Gürcüstan qərar verdi...
11.04.2025 [09:52]
Vətəndaş cəmiyyəti xarici təsirlərdən xilas edilir
Ötən il qonşu Gürcüstanda milli maraqların qorunmasını hədəfləyən qanunların qəbulu, həmçinin parlament və prezident seçkiləri zamanı baş verənlər ölkədə xarici dairələrə bağlı olan geniş agentura şəbəkəsinin formalaşdığını və bunun dövlətçilik üçün ciddi təhdidlər yaratdığını bütün ciddiliyi ilə ortaya qoydu. Qərbdə “yumşaq güc” - qrantlar müqabilində ələ alınan qeyri-hökumət təşkilatları üzərindən formalaşdırılan “beşinci kolon” vasitəsilə milli dövlətlərə təsir göstərmək, oyuncaq rejimlər qurmaq uzun tarixə malik bir ənənədir.
Faktlar təsdiqləyir ki, qonşu Gürcüstan da bu pis ənənədən kənarda qalmayıb və hətta demək mümkündür ki, Cənubi Qafqaz coğrafiyasında Qərbin məkrli planlarının mərkəzində dayanıb. Son seçkilərdə ardıcıl olaraq inamlı qələbələr qazanan “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının qurduğu hökumət anlayır ki, milli dövllətçiliyi xilas etmək, real müstəqilliyə nail olmaqdan ötrü vəziyyəti köklü şəkildə dəyişmək zərurətdir və bunu nəyin bahasına olursa olsun, etmək lazımdır.
Yağışdan sonra göbələk kimi artan QHT-lər
Vəziyyətin ciddiliyini bütün miqyası ilə göz önündə canlandırmaqdan ötrü qonşu ölkənin vətəndaş cəmiyyəti sektoruna nəzər salaq. Mənzərə həqiqətən heyrət doğurur. 2024-cü ilin məlumatına əsasən, burada aktiv fəaliyyət göstərən 25 min qeyri-hökumət təşkilatı var. Gürcüstanın 3,7 milyon əhalisi olduğunu nəzərə alsaq, bu, dünyada adambaşına düşən ən yüksək göstəricilərdən biridir, yəni hər 148 Gürcüstan vətəndaşına, demək olar ki, bir QHT düşür. Narahatlıq yaradan ən mühüm məqam ondan ibarətdir ki, ölkədə qeydiyyata alınan QHT-lərin təxminən 90 faizi xaricdən maliyyələşir.
Donor təşkilatlarının siyahısında yenə də dünyanın ayrı-ayrı ölkələrində rəngli inqilablar və milli hökumətlərə qarşı digər pozuculuq əməlləri törətmiş təşkilatlar - Avropa İttifaqı, ABŞ-ın keçmiş administrasiyası, Soros Fondu kimi müxtəlif qurumlar yer alırlar. İndiyədək 100-dən çox ölkədə şəbəkə qurmağa nail olan və D.Trampın bir qədər bundan əvvəl ifşa etdiyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) də burada “aktivliyini” xüsusi qeyd edə bilərik. Verilən məlumatına görə, Gürcüstanın qeyri-hökumət təşkilatları 2024-cü ildə ölkədə parlament seçkiləri ərəfəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyindən 41 milyon dollardan çox vəsait alıblar.
Adları çəkilən donorlar digər ölkəllər kimi, Gürcüstanı da xüsusi məqsədlər naminə, necə deyərlər, özününküləşdirməyə çalışıblar və müəyyən mənada buna nail olublar. Qısa müstəqillik tarixində qonşu ölkə bir neçə rəngli inqilab dalğasından keçib və onların nəticələri milli dövlətçilk üçün kifayət qədər ağır olub. 2003-cü ilin oktyabrında Gürcüstanda hazırda həbsdə olan sabiq prezident M.Saakaşvilinin liderliyi ilə Qərb tərəfindən dəstəklənən “Qızılgül inqilabı”nın nəticəsi olaraq ölkə 2008-ci ilin yayında torpaq itkilərinə məruz qalıb və hələ də ərazi bütövlüyünü təmin etməyə nail olmayıb.
