Son 36 ildə ilk dəfə...
30.10.2024 [08:22]
“The Washington Post” niyə geri çəkildi?
ABŞ-da keçiriləcək prezident seçkilərinə bir həftə qalmış namizədlər son görüşlərini keçirirlər. Respublikaçıların namizədi Tramp son görüşlərini mərkəz ştatlara yönləndirib - eks-prezident Nyu-Yorkda izdihamlı mitinq keçirib. Tramp Manhettenin mərkəzində yerləşən məşhur Madison Square Garden arenasında baş tutan mitinqdə çıxış edərək bildirib ki, seçkilərdə qalib gələcəyi təqdirdə dünya tarixində ən böyük iqtisadiyyatı quracaq: “Son prezidentlik dönəmimdə də belə idi - biz inflyasiyaya tez bir zamanda qalib gələcək, sadəcə olaraq, Amerikanı yenidən əlverişli hala gətirəcəyik”. Mitinqdə, həmçinin seçkidən kənarda qalan və Trampı dəstəkləmiş prezidentliyə keçmiş müstəqil namizəd Robert Kennedi, eləcə də, Vladimir Putindən müsahibə alan siyasi şərhçi -jurnalist Taker Karlson da çıxış ediblər. Qeyd edək ki, Nyu-York Demokratlar Partiyasının “qalası” hesab olunur - bu şəhərdə respublikaçı namizədin sonuncu dəfə dəstəklənməsi 1984-cü ilə təsadüf edir. Bununla belə, “ikinci paytaxt” Tramp üçün də doğmadır - o, biznesinə burada başlayıb və hələ də onun qərargahı olan “Trump Tower”i məhz Nyu-Yorkda inşa etdirib.
Kim kimi dəstəkləyir?
Bu arada namizədlərə verilən dəstəklər davam edir. Bilindiyi kimi, Trampı dəstəkləyənlər arasında daha çox milyarderlər “gözə dəyir”. Respublikaçı namizədi 49 milyarder dəstəkləyir. “Forbes” yazıb ki, Tramp əsasən ABŞ-nin sənaye maqnatlarından, o cümlədən “Crown Quest Operating” neft-qaz şirkətinin baş direktoru Timoti Dunn, ABŞ-nin “Home Depot” pərakəndə satış şəbəkəsinin həmtəsisçisi Harold Hamm tərəfindən geniş dəstək alır.
Trampın ən fəal dəstəkçisi ixtiraçı milyarder İlon Mask isə onun prezident seçkilərində qalib gəlməsi halında federal xərclərin ən azı 2 trilyon dollar azaldılacağını açıqlayıb. “Mən təxminən 2 trilyon dollar düşünürəm. Bu, vergilərə aiddir; istər birbaşa, istərsə də dolayısı ilə pulunuz boşa gedir,” - deyə Mask, Madison Square Gardendə Tramp tərəfdarları qarşısında çıxış edərkən bildirib.
Xatırladaq ki, Trampın seçki kampaniyasına 119 milyon dollar kömək etdiyi vurğulanan Maskdan yeni hökumətdə Səmərəlilik Departamenti (DOGE) adlı quruma rəhbərlik etməsi istənilib.
Harrisin dəstəkçiləri arasında isə sənətçilər diqqət çəkir. “Associated Press” xəbər verir ki, Kamala Harrisin ötən cümə günü Hyustonda baş tutmuş kampaniyasının ən böyük mitinqində pop ulduzu Beyons iştirak edib. Hollivud aktyorları Robert De Niro və Leonardo Di Kaprio da Demokratların namizədinin tərəfdarı olduqlarını bəyan ediblər. Hazırki vitse-prezidentin dəstəkçiləri arasında Emmi mükafatı laureatı Kerri Vaşinqton, aktrisa Tessa Tompson, rejissor Stiven Spilberq və aktyor Brayan Tur Henri də var.
Faşist ittihamı...
