruplaşmanın lideri Yəhya Sinvarın zərərsizləşdirilməsindən sonra müharibənin dayandırılması ilə bağlı yaranmış fürsətdən istifadə etməyə çağırıb. Blinken deyib ki, İsrail artıq HƏMAS-ın hərbi qüvvə kimi tamamilə məhv edilməsi və Sinvar da daxil olmaqla rəhbərliyinin əksəriyyətinin öldürülməsi məqsədlərinə nail olub. Artıq Qəzzada girov götürülmüş insanları evlərinə qaytarmağa və döyüşlərə son qoymağa çalışılmalıdır: “Qazanılan nailiyyətləri davamlı strateji uğura çevirməyin vaxtıdır”. Görüləsi iki iş var: girovları evə qaytarmaq və bundan sonra nə olacağını anlayaraq müharibəni bitirmək”.
Ər-Riyada getməmişdən öncə...
ABŞ Dövlət katibi İsraili İranın 1 oktyabr raket hücumuna cavab olaraq “daha çox eskalasiyadan” çəkinməyə çağırıb. “İsrailin daha da gərginləşməyə səbəb olmayacaq şəkildə cavab verməsi lazımdır”, - deyə o bildirib.
Yaxın Şərq turnesi çərçivəsində ilk dayanacaq kimi İsraili seçməsinə gəlincə isə Blinken İsraildən sonra Səudiyyə Ərəbistanına gedib. Ər-Riyada getməzdən öncə Blinken əlavə edib ki, İsrail Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq üçün “inanılmaz fürsətdən” istifadə etməlidir.
Bu arada İordaniya Xarici İşlər Nazirliyi Blinkenin çərşənbə günü planlaşdırılan İordaniya səfərinin heç bir səbəb və ya yeni tarix göstərilmədən təxirə salındığını bildirib. Bundan başqa Blinken həftənin cümə günü Şərq səfərini yekunlaşdırdıqdan sonra Londonda ərəb ölkələrinin xarici işlər nazirləri ilə görüş keçirəcək.
İran-İsrail müharibəsi başlamasın deyə....
Siyasi mütəxəssislərin fikrincə, Blinkenin bu səfərində əsas mövzu HƏMAS lideri Sinvarın öldürülməsi olub. Vaşinqton Sinvarın ölümü ilə sülh danışıqlarına yeni təkan verilə biləcəyinə ümid edir. Bu isə ABŞ-ın dövlət olaraq milli maraqlarına, eyni zamanda, Bayden adminstrasiyasının “sülhpərvər mövqeyi” olaraq 5 noyabr seçkilərinə təsir göstərə bilər. Dövlət katibinin səfəri prezident seçkiləri öncəsi Yaxın Şərqdə sülhü təşviq etmək üçün son böyük səy hesab olunur. Sülhün yaranmasının paralel olaraq Bayden admin?strasiyasının bölgədəki nüfuzuna da müsbət təsir etməsi gözlənilir. Vaşinqton, həmçinin açıq kontekstdə Tehranın oktyabrın 1-də reallaşdırdığı raket hücumuna görə İsrailin qisas almasının qarşısını önləməyə çalışır. Xatırladaq ki, İsrail İranın raket və dron hücumuna “dəqiq və öldürücü” cavab vəd edib. İran tərəfi elan edib ki, İranın İsrailə raket hücumu “Hizbullah” və HAMAS rəhbərlərinin, eləcə də “Q?ds” hərbi qüvvələrinin komandanının öldürülməsinə cavabdır. İranın xarici işlər naziri Abbas Əraqçı çərşənbə axşamı xəbərdarlıq edib ki, əgər İsrail İran İslam Respublikasına hücum edərsə, Tehran “eyni şəkildə cavab verəcək”. Əraqçı əlavə edib ki, İran qoşunları regionda Amerika bazalarının fəaliyyətini yaxından izləyir.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxGündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14