Gürcüstan QHT-lərinə hökuməti dəyişmək üçün pul verilir
Gürcüstanın bütünlüklə xarici donorlardan asılı olan vətəndaş cəmiyyəti sektoru Qərbdən gələn tezislərə uyğun davranmaqla milli maraqlardan çıxış edən indiki hakimiyyətin ölkənin real müstəqilliyini hədəfləyən bütün fundamental qərarlarını baykot etməyə, sabitliyi pozmağa çalışır. Siyasətçilər yaranmış vəziyyətlə bağlı həyəcan təbili çalırlar. Avropa Parlamentinin deputatı Thierry Mariani mətbuata açıqlamasında Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etdikdən dərhal sonra Gürcüstan hökuməti üçün bir növ qara siyahı yaradıldığını vurğulayıb. Onun sözlərinə görə, indi Gürcüstan QHT-lərinə hökuməti dəyişmək üçün pul verilir.
Parlamentari sol təmayüllü QHT-ləri və iqlim dəyişikliyi fəallarını maliyyələşdirmək üçün nəzərdə tutulan Avropa İttifaqının fondlarından avropalı mühafizəkarların səsini susdurmaq üçün gizli təsir əməliyyatında istifadə edildiyinə dair xəbərlərə də münasibət bildirib. O deyib ki, QHT-lər Avropa siyasətinin alətidir və lazım olduqda problemləri irəli çəkmək üçün istifadə edilirlər.
Gürcüstanın daxili işlərinə qarışma və bəzi QHT-lərin satın alınması nümunələrindən danışan Therry Mariani deyib: “Bu xəbər məni heç təəccübləndirmir, amma etiraf etmək yaxşıdır. QHT-lərin komissiyadan pul alması ilə bağlı çoxlu məlumatlar var. Bu pula parlament tərəfindən nəzarət aşağı səviyyədədir. Əminəm ki, biz yeni qalmaqal eşidəcəyik. İki il əvvəl Gürcüstan hökuməti Rusiyaya qarşı “qara siyahı”ya qoşulmaqdan dərhal imtina etdi. İndi hökumətin onun üçün nəzərdə tutulan pulu Komissiyadan alacağına dair bəyanatlar eşidirik”.
Thierry Mariani əlavə edib: “Mən 25 il Fransa parlamentində olmuşam və bilirəm ki, bu sistemdə nəzarət etmək üçün bizim hansı mexanizmlərimiz var. Məsələn, indi Gürcüstanın QHT-lərinə hökuməti dəyişmək üçün pul verirlər. Bağışlayın, bunun üçün pul ödəyirəm, yoxsa burada hesabı başqası ödəyir? Təəssüf ki, bu komissiya belə işləyirdi və buna görə də mən təəccüblənmirəm”.
QHT-lərin xaricdən maliyyələşmə mexanizmi sərtləşdirilir
Son illərdə “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının qurduğu hökumət ölkənin vətəndaş cəmiyyəti sektorunda nizam yaratmaq üçün ardıcıl addımlar atır. Ötən il parlament çoxluğuna malik olan partiya bu məqsədlə iki mühüm qanunun qəbul edilməsinə nail oldu. Həmin qanunlardan biri “Xarici təsirin şəffaflığı haqqında” adlanır. Gürcüstan hakimiyyəti bu qanunun qəbul olunmasını ölkənin milli maraqlarının qorunması zərurəti ilə əlaqələndirir. Qanunda xaricdən maliyyələşən müvafiq təsisatlara nəzarət mexanizmi nəzərdə tutulur. Qərb isə bunu istəmir və bəhs olunan qanunu başqa izahlar altında təqdim edir. Halbuki belə bir izahın əsası yoxdur. Bu, Qərbin növbəti riyakarlığıdır. Xatırladaq ki, oxşar qanunlar həmçinin Fransada, ABŞ-da və digər ölkələrdə də qəbul olunub. Ancaq həmin ölkələrə irad tutulmur, Gürcüstan isə total ittihamlarla üzləşib.