Trampın Madison Square Garden - də keçirilən mitinqi böyük qalmaqalla müşayiət olunub. Tədbirdə çıxışlar zamanı bəzi etikadan kənar ifadələr işlədilib ki, demokratlar bundan antipiar kimi istifadə etməyə başlayıblar. Tədbirin açılışında çıxış edən peşəkar güləşçi Halk Hoqan və Nyu-York şəhərinin keçmiş meri Rudy Culianinin Kamala Harris haqqında “terrorçuların tərəfində” olduğu ittihamları səsləndirməsi qarşı tərəfdə qəzəb yaradıb - bu səbəbdən də, bəzi demokratlar Trampın tədbirini 1939-cu ildə Madison Square Gardendə keçirilmiş nasist mitinqi ilə müqayisə ediblər. Bundan öncə Atlantada keçirilən mitinqdə Tramp Harrisi “faşist” adlandırmışdı. O bildirmişdi ki, rəqibi ölkənin yarıdan çoxunu düşmən, faşist və nasist adlandırır: “Ancaq o, faşistdir. Oldu? O, faşistdir”.
“The Washington Post” imtina etdi...
ABŞ-ın siyasi dairələrində seçkinin nəticələri ilə bağlı hələ də yekdil rəy formalaşmayıb. Maraqlıdır ki, əvvəlki prosesdə daha aktiv olan media susur. Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə öncədən proqnoz səsləndirmək çətin hesab olunur - “The Washington Post” nəşri isə son 36 ildə ilk dəfə olaraq prezident seçkisində hansısa namizədi dəstəkləməkdən imtina edib. Bu barədə qəzetin icraçı direktoru Uilyam Lyuis bildirib. Onun sözlərinə görə, qəzet gələcəkdə olacaq prezident seçkisi ilə bağlı da analoji mövqedən çıxış edəcək. Lyuis habelə deyib ki, belə bir imtina ilə “The Washington Post” oxucuların namizəd seçimi ilə bağlı qərarlarını sərbəst vermək qabiliyyətinə inam ifadə etmək istəyib. Əlavə edib ki, nəşrin işi - oxucuları qərəzsiz xəbərlərlə təmin etmək, onları düşündürən, nəticə çıxaran materiallar dərc etməkdir.
Qeyd edək ki, qəzet 1877-ci ildə Stilson Hatçins tərəfindən yaradılıb. 6 dekabr 1877-ci ildə 10 min nüsxə tirajla nəşr olunmağa başlayan nəşr hazırda ara günləri 550, istirahət günləri isə 800 minə yaxın tirajla dərc olunur. 1960-cı illərdən 1980-ci illərə qədər qəzet tez-tez ABŞ rəhbərliyinin siyasətini solçu mövqedən tənqid edirdi. Qəzet ilk dəfə 1952-ci il seçkilərində namizəd Duayt Eyzenhauerə səs verməyi təklif edib və onu dəstəkləyib. 1976-cı ildən isə namizədlərə açıq dəstək verilməsi ənənəsi daha da möhkəmlənib. 2024-cü ildə müşahidə olunan “bitərəflik” yeganə bir seçkidə - 1988-ci il “ata” Buş hakimiyyətə gələn zaman sərgilənib. Qəzetin redaksiya siyasəti isə Demokratlar Partiyasının tutduğu mövqelərə yaxın hesab edilir.
Bir sıra siyasi mütəxəssislər qəzetin belə bir addım atmasını hazırki prezident Baydenin uğursuz siyasi kursu ilə əlaqələndirir. Baydenin apardığı siyasətin elan etdiyi hədəf və prinsiplərlə uyğun gəlmədiyi qənaətində olan qəzet Harrisi dəstəkləyəcəyi təqdirdə ənənəvi oxucularından məhrum olma təhlükəsi yaşaya bilər. Bu faktı demokratların hazırki namizədi ilə də əlaqələndirənlər tapılır - belə ki, Harrisin kifayət qədər geniş publikaya malik olmaması, ictimai rəydə birmənalı qarşılanmaması və reputasiyasının Trampdan geri qalması qəzeti “geri” addım atmağa məcbur edib...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40