Avropa dairələrinin və onlara bağlı olan QHT-lərin etirazlarına baxmayaraq, ötən il sentyabr ayının 17-də parlamentdə “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” adlı qanunun qəbul edilməsini də hakim komandanın böyük uğuru kimi qiymətləndirmək mümkündür. Bəlli Qərb dairələri hesab edirlər ki, bu qanun “mətbuat və ifadə azadlığına ziddir”. Arqumentləri də budur ki, yeni qanunvericilik ölkədə “LGBT+ mövzusunda sərbəst reportaj hazırlamaq imkanlarını məhdudlaşdırır”. Maraqlıdır, Gürcüstan öz ərazisində ailə institutunu qorumağa yönəlmiş addımlar atırsa, Avropa nə üçün bu qədər narahat qalır?
Qonşu ölkədə vətəndaş cəmiyyətinə xarici təsirlərin azaldılmasını hədəfləyən iş davam etdirlir. Daha iki qanuna - “Vətəndaşların siyasi birlikləri haqqında” və “Qrant haqqında” qanunlara əlavə və dəyişikliklərin edilməsi gündəmdədir. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında yaxın günlərdə “Vətəndaşların siyasi birlikləri haqqında” Qanuna əlavə və dəyişikliklər ediləcəyinin anonsunu verib. O deyib ki, yeni dəyişikliklərə əsasən, partiyaların, qeyri-hökumət təşkilatlarının və ayrı-ayrı siyasətçilərin xaricdən maliyyə yardımı alması məsələsi tənzimlənəcək. Onlar müxtəlif tədbirlərin keçirilməsi üçün xaricdən maliyyə yardımı ala bilməyəcəklər. Sitat: “Siyasətçilər gürcü xalqının maraqlarına uyğun qərarlar verməlidirlər. Xaricdən pul alanda isə onların maliyyə aldıqları ölkələrin maraqlarından çıxış etməsi riski yaranır”.
Parlamentin sədri vurğulayıb ki, Gürcüstana qarşı zərərli məqsədləri olan siyasi qruplar var. Ona görə də onların qarşısının alınması zərurəti yaranıb. “Biz seçkilərə, demokratiyaya və xalqın iradəsinin formalaşmasına kənardan hansı müdaxilələrin olduğunu gördük. Təəssüf ki, siyasi partiyaların və seçki kampaniyalarının kənardan maliyyələşdirilməsi adi hala çevrilib. Ona görə də bunun üçün müvafiq qanunu tənzimləmək lazımdır”, - deyə Şalva Papuaşvili bildirib.
“Qrant haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı yeni layihə də hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının parlamentdəki fraksiyası tərəfindən müzakirələrə təqdim olunub. Yeni layihə parlamentdə sürətləndirilmiş qaydada, yaxın vaxtlarda qəbul ediləcək. Dəyişikliklərə əsasən, qeyri-hökumət təşkilatı və media qurumu xaricdən qrant almaq üçün hökumətin və ya hökumət tərəfindən müəyyən edilmiş səlahiyyətli şəxsin razılığını almalıdır. Razılıq olmadan verilmiş qrantın qəbulu qadağan ediləcək və məsuliyyətə səbəb olacaq.
Layihəyə əsasən, hökumətin qrantın verilməsi ilə bağlı razılıq bildirməsi üçün 10 günlük müddət müəyyən edilir. Hökumətin qərarının məhkəməyə verilməsi həmin qərarın icrasını dayandırmayacaq. Qadağan olunmuş qrantların verilməsi və qəbul edilməsinə nəzarəti Antikorrupsiya Bürosu həyata keçirəcək. Qadağan olunmuş qrantın qəbul edilməsi qrant alan şəxsin həmin qrantın ikiqat məbləğində cərimələnməsinə səbəb olacaq.
Qanun layihəsində müəyyən istisnalar da nəzərdə tutulub. Belə ki, hökumətin icazəsinin məcburi olduğu qayda beynəlxalq idman assosiasiyaları, federasiyaları və komitələri tərəfindən verilən qrantlara, Gürcüstan hüdudlarından kənarda orta və ali təhsil almaq və elmi fəaliyyət üçün verilən fərdi təqaüdlərə, eləcə də Gürcüstanda fəaliyyət göstərən beynəlxalq təşkilat tərəfindən verilən qrantlara şamil olunmur.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

